Martin Lüter King Amerikanın ən nüfuzlu vətəndaş
hüquqları qoruyucularından biridir. Onun aktiv, lakin zorakı olmayan etirazları
Amerikada irqi bərabərsizlik barədə məlumatlılığı artırmağa kömək etdi və əhəmiyyətli
siyasi dəyişikliklərə səbəb oldu. Martin Luther King səlis natiqliq bacarığı ilə
həm qaradərili həm də ağdərili insanların qəlblərini fəth etmişdi.
Martin Lüter
King erkən yaşlarında.
Martin Lüter King 15
yanvar 1929-cu ildə Atlantada anadan olub. Onun atası və babası Afro-Amerikan
Baptist kilsəsində keşiş olub. M. Lüter Kinq Atlantadakı Morehouse Kollecində
oxuyub, sonra Pensilvaniyadakı Crozern İlahiyyat seminariyasına və Boston
Universitetinə oxumağa gedib. Universitetdə olduğu müddətdə Martin Lüter King
qaradərili amerikalıların qarşılaşdığı böyük irqi ayrı-seçkilikdən xəbərdar
oldu. O, Qandinin qeyri-zoraki etiraz aksiyalarından
ilhamlanırdı. Qandinin fəlsəfəsi baptist inancının təlimləri ilə əlaqəlidir.
King 24 yaşında olarlən gözəl və istedadlı gