Orada o zahid həyatına
baş vurur və doqmatik olahiyyatın dərinliklərinə nüfuz edir.
Əgər Roma necə bir “müti qula” müqəddəs san və
illahiyyat dostoru titulunu verdiyini bilsəydi! Müqəddəs Kitabın gərgin
tədqiqatları və həqiqət axtarışı Lüterin belə bir qənaətə gəlməsinə səbəb oldu:
bütün xristian ölkələri üçün
yüzilliklər ərzində bərq vuran Roma Kilsəsinin binası bəzədilmiş sərdabədən
savayı heç nə deyildir.
1517 ci ildə indulqensiyaların ticarətinin
əleyhinə dərc olunmuş 95 tezis və Auqsbursk etiqadı katolik məzhəbinə ölümcül
zərbə vururdu. Bunların nəticəsində “azad” avropa xristianlığı (protestanlıq)
meydana çıxdı və Müqəddəs Kitabın mütləq nüfuzunun, insanın xilasının
itibucaqlı daşı kimi “şəxsi etiqadın”, “ümumi müqəddəslik” doktrinasının
tanınması doqmatikanın əsas addımı olmuşdur (sanın daşıyıcılarının mənəvi
simasından asılı olmayaraq müqəddəsliyin mövcud olmasına rəvac verən xüsusi
faydalı ənənələrin yoxluğu).
Lüter öz timsalında möhkəm iradəyə, etiqada və iş
qabiliyyətinə malik olan bir insanın nələrə qadir olduğunu göstərdi. Əgər Tomas
Münserin rəhbərliyi altında kəndli müharibəsi zamanı Lüter qiyamçılara divan
tutmağa çağırmasaydı, o zaman o, çox işlər görərdi. Bu hərəkat qiyamçıların
xristianlığı ədalətsizliyə və zülmə qarşı müqavimət göstərən sosial bərabərlik
dini kimi başa düşmələri haqqında bəhs edən açıq – aydın dini protestant
şüarları altında keçirdi. Lüter knyazların və zadəganların tərəfini saxlayaraq
Reformasiyanın Müqəddəs Roma imperiyasının şimali avropalı düşmənlərinə xidmət
etməsinə səbəb oldu. Bu, protestanizmin katolisizm ilə yükun olaraq barışmasını
təmin etdi.