lakin dərhal
da demək olar bütün Yer kürəsinin sadə sakinləri arasında populyar olacaqdır.
İlk karaoke
qurğusunu o zamanlar gecə yığıncaqlarında və barlarda musiqi qrupunun tərkibində
musiqi alətini ifa edən Yaponiyadan olan Daysuke İnoue ixtira etmişdir.
O belə düşünürdü
ki, tamaşaçı kütləsi konsertdə fasilə zamanı yaxşı tanıdıqları mahnıları ifa
etməklə vaxtını şən keçirəcəkdir. O öz kəşfini “karaoke” adlandırdı və bu söz
“boş orkestr” kimi tərcümə olunur. O dostları ilə birlikdə proiqrjvatel,
mikrofon və “əks – səda effekti” ilə taxta qutunu düzəltdi. Barın ziyarətçiləri
bu kəşfi layiqincə dəyərləndirdikdən sonra dostlar öz şirkətlərini açmağı qərara
aldılar. Və alındı. Yeni açılmış şirkətin ilk 11 qurğu dərhal satıldı. Şirkət
sürətlə inkişaf edirdi.
Yalnız ağıllı
yapon öz kəşfi üçün patent almadı, və buna görə də, digər şirkətlər bundan sui
– istifadə edərək, ciddi rəqibə çevrildilər. İxtiraçının şirkəti açıldıqdan 15
il sonra müflis oldu. Artıq 2004 cü ildə Daysuke
İnoue zarafatla təşkil olunmuş mərasimdə İqnobel mükafatı ilə
mükafatlandırıldı. Onu insanları ünsiyyətə məvbur edən yeni ünsiyyət
üsulunun ixtira olunmasına görə mükafatlandırdılar.
Daha ətraflə karakenin yaranması haqqda bu videoda baxa bilərsiz.