Biz strateji menecmentin müddəaları əsasında
ümumiləşdirilmiş obrazları təqdim edir və üç aspekti nəzərə alırıq: strategiyanın işlənib hazırlanması modeli, komanda ilə
qarşılıqlı münasibətlər və dəyişikliklərə qarşı münasibət.
1. HƏR ŞEY ÇUBUQLA
Siz — klassik
idarəetmə məktəbinin meneceri olmaqla öz fəaliyyətinizdə 5 əsas prosesə istinad
edirsiniz: planlaşdırma, təşkil, ifarəetmə, koordinasiya və nəzarət. Əsas
üstünlük — şirkət daxilindəki qayda və dəqiq ierarxiyadır.
+ üstünlüklər
· 1. Dəqiq və ardıcıl təfəkkür
· 2. Problemlərin dərindən işlənməsi və inkişaf proqramı
· 3. Şirkətin dəqiq strukturu
– mənfi tərəfi
· Plandan kənara çıxma halları heç bir vəziyyətdə
münasib deyildir
· Böhranlı vəziyyətdə effektiv ola bilməz
· Hazır planın dəyişiklikləri münasib deyildir
2. GÜC BIRLIKDƏDIR
Əgər sizə “şirkətin indi harada olduğunu”, “şirkətin
harada olmaq istədiyini”, “oraya necə gəlməyi planlaşdırdığımızı” anlamaq
istəyirsinizsə, o zaman Siz — məqsədyönlü strateqsini. Strategiyanın realizə olunması — nəzarət olunan və idarə olunan prosesdir.
+ üstünlüklər
· Strategiya nəzərdən keçirilə bilər
· Xarici mühitin layihəyə təsirini nəzərə alır
· İşin effektivliyini artırmaq üçün öz funksiyasının bir hissəsini ötürə bilər
– mənfi tərəfi
· 1. Məqsəd arxasınca təqib hər zaman riskləri və
təhlükələri görmür
· 2. Proqrama lazımi dəyişiklikləri daxil etmir
Böhranlı vəziyyətdə sürətli dəyişiklik yaratmağa qadir
olmur
3. FRAM DƏRNƏYİ, FOTO DƏRNƏK.
MƏNİM NƏĞMƏ OXUMAĞA DA
HƏVƏSİM VAR
Əgər Siz bir neçə rolu: lider, əlaqələndirici,
ideyaların generatoru, müşahidəçi, spiker, meaidator (münaqişələrin
tənzimləyicisi), paylayıcı, sahibkar, vasitəçi, tərbiyəçi rollarını
uzlaşdırırsınızsa, o zaman Siz — on siması olan rəhbərsiniz.
+ üstünlüklər
· 1. «Fəaliyyət prosesində tədris» prinsipini fəal surətdə tətbiq edir
· 2. Dəyişikliyə qarşı hazırlıq və çevikliyi nümayiş etdirir
· 3. Effektiv ünsiyyət qurur
– mənfi tərəfi
· Sosial və siyasi kontekstin əhəmiyyətini təkrar
qiymətləndirir
· 1. Ünsiyyəti yalnız özünə yönləndirir
Çoxlu sayda rolların uyğunlaşdırılması şəxsi
effektivliyə kölgə salır
4. ŞİRKƏTİN
SİMASI
Əgər siz zahiri dəyişikliklərə diqqət yetirir və
onların nisbi vacibliyini, şirkətə təsir dərəcəsini anlayırsınızsa, o zaman Siz
– siyasi risklər üzrə mütəxəssissiniz.
+ üstünlüklər
·
Xarici mühitin təsirini nəzərə alır
· 1. Xarici
təhlükənin və risklərin dəf olunması mexanizmlərini nəzərdə tutur
· 2. Daha
çox zəngin idarəetmə təcrübəsinə malikdir
– mənfi tərəfi
· Bütünlüklə
xarici ünsiyyətə yönləndirilmişdir
Komanda daxilində güclü əlaqə qurmaq mümkün olmur
5. GƏL BƏHS EDƏK!
Əgər siz şirkətin gəlir normasının orta sahə
normasından artıq olduğu vəziyyətə nail olmağı əsas məqsəd kimi qarşınıza
qoyursunuzsa, o zaman Siz — rəqabət aparmaq bacarığının kahinisiniz. Beləliklə, siz
ciddi rəqabət üstünlüyünə nail olursunuz.
