Mahatma Qandi
Hindistan ölkəsinin müstəqilliyi uğrunda çalışan, məşhur hindli
siyasi lider idi. O, qeyri-zorakı prinsiplərini və dinc itaətsizliyi tətbiq
edirdi. Mahatma Qandi 1948-ci ildə, özünün ən böyük məqsədini, Hindistanın müstəqilliyini
əldə etdikdən qısa müddət sonra, suiqəst nəticəsində öldürüldü. O, Hindistanda
“Millətin Atası” kimi tanınır.
“Ümidsiz olduğum zaman
xatırlayıram ki, tarix boyu həqiqət və sevgi həmişə qalib gəlmişdir. Zülmkarlar
və qatillər var, onlar bir müddət yenilməz görünə bilər, amma sonunda həmişə məğlub
olurlar. Bunu həmişə ağlınızda tutun. ” - Qandi
Mahatma Qandinin qısa
bioqrafiyası
Mohandas K. Qandi 1869-cu ildə Hindistanın Porbandar şəhərində anadan olmuşdur. Mohandas “Biznesmenlər” sosial təbəqəsinə aid idi. Onun anası savadlı, oxumuş biri deyildi, lakin onun ümumi düşüncələrinin və dinə olan sədaqətinin Qandinin xarakterinin inkişafında böyük rolu var idi.
Bir gənc kimi, Mohandas
yaxşı tələbə idi, amma utancaq gənc oğlanda liderlik xüsusiyyətləri yox idi.
Atasının ölümündən sonra Mohandas hüquq dərəcəsi almaq üçün İngiltərəyə getdi.
O vegetarian cəmiyyətinə daxil oldu və bir dəfə ondan Bhagavad Gitanı tərcümə
etməsini istədilər. Hindistan ədəbiyyatının bu klassiki incisi Gita olan Hind əsərlərinə
qarşı Qandidə qürur hissi oyatdı.
Bu zamanlarda o həmçinin
İncili öyrənirdi və İsa Məsihin öyrətdiyi təvazökarlıq və bağışlayıcılıq
qavramlarına xüsusi diqqət verdi. Hər iki dinin aspektlərini tənqid etməsinə
baxmayaraq həyatı boyu İncilə və Bhagavad Gita'ya sadiq qaldı.
Qandi Cənubi Afrikada
Qandi hüquq dərəcəsini aldıqdan sonra Hindistana qayıtdı və qısa müddətdən sonra Cənubi Afrikaya praktikaya yollandı. Qandi Cənubi Afrikada hindlilərə qarşı edilən irqi ayrıseçkilik və ədalətsizlik səviyyəsini gördükdə çox məyus oldu.
Qandi ilk dəfə sivil itaətsizlik və etiraz kampaniyalarını elə məhz Cənubi Afrikada olduqda təşkil etdi. O öz qeyri-zorakı etirazlarını "Satyagraha" adlandırırdı. Qısa müddətlik həbs olunmasına baxmayaraq, bəzi hallarda Britaniyalılara da dəstək oldu.
Hətta Boer müharibəsi və Zulu üsyanı zamanı göstərdiyi səylərə görə
Britaniyalılar tərəfindən mükafatlandırıldı.
Qandi və Hindistanın Müstəqilliyi
Qandi Cənubi Afrikadakı 21
il keçirdikdən sonra 1915-ci ildə Hindistana geri qayıtdı. Sərbəst idarəetmə və
ya Swaraj uğrunda mübarizə aparan Hindistan millətçi hərəkatının
lideri oldu.
Qandi bir sıra uğurlu
zorakılıq-əlehi etirazlar təşkil edə bildi. Bir-iki günlük milli tətillərin
elan olunması bunlardan biri idi. İnglislər müxalifəti qadağan etməyə
çalışırdı, amma etirazların qeyri-zorakı olması və tətillərin elan olunması
qadağanı çətinləşdirdi.
Qandi, onu izləyənləri
müstəqilliyə hazır olmaq üçün daxili nizam-intizam qurmağa çağırırdı.
Qandi deyirdi ki, Hindistanlılar azadlığa layiq olduqlarını sübut etməlidirlər.
Bu, onu Aurobindo Gose kimi Hindistanın müstəqilliyinin yaxşı vəya pis hökümətin
olması ilə bağlı deyil, Hindistanın özünü idarəetmə hüququnun olması ilə bağlı
olmasını müdafiə edən liderlərdən fərqləndirirdi.
Qandi, həmçinin Hindistan
müstəqillik hərəkatındakında İngilisləri devirmək üçün birbaşa hərəkət etməyi
müdafiə edən Subhas Chandra Bose ilə də mübarizə aparmışdır.
Qandi insanların üsyanlara
və ya zorakılığa qarışdığını eşitdikdə tez-tez tətillər və zorakı olmayan
etiraz aksiyaları təşkil edirdi.
1930-cu ildə Qandi yeni
Duz Aktlarına (Salt Acts) etiraz olaraq, dənizdə məşhur etiraz yürüşünə rəhbərlik
etdi. Onlar dənizdə öz duzlarını emal edərək Britaniyalıların qoyduğu qaydaları
pozdular. Yüzlərlə insan həbs olundu və həbsxanlar Hindistan müstəqilliyinin
davamçıları ilə doldu.
"Bununla Britaniya
imperiyasının əsaslarını sarsıdıram."
- Qandi - duz
yürüşünün sonunda, əlində bir stəkan duz tutaraq.
Lakin kampaniyanın ən pik
həddində bir sıra hindli etirazçı bəzi İngilis sivillərini qətlə yetirdi, nəticədə
Qandi Hindistanın hələ buna hazır olmadığını deyərək müstəqillik hərəkatını
dayandırdı. Bu, müstəqilliyə can atan bir çox hindlinin qəlbini qırdı. Bu,
xüsusən Benqalda güclü olan Bhagat Singh kimi radikalların müstəqillik hərəkatını
idarə etməsinə səbəb oldu.
Qandi və Hindistanın
parçalanması
Müharibədən sonra, Britaniya Hindisantana müstəqillik verəcəyini bildirmişdi. Buna baxmayaraq Britaniyalılar Jinnah tərəfindən idarə olunan müsəlmanların dəstəyi ilə Hindistanı Hindistan və Pakistan olaraq iki hissəyə bölməyi planlaşdırırdı. Qandi ideoloji olaraq bölünməyə qarşı idi.
O, müsəlmanların və hindlilərin bir yerdə sülh içində yaşaya biləcəyini göstərmək üçün cəsarətlə çalışırdı. Onun dua iclaslarında hindli və xristian duaları ilə birlikdə müsəlman duaları da oxunurdu. Lakin, sonunda Qandi bölünməyə razılıq verdi və Müstəqillik gününü buna görə yas tutaraq dua edərək keçirdi.
Hətta Qandinin aclıq aksiyaları və müraciətləri belə bölünmə ilə nəticələnən məzhəb zorakılığı və qətl dalğasının qarşısını almaq üçün yetərli olmamışdı. Hindistanın müstəqillik siyasətindən bir qədər uzaq qalan Qandi, Hind Kastası sistemini sərt tənqid edirdi. Xüsusilə, cəmiyyət tərəfindən qeyri-adi şəkildə rəftar edilən 'toxunulmaz' kastaya qarşı mübarizə apardı.
O, toxunulmazların statusunu dəyişdirmək üçün bir çox
kampaniyalar başlatmışdır. Kampaniyalar böyük müqavimətlə qarşılaşsa da, onlar əsrlərdir
davam edən xurafatlarlı dəyişə bilmək üçün uzun yol qət ediblər.
78 yaşında Qandi məzhəb
ölümlərinin qarşısını almaq üçün yeni aclıq aksiyası başlatdı. 5 gün sonra
liderlər cinayətlərin dayandırılması üçün razılığa gəldi. Lakin, Qandi 10 gün
sonra müsəlmanlara verdiyi dəstəyə görə bir hindu brahman tərəfindən öldürüldü.
Qandi və Din
Qandi həqiqət axtarışcısı
idi.
“Sükut içində olarkən
ruh daha aydın bir şəkildə öz yolunu tapır, aldadıcı olan şeylər kristal
saflıqda olur. Həyatımız uzun və çətin bir həqiqət axtarışıdır.” – Qandi
Qandi deyirdi ki, Tanrının görüşünə sahib olmaq onun həyatdakı böyük məqsədidir. O, Allaha ibadət etməyə və dini anlayışı təbliğ etməyə çalışırdı.
O, Jainizm, İslam, Xristianlıq, Hinduizm, Buddizm kimi bir çox fərqli dinlərdən ilham alırdı və o, bunları öz fəlsəfəsinin bir parçası etmişdir.
O, bir çox hallarda dini yanaşmaları və aclıq aksiyaları öz siyasi
yanaşmasının
bir hissəsi
olaraq istifadə edirdi. Qandi fərdi
nümunənin insanların
düşüncəsinə təsir edə biləcəyini
anlamışdı.
“Bütün ümidlər
itdikdə, “kömək
edənlər uğursuz olduqda və rahatlıqlar əldən
getdikdə” hardan
gəldiyini
bilmədiyim
kömək bir şəkildə gəlir. Dua, ibadət
xurafat deyil, bunlar
yemək, içmək, oturmaq
və ya
gəzməkdən
daha realdırlar. Onların
yalnız
gerçək
olduğunu, hər şeyin qeyri-real
olduğunu
söyləmək
mübaliğə olmaz.”