Müxtəlif xalqların nümayəndələri yazıçının əcdadları
idilər. Onun ata babası, zaporojye kazakı Maksim Paustovski, «Nikolay
əsgəri» idi. O hərbi yürüşdən «xanımını — gözəl türk qızını
gətirmişdi, — deyə o, “Həyat haqqında povest” avtobioqrafik əsərində
yazmışdı.
— Onun adı Fatimə idi. O, onun babasına ərə
gedərək xristianlığı və yeni adını – Qonoratı qəbul etdi. Onun türk qanı
gözəllikdən, zəhmli görünüşdən savayı, ona başqa cazibədarlıq vermirdi. Nənə
zalım, bəhanə axtaran qadın idi. O gün ərzində bir funt qatı qara tütün çəkərdi».
1956 cı ildə Paustovski - sovet vətəndaşları
üçün əlçatan olan xarici ölkələrə dəniz səyahətində dincəlirdi. Gəmi İstanbulda
dayanmalı oldu və beləliklə də, yazıçı türk nənəsinin vətəninə qədəm qoydu.
Onun yaradıcılığında bu səfər öz əksini tapmadı — turist avtobusunun
pəncərəsindən şəhərə baxış Paustovski üçün həddən artıq ani və səthi oldu.
Lakin 1962 ci ildə o türk şairi Nazim Hikmətə yazırdı:
«Bəlkə bizim qarşılıqlı simpatiyamız müəyyən dərəcə
onunla izah olunur ki, mən yarıtürkəm: mənim nənəm, soykökü Frakiyada
Qazanlıqdan olan təmiz türk idi. Mən, əlbəttə ki, zarafat edirəm, lakin yenə də
damarlarımdan türk qanının axması ilə qürur duyuram,— mən sadə türk
kəndlilərini və fəhlələrini çox sevirəm».
Paustovskinin ana nənəsi Vikentiya (Visentina)
Vısoçanskaya polşalı inanclı katolik qadın idi. «Onun bir adəti var idi,
— deyə yazıçı xatırlayır. — Hər bahar o zəvvarar ilə Varşavanın, Vilna
və ya Çenstoxovun katolik məkanlarına ibadət etmək üçün səfər edərdi».
Paustovski ilk dəfə olaraq onunla birlikdə Polşaya səfət etdi – o zamanlar
Polşa hələ ki, Rusiya imperiyasının bir parçası idi. Sonralar, cəbhədə sanitar
dəstədə xidmət edən yazıçı yenidən bu ölkəyə qədəm basdı.
O xatırlayırdı: «Şərqi Polşa danəvər qumu,
araba çarxlarının cırıltısı, dalanlarda köhnə çarmıxları və qaranlıq payız
gecələri ilə mənim yadımda qaldı». 1961 ci ildə o, sonuncu dəfə
polyak nənəsinin vətəninə səfər etdi. O, bu səfərə «Üçüncü görüş» adlı oçerkini həsr etdi.