+ üstünlüklər
· 1. Məqsəd
— rəqabət üstünlüyünə nail olmaqdır
· 2. Əlavə gəlir tapmaq
· 3. Dəyişikliyə və innovasiyalara hazırlıq
– mənfi tərəfi
· Komanda
iştirakçılarının maraqlarına zərər vurmaqla məqsədə nail olmaq mümkündür
Bazarın dəyişkənliyi amilini öz strategiyasına daxil etmir
· 1. Məqsədə nail olduqdan sonra öz effektivliyini itirir
·
6. İŞIQLANDIRMA TEXNOLOGİYASI!
Əgər Siz biznes – proseslərin qüsurlarını və
üstünlüyünü intuisiyanıza arxalanaraq tapırsınızsa, o zaman Siz – fərasətli
islahatçısınız. Siz öz işinizdə intuisiyalı menecmentə arxalanırsınız.
+ üstünlüklər
· Zərif
intusiyaya malikdir.
· 1.
Əsas elementi aydınlıq olan çevik və loyal menecment
· 2. Strategiyanı
sürətlə dəyişmək imkanı
– mənfi tərəfi
·
1. Qərarların əksəriyyəti intuisiya əsasında qəbul olunur
· 2. Sistematik analitik iş aparılmır, strategiyanın
dəqiqliyi itir
· 3. İntusiya
bəzən özünü doğrultmaya bilər
7. HƏR ŞEY YAXŞI OLACAQDIR
Əgər şirkətin əməkdaşlarının meydana çıxmış
problemləri maksimal olaraq sərbəst şəkildə həll etmələri üçün sizin
fəaliyyətinizin əsas strategiyası sosial strukturun avtomatlaşdırılmasına səbəb
olursa, o zaman siz – özünütəşkilin tərəfdarısınız.
+ üstünlüklər
· 1. Şirkətin sosial strukturunun reaksiyaları
avtomatlaşdırılır
· 2. Problemin
sürətli lokalizasiyası
· 3. Biznes
– proseslərin çevik sistemi
– mənfi tərəfi
· Biznes – proseslərin inkişafına nəzarətin aşağı
səviyyəsi
· 1. Strategiyanın həddən artıq dəyişkənliyi
Təşkilati strukturun davamsızlığı
8. XEYR, HƏR ŞEY BAŞQA CÜRDÜR!
Əgər sizi köhnə mexanizmlərin artıq fəaliyyət
göstərmədiyi zaman sizi şirkətə dəvət edirlərsə, və sizin əsas vəzifəniz –
vəziyyəti maksimal olaraq sürətlə qaydaya salmaqdan ibarətdirsə, o zaman Siz –
həlledici çevrilişin strateji müəllifisiniz.
+ üstünlüklər
·
Müsabiqəyə əsasən təyinat
· 1. Böhranlı vəziyyətdə işləmək bacarığı
· 2. Strategiyaya yeni baxış bucağı ilə nəzər salmaq imkanı
– mənfi tərəfi
· İnkişafla bağlı şəxsi maraq yoxdur
· Kollektivin problemləri faktiki olaraq nəzərə alınmır
· Metodlar həddən artıq kəskin və sərt ola bilər
9. BÖHRAN – NORMADIR
Əgər siz öz fəaliyyətinizdə hər zaman böhranın başlanması imkanını nəzərə alır
və böhran əleyhinə fəaliyyət planını əvvəlcədən nəzərə alırsınızsa, o zaman
Siz — böhran əleyhinə
lidersiniz.
+ üstünlüklər
· 1. Dəyişikliklərə
qarşı hazırlıq
· 2.
Strategiyanın çevikliyi
· 3. Etik
component — ön planda
– mənfi tərəfi
· 1. Böhranın
predmetinə dair daimi audit
· 2.
Strategiyanın realizə olunması stresslər ilə müşayiət olunur