Stiven Xokinq
bəşəriyyətin qula çevriləcəyi haqqında qabaqcadan xəbər vermişdir. Alimin
fikrincə, əgər insanlar elmlə məşğul olmağa başlamasalar, o zaman onların
beynini kompüterlər zəbt edəcəkdir.
Öz müsahibəsi
zamanı Stiven Xokinq qorxunc bəyanat verdi. Məşhur alim dedi ki, tezliklə süni
idrak “bütünlüklə insanı əvəz edə bilər”. Bu zaman bu ucuz fəhlə qüvvəsi
şəklində pozitiv açarda deyil, bəşəriyyəti geridə qoyan Yer
kürəsindəki “yeni həyat tərzi”şəklində təzahür edəcəkdir.
– Bu gün
insanlar asanlıqla kompüter viruslarını təcrübədən keçirir – deyə Xokinq şərh
edir – Kimsə gec və ya tez Sİ (süni intellekt)
yaradacaqdır və o da sərbəst şəkildə özünü təkmilləşdirəcək və çoxaldacaqdır.
Əgər insanlar elmə diqqət yetirməsələr, o zaman biz ciddi nəticələr ilə
qarşılaşacağıq. Yeni həyat tərzi bütünlüklə insanı əvəz edə bilər. Mən belə
hesab edirəm ki, bioloji beyinlə əldə olunanlar ilə kompüterin əldə etdikləri
arasında heç bir dərin fərq yoxdur.
Doğrudur, Sİ
tərəfindən insanların “qula çevrilməsinin” dəqiq müddətlərini Xokinq söyləyə
bilməmişdir. Paytaxt hakimiyyəti alimin narahatlığına məhəl qoymurlar, lakin
müasir texnologiyaların insanın tayı - bərabərində olması ilə
sakinlərin əksəriyyəti – razıdırlar.
– Əgər insanın
idrakı süni idrakı idarə etməyə hazır olmasa, o zaman süni idrakdan qorxmaq
lazımdır, – paytaxtın informasiya texnologiyaları Departamentinin rəhbəri
Artyom Yermolayev Sİ(süni intellekt) qorxmaq lazım olması və ya olmaması
ilə bağlı öz nöqteyi – nəzərini ifadə etmişdir. – Buna görə də, birincidərəcəli
tapşırıq – Sİ(süni intellekt) nəzarət altında saxlamaq, onları idarə etmək
üçün smart – təlimə sərmayənin qoyulmasından ibarətdir. Yəni, əgər insan
texnologiyalara sahib ola bilməzsə, o zaman meymunla nara bənzər vəziyyət
alınacaqdır. İnsan beyni əleyhinə Sİ(süni intellekt) – döyüş deyildir,
birinin digərini tamamlamasıdır.
“Maşınların (robotların) gələcək
üsyanı” haqqında sözlərdən savayı, Xokinq planetlərin müstəmləkələrə
çevrilməsi və kosmosa səyahət mövzusunda öz firini bildirmişdir. Nəzəriyyəçi –
fizikin fikrincə, daima artmaqda olan dünya əhalisi bizim mavi Yer kürəmizdə
yerləşə bilmədikdə və özünüməhvə yaxın olduqda, bəşəriyyət qayıda bilməmək
nöqtəsinə çatacaqdır.