Laura
Bassini - tarixin ilk qadın elm adamlarından
biri olan və,
sözün əsl
mənasıda,
elmi dünyanın unudulmuş bir parlaqlığı haqqda bu günki söhbətimiz.
Marie Curie Nobel
mükafatını qazanmadan təxminən 200 il əvvəl, Laura Bassini dünyaya gəldi.
Artıq 13 yaşında dahi olan Bassini, Maarifçilik əsrində ən böyük ağıl
sahibi biri olaraq böyüdü.
Maarifçi alim
Laura Bassininin təsviri.
Bu gün nisbətən naməlum
olsa da, Laura Bassini Maarifçilik əsrində əhəmiyyətli bir şəxs idi.
Bir Avropa universitetinin ilk qadın fizika professoru və nüfuzlu bir elmi
akademiyanın üzvü olduğu üçün çox vaxt ilk peşəkar qadın alimlərdən biri hesab
olunur.
Laura Bassini 1711-ci
ildə İtaliyanın Bolonya şəhərində anadan olub. Anası tez-tez xəstələndiyinə görə daima ətrafda
olan ailə həkimi Gaetano Tacconi Bassininin maraq və zəkalı düşüncələrini
tez bir zamanda gördü. Təxminən 13 yaşında olanda atasından fəlsəfə mövzusunda
dərs keçmək üçün icazə istədi.
Bassini ona məntiq və metafizika
kimi mövzulardan dərs deyən həkimdən güclü bir fərdi təhsil almışdı. Gənc
olmasına baxmayaraq, Bassini ağıllılığı ilə fərqlənirdi.
Ulduz şagirdini göstərməyə can
atan Tacconi, onu Bolonadakı yerli alimlər birliyi ilə tanış etdi və qısa
müddətdə elmi düşüncəli arxiyepiskop Prospero Lambertini (gələcək Roma
Papası Benedikt XIV) tərəfindən görüldü. Lambertini, istedadlı insanları dəstəkləməklə məşhur
idi.
Dostları və ailəsi
gənc Bassinini digər alimlərlə debatlarda iştirak etməyə həvəsləndirdi
və o, tezliklə ictimai xadim oldu. Həmyaşıdlarını o qədər heyran
etdi ki, onu fəlsəfə üzrə universitet dərəcəsinə namizəd kimi irəli
sürməyə başladılar.
1732-ci ildə bir
bələdiyyə salonunda fəlsəfə tezisini yüksək səviyyədə müdafiə etdikdən
sonra 21 yaşında istədiyi fəlsəfə doktoru dərəcəsini aldı. Bu, 1678-ci ildə Elena
Cornaro Piscopia'dan sonra Avropada ikinci dərəcə alan qadın idi.
Qısa müddətdən sonra
fizika fənnini tədris edəcəyi Boloniya Universitetinə professor təyin
edildi. Bu, onu Avropada ilk qadın fizika professoru etdi. Bəziləri hətta onun
bütün dünyada ilk olduğunu iddia edirlər.
Əlbəttə ki, onun
mövqeyi "cinsinə görə" bəzi məhdudiyyətlərlə gəldi. Məsələn,
ona yalnız işəgötürəni tərəfindən istənildikdə müharizə deyə bilirdi.
Ancaq karyerası boyu bərabər şərtlər altında işləmək üçün mübarizə apardı
və təsirli uzun bir yol keçdi.
1732-ci ildə
Laura Bassini-nin xatirəsinə bir medal yaradıldı. Digər tərəf isə Bassini-ni
Minerva, Roma hikmət və sənət tanrıçası olaraq göstərir.
O, həm də Bolonya
Elmlər İnstitutu Akademiyasının fəxri üzvü seçilən ilk qadın olaraq, digər
qadın üzvlərə yol açdı.
Karyerası parlaq bir başlanğıc mərhələsindəydi - ancaq problemsiz yol olmazdı.
Laura Bassini müəllimlik karyerası boyu yeni fənlərin universitetin tədris planına daxil edilməsində mühüm rol oynamışdır. Məsələn, Nyuton fizikasının yayılması və İtaliyada elektrik enerjisi mövzusunda araşdırma aparması
üçün böyük işlər etdi.
1738-ci ildə o,
universitet professoru Cuzeppe Veratti ilə evləndi və 8 övlad dünyaya
gətirdi. Onun evliliyi misogonist ifratçıların tənqidini eşitdi. Onlar, "təbiətin
sirlərini ağlıyla deyil, bədəni ilə araşdırdığını" söylədilər.
Dövrünün digər qadınlarından fərqli olaraq, rahib içərisində bir rahibə kimi
deyil, bir professor olaraq ictimai sahədəki biliklərə yiyələndi. Evləndikdən
sonra digər işlərindən imtina etməyə təşviq olunan bir çox qadınlardan fərqli
olaraq, o diqqətlə dedi: "Mən, mənimlə eyni yolu ilə gedən
və uzun təcrübədən sonra məni bu yoldan imtina elətdirməyəcəyindən əmin
olduğum adamı seçdim. ”
Bassininin
ifratçıları ilə belə, arxiyepiskop Prospero Lambertini, 1740-cı ildə Papa
seçildikdən sonra Bassininin əhəmiyyətli bir himayəçisi olaraq qaldı. Bir neçə il
sonra o, Papanın
Benedettini - 25 elm
adamlarından ibarət elit qrupuna qoşularaq, yeganə qadın oldu.
Bu vaxta qədər onun
işi uzaqlardan tanınırdı. Məşhur maarif mütəfəkkiri Volter ona yazırdı:
"Londonda
Bassini yoxdur və mən bir Nyuton-u olsa da, İngilis akademiyasından daha
çox Bolonya Akademiyasına daxil olunmaqdan məmnun olardım."
1749-cu ildə isə o,
evində fərdi dərslər verməyə başladı və bu da qısa müddətdə həm
yerli, həm də xarici alimləri cəlb etdi.
Bassini Nyuton elmini
universitetə gətirməklə yanaşı, Franklinin elektrik cazibəsi və itələmə nəzəriyyəsini
dəstəklədiyi üçün də məşhur idi. Avropanın hər yerindən və hətta
Amerikadan gələn alimlər dinamik ikilini ziyarət etməyə can atırdılar.
Bassini həyatı boyu
cazibə, dayanıqlıq, mexanika və hidravlika kimi mövzularda bir neçə dissertasiya
təqdim etdi. Bu vaxt o, əri ilə birlikdə Bolonyanı elektrik sahəsində təcrübi
araşdırmalar mərkəzi halına gətirdi.
1776-cı ildə Elm
İnstitutunda eksperimental fizika kafedrasının başı olaraq son şərəfi aldı.
20 fevral 1778-ci ildə 66
yaşında vəfat edərkən Bolonyanın ən məşhur qadınlarından biri idi. Cənazə mərasimində həmkarları
onun tabutunu təntənəli bir şəkildə Boloniyadakı Corpus Domini kilsəsinə apardılar.
Papası Benediktin
himayədarı olduğu kimi, Bassini də "yeni bilik və dini ənənələr
arasında heç bir münaqişə görməyən aydın bir katolik idi." Əksinə,
o, təbii dünyanı nə qədər yaxşı başa düşsə, o qədər də Tanrının
yaradılışını təqdir edə biləcəyini hiss edirdi.
Təəssüf ki,
yayımlanan çox materialı geridə qoymadı. Sənədlərindən yalnız dördü indiyə kimi
nəşr olundu. Ölümündən bəri, elədiklərinin əhəmiyyəti ayaqaltı qeydə çevrildi.
Lakin Bassini dövrün böyük mütəfəkkirləri tərəfindən tanındı və elmi sahədəki xidmətlərinə görə alimlər cəmiyyətində qeyd olundu.
Şübhəsiz ki, gələcəyin digər böyük mütəfəkkirlərinə - həm kişi, həm də qadın üçün çox sayda yol açdı.
Tarixçi Paula Findlenin də qeyd etdiyi kimi,
19-cu əsrdə vacib elm adamları fəxrlə deyirdilər:
"Mən Signora
Dottoressa Laura Bassini məktəbinə getmişəm".