Kraliça Elizabet 1952-ci ildə Avropa ölkələrinin ən
boyük ölkəsinin başçısı və Ingiltərə kilsəsinin ali idarəçisi elan edildi.
O, ən uzun müddət xidmət edən İngiltərə monarxıdır. Həm Kral ailəsi, həm də Böyük Britaniya daxilində yarım əsrdən çox davamlı rəhbərlik etmişdir və edir. Elizabet,
Şahzadə Albert(VI George) və həyat yoldaşı Elizabethin (sonralar Kraliça Ana
kimi tanınan) ən böyük övladı idi. Elizabetin atası Şahzadə Albert qardaşı VIII
Edvard-dan sonra taxta 2-ci namizəd idi, lakin 1936-cı ildə VIII Edvard taxtdan
imtina etdi, yerini isə utancaq qardaşı Albertə vermək istəyirdi. VI George
taxta gəlməyi qəbul etdi, lakin 1952-ci ildə həyatını itirdi.
Elizabeth bacısı
Şahzadə Marqaret ilə birlikdə evdə təhsil almışdır. İkinci Dünya Müharibəsi
zamanı onlar Balmorala, sonra isə Windsor qalasına təxliyyə edildi. 1945-ci
ildə müharibənin sonuna doğru, Elizabeth sürücü və təmirçi olaraq fəaliyyət
göstərdiyi “Qadın Kraliyyət Köməkçisi regional xidməti”-nə qoşuldu. O,
müharibədən sonra tədricən dövlət qulluğunda rolunu artırdı və ilk xarici
səfərini 1947-ci ildə Cənubi Afrikaya etdi. 21 yaşına çox az müddət qalmış o bunları demişdi:
"Sizin hüzurunuzda bildirirəm ki, bütün ömrüm boyu, özümü sizin xidmətinizə və hamımızın mənsub olduğumuz böyük imperial
ailəmizin xidmətinə həsr edəcəyəm."
Elizabet 1947-ci
ildə Vestminsterdə keçirilən mərasimlə Yunanıstan və Danimarka şahzadəsi Filip ile evləndi. Onlar
bir-birlərini bir neçə il idi ki, tanıyırdılar. Filipin inglis olmadığı səbəbindən bəzi insanlar
bu evliliyə qarşı olsada, onun kral donanmasındakı xidmətləri daha üstün hesab edildi. Şahzadə
Filipin xaricilər haqqında ziddiyyətli fikirləri olsa belə, onların 70 ilə yaxın xoşbəxt evliliyi olub. Elizabet 1948-ci ildə gələcək Şahzadə
Çarlzı, ilk övladını dünyaya gətirdi. Ümumilikdə onların dörd övladı var.
(Carlz, Anne, Andrew, Edward)
1952-ci ildə
atası VI George vəfat etdi və Kraliça Elizabet böyük təntənə ilə Kraliça tacına
layiq görüldü. Onun tacqoyma mərasimi bütün dünyada TV rekordlarını qırdı, eyni
zamanda monarxiya və Britaniya Birliyi üçün yeni bir dövr başladı. Edmund
Hilarinin Everest dağının zirvəsinə çatdığı xəbəri, tacqoyma mərasimi ilə
üst-üstə düşdüyü üçün təxirə salındı. Bu mərasim, müharibədən sonrakı sərtliyin
simvolik bir sonu kimi nümayiş olundu.
1950-ci illər
Kraliça üçün qızıl dövr kimi qiymətləndirilə bilər. Kral ailəsinə hörmət hələ
də yüksək idi və gənc Elizabet nağıl şahzadələrinə bənzəyirdi. Ancaq
sonrakı bir neçə onillikdə geniş yayılmış sosial dəyişikliklər monarxiyaya
qarşı ənənəvi münasibətlərin azaldığını göstərdi. Bununla yanaşı, yeni
televiziya dövrü və sıx media araşdırmaları Kraliyyət uşaqlarının ailə
problemləri ilə bağlı arzuolunmaz başlıqları olan saysız-hesabsız məqalələr
yazılmasına səbəb oldu.
Kral ailəsi
üçün 1977-ci ildə 'Gümüşü yubiley' və 1981-ci ildə Şahzadə Charles və
Lady Diananın toyu kimi əhəmiyyətli mərasimlər keçirildi. 90-cı illərə qədər,
mediada şahzadə Dianaya geniş bir heyranlıq var idi, lakin evliliyi ilə bağlı
yaranmış problemlərə görə Kraliça medianın maraq dairəsindən getdikcə
uzaqlaşırdı. O, 1992-ci ilin onun üçün “annus horribilus” (uğursuz
il) olduğunu bildirdi. Həmin il Çarlz və Diananın boşanması, Windsor-dakı
yanğın və Kral ailəsini tənqid edən başqa media başlıqları tez-tez görülürdü.
“1992 geri dönüb zövqlə baxacağım bir il deyil. Simpatiyam olan müxbirlərimin birinin
sözləri ilə desək, bu 'Annus Horribilis' oldu.” - Kraliça
Elizabet
1996-cı ildə Şahzadə
Diana avtomobil qəzasında vəfat etdi. Maraqlı fakt odur
ki Kraliça bu hadisəyə soyuq yanaşaraq münasibət bildirməmişdi və bayrağı yarıya endirməkdən imtina etmişdi. Bunu görən cəmiyyət dəhşətə gəldi. Lakin
sonralar kraliça, Şahzadə Dianaya olan heyranlığını bildirdikdən sonra
düşmənçilik aradan qalxmışdı. Buna baxmayaraq, Şahzadə Diana ilə Kraliça
arasındakı münasibətlər 'soyuq' olaraq xarakterizə
edilirdi. Müharibədən sonrakı çox çətin olan dekolonizasiya dövründə Kraliça Birləşmiş Millətləri yaratmaqla tarixə bir iz atdı və bu hamı tərəfindən böyük rəğbətlə qarşılandı. Birləşmiş Millətlər Təşkilatındakı bir çıxışında,
2010-cu ildə birlikdə çalışdıgı ölkələrin əhəmiyyətindən danışdı:
"Gələcəkdə, həqiqətən Birləşmiş Millətlər olmaq istəyiriksə, hamımız bütün gücümüzlə birlikdə işləməliyik”
1990-cı illərin çətinliklərini arxada qoyduqdan sonra, 2000-ci ildə kraliyyət ailəsi öz nüfuzu yenidən qazanmışdı. 1992-ci il onun üçün “annus horribilus” (uğursuzluqlar ili) olsada, 2012-ci il onun üçün “annus mirabilis” (uğurlu il) idi. İlk olaraq aprel ayında şahzadə Uilyam Kate Middleton ilə təmtəraqlı şəkildə evləndi. Sonra yayda keçirilen, “Qızıl Yubiley” yağışlı havaya baxmayaraq geniş şəkildə qeyd edildi və məhşurlaşdı. Nəhayət, 2012-ci ilin iyul ayında, Kraliçə Elizabet qlobal əhəmiyyətli tədbir olan London Olimpiadasının açılış mərasimində iştirak etdi. Dövlət başçısı olduğu dövrdə Kraliça Elizabet siyasi məsələlərə qarışmaqdan çəkinməyə və millətə mülayim münasibət göstərməyə çalışırdı.
"Biz mülayim, praqmatik insanlarıq, nəzəriyyə ilə müqayisədə təcrübə ilə daha rahatıq." (30 aprel 2002)
O, sədaqətli bir xristiandır və Miladla bağlı danışıqlarında dini inanclarını tez tez dilə gətirir. Ancaq İngiltərə Kilsəsinin başı olaraq, o bütün fərqli inancların hüquqlarını qorumaqda qərarlı olduğunu bildirib.
"Yaratdığımız kilsə anlayışı bəzən səhv başa düşülür və deyərdim ki, ümumiyyətlə aşağı qiymətləndirilir. Onun rolu yalnız Anqlikanizmi qorumaq deyil, kilsənin vəzifəsi bu ölkədə olan bütün dinləri qorumaqdır"