Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin ki, çəpgözlükdən əziyyət çəkirdi. Bu zaman gözün yerləşmə oxu lazımi qaydada bərabərləşmir. Belə hesab olunur ki, rəssam, ekzotropiya və ya güclü çəpgözlükdən əziyyət çəkirdi və bu zaman bir və ya hər iki göz çölə doğru dönürdü. Onun gözləri müxtəlif cür fokuslandığı üçün beyin bir obyektdə fikrini cəmləmək üçün hər iki gözünü istifadə edə bilmirdi. Bu cür stereo korluq da Vinçi üçün üstünlük idi.
Təkcə Leonardo da Vinçinin gözlərində problem yox idi. Pikasso, Rembrandtı, Düreri və Deqanı daxil etməklə bir çox məşhur rəssamlar da çəpgözlükdən əziyyət çəkirdilər.
London şəhər Universitetindən olan mütəxəssislər belə hesab edirlər ki, çəpgözlük üçhəddli səhbələri yastı kətana köçürməyə kömək etmişdir.
Vizual neyrobioloq, professor Kristofer Tayler rəsamın bu xüsusiyyətini görən kimi rəssamın bütün əsələrini ətraflı şəkildə öyrənməyə başladı. Onun sözlərindən belə məlum olur ki, Leonardo da Vinçinin rəsm əsərlərinə onun hansı gözünün təsir etdiyini söyləmək çətindir, lakin bu durum onun tərəfindən çəkilmiş bütün əsərlərin həndəsi səhihliyi üçün xüsusilə faydalı olmuşdur.
Yeni kəşfə nail olmaq mümkün deyildi, belə ki, çəpgözlükdən əziyyət çəkən digər rəssamlar ilə müqayisədə Leonardo da Vinçinin portretləri az sayda qalmışdır. Onun cəmi iyirmi rəsm əsəri qalmışdır və onların əksəriyyəti - əsl avtoportlərdir. Tayler öz işlərində ustanın portreti kimi Davidin heykəlini də istifadə etmişdir. O, belə hesab edir ki, onu avtoportret hesab etmək mümkündür, belə ki, da Vinçi özü deyirdi ki, rəssamların əsərləri onların xarici görünüşünü əks etdirir. Bir dəfə o yazırdı: «Rəssamın əlini ürəyi, ruhu idarə edir və özünü ifadə etməyə məcbur edir, çünki, insana elə gəlir ki, bu, insanı təsvir etməyin ən yaxşı üsuludur».
Professor Tayler belə hesab etmişdir ki, da Vinçinin istənilən portreti ona müəyyən qədər də olsa, öz xarici görünüşünü verə bilər. O, altı sənət əsərini təhlil etmişdir – onların yaradılması üçün da Vinçinin model olduğu iki heykəl və iki rəsm əsəri.
Yekun nəticədə, o qərara gəlmişdir ki, rəssam ekzotropiyadan əziyyət çəkmişdir. Onun sayəsində, o dağ mənzərələrinin uzaq dərinliyini və şəxslərin üçhəddli aspektlərini təsvir etməyə kömək edən monokulyar görmə qabiliyyətinə keçə bilərdi.