Marsın Toz Fırtınasından əvvəl
və sonrakı halı: Nasanın Mars Kəşfiyyat Orbitində (Mars Reconnaissance Orbiter)
yerləşən Mars Rəngli Təsviredici (MARCI) 2018-ci ilin Toz Fırtınalarının Marsı
necə əhatə etdiyinini göstərir. Bu Qlobal Fırtınalar NASA-nın Opportunity rover
(Fürsət kəşfiyyatçısı) - i itirməsinə səbəb oldu. Etimad edilir: NASA /
JPL-Caltech / MSSS
Marsda tez-tez toz
fırtınaları müşahidə edilir. Lakin təqribən hər 10 ildə bir gözlənilməyən bir
şey baş verir. Toz fırtınaları duman şəklində bütün planeti əhatə edir.
Keçən il NASA-nın kosmik donanması Opportunity rover-in missiyasına son qoyan 2018 qlobal toz fırtınasının həyat döngüsünə ətraflı nəzər yetirdi. Alimlər hələ də məlumatları arraşdırarkən, bu iki məqalə bu yaxınlarda fırtınada müşahidə olunan bir fenomenə yeni işıq saldı: Toz qüllələri və ya günəş işığında qızan və havaya yüksələn toz buludları. Toz qüllələri Marsın nazik atmosferində normaldan daha sıx və daha yüksəyə qalxan kütləvi toz buludlarıdır.
Bir Mars Toz Qülləsi
müşahidə olunur: Bu şəklin mərkəzinin aşağı tərəfindəki sarı-ağ buludlar səthdən
on minlərlə mil yuxarı qalxa bilən, cəmlənmiş toz buludları, yəni Toz Qüllələridir.
Mavi-ağ hissələr su buxarı buludlarıdır. Bu təsvir Noyabr ayının 30-u, 2010-cu
ildə Nasanın Mars Kəşfiyyat Orbiti vasitəsilə çəkilmişdir. Etimad edilir: NASA/JPL-Caltech/MSSS
Qüllə planetin səthində
Rhode adası qədər böyük bir ərazidə sürətlə yüksələn toz yığını ilə başlayır.
Bir qüllə 2018-ci ildəki qlobal toz fırtınası zamanı göründüyü qədərilə 50 mil
(80 kilometr) yüksəkliyə çatdıqda, Nevada qədər geniş ola bilir. Qüllə
“çürüdükcə” səthdən 35 mil (56 km) yüksəklidə Birləşmiş Ştatlardan daha böyük
bir təbəqə yarada bilər.
Toz qüllələrindəki yeni
tapıntılar Kaliforniya, Pasadenada Reaktiv Hərəkət Laboratoriyası agentliyi tərəfindən
idarə olunan NASA- nın Mars Tədqiqat Orbitalı aparatı vasitəsilə təmin edildi.
Qlobal toz fırtınaları planetin səthini örtsə də, MTO istiliyi hiss edə bilən Mars
Climate Sounder aləti ilə dumanı müşahidə edə bilir. Alət xüsusi
olaraq toz səviyyəsini ölçmək üçün hazırlanmışdır. Onun məlumatları Mars
Context Imager (MARCI) adlanan, orbitdə yerləşən bir kameranın təsvirləri
ilə birlikdə, elm adamlarına çoxlu qabarıq toz qüllələrini aşkar etməyə imkan
verdi.
Mars suyunu çaylarını necə itirdi?
Toz qüllələri Marsian ili
boyunca müşahidə olunur, buna baxmayaraq MTO 2018 Qlobal Toz Fırtınaları olduğu
müddətdə fərqli bir hal müşahidə etdi. Məqalənin aparıcı müəllifi, Virciniyanın
Hampton şəhərinin Hampton Universitetindən Nicholas Heavens bildirdi: “Normalda
toz 1 yaxud 1 neçə gün içində yenməli idi, lakin Qlobal Fırtına zamanı Toz Qüllələri
həftələrlə, davamlı olaraq yenilənirlər”. Bəzi hallarda, bir çox qüllələr üç həftə
yarım müddətində belə görülə bilirdi.
Toz fəaliyyət dərəcəsi
Heavens və digər elm adamlarını təəccüblənmişdi. Xüsusi olaraq maraqlı olan isə
Toz Qüllələrinin digər materiallar üçün “kosmik lift” rolunu oynayaraq,
onları atmosfer boyunca daşıya bilməsi ehtimalı idi. Havadakı toz qızdıqda
yuxarıya doğru qaz axımlarını yaradır. Bu axımların tərkibində Marsda bəzən
nazik buludlar kimi görünən su buxarı da olur.
Heavens
tərəfindən
hazırlanan
əvvəlki
bir məqalə göstərir ki, Marsdakı 2007
Qlobal Toz Fırtınası nəticəsində su molekulları günəş radiasiyasının
onları parçalayıb
kosmosda itməsinə səbəb ola
biləcəyi bir yerə, atmosferin
yuxarı təbəqəsinə qalxmışdır. Bu, Qırmızı Planetin milyard illər
ərzində göllərini
və çaylarını necə itirdiyinə, necə bu gün
bir dondurucu səhra
halına
gəldiyinə dair ipucu ola bilər.
Alimlər Qlobal
Toz Fırtınalarına
nəyin
səbəb olduğunu dəqiqliklə açıqlaya
bilmirlər. Onların
bu günə kimi apardıqları araşdırmalar əslində çox
azdır.
Mars Climate Sounder alimi, JPL-dən
David Kass deyir ki, “Qlobal
Toz Fırtınaları həqiqətən də normal hal deyil. Bütün
planetin havasının aylarla
dəyişdiyi Yer kürəsində belə bunun kimi bir hal baş verməyib.”
MRO komandası zaman
və daha çox məlumat
ilə Qlobal
Toz Fırtınalarında
yaranan Toz Qüllələrini
və onların Qırmızı Planetin atmosferindən suyu
necə yoxa çıxardığını daha yaxşı başa düşəcəklərinə ümid
edirlər.