Roma Avropasının hüdudlarına çıxmayan Slavyan
məmləkəti çılğın və ibadətdən kənar əyyaş həyat tərzindən sonra xaç suyuna
salınmağı qəbul etmiş kiyev knyazının sirrli – müəmmalı iradəsi sayəsində
yarandı. Ölən gününə qədər mənəvi baxımdan büdpərəst olan Vladimir Şərqi və
Qərbi Kilsələr arasındakı parçalanmanın sona çatmasından 50 il əvvəl
xristianlığı bizans variantında qəbul etdi.
Onun seçiminin sirrini tarix gizlətməkdədir. Heç bir
izah mükəmməl deyildir. Ola bilsin ki, buna görə də, “etiqadların seçimi”
haqqında səlnamə hekayətinə istinad daha sabitdir. Əgər Kiyev knyazı qərb
xristianlığını, islamı və ya iudaizmi qəbul etsəydi, o zaman sözsüz
olaraq, dünyanın tarixi təmamilə fərqli olardı.
Səlnamələrdə ruslar pravoslav olub, “sonuncu saatın
işçiləri” missiyasını qəbul etdilər – bu isə qiyamət anlamına görə Qiyamət gününün yaxınlaşması ərəfəsində bəşər tarixinin sona çatmasını müjdələyən
zəhmətkeşlər mənasını verir. Bu baxımdan Bizansın süqutundan sonra qəbul
olunmuş “Moskva – üçüncü və sonuncu Roma” haqqında ideya Qiyamətin təxirə
salınmasına deyil, daha tez yaxınlaşmasına xidmət edirdi. Lakin Yeni dövrdə
əksinə, Dünyanın sonu nəyin bahasına olursa – olsun qarşısı alınacaq kainatın
fəlakəti kimi şərh olunur.
Vladimir Korsunidə xaçpəsətliyi qəbul etdi,
kiyevliləri xoş sözlə bu etiqadı qəbul etməyə dəvət etdi və novqorodlara
qılıncla xaç çevirdi. Bütün bu torpaqlardan Rusiyada yalnız Novqorod qaldı,
“rusların şəhərlərinin beşiyi isə” – bu gün yoxsul vəziyyətində yaşayan
dövlətin paytaxtıdır.
Vladimirin dövründə moskva torpaqlarında xristianlığı
bütün gərəksiz qalıqları ilə qəbul etmiş sülhsevər bütpərəstlər məskunlaşmışdı.
Müqəddəs Vladimirin xəyali etiqadı ən sonuncu dilənçinin belə yedizdirilməsi və
insan cəmiyyətində yaşamağa qadir olmayan əsirləri buraxmaq əqidəsinə xidmət
edirdi. Knyaza bunu müdrik insanlar demişdirlər. Bununla günümüzün müdrik
insanları razılaşır. Belə çıxır ki, Müqəddəs Vladimirin irsindən ötəri olaraq
deyərək söylənmiş “Rusiyanın şənliyi onun sərxoşluğundadır” ifadəsi daha
təsirli olmuşdur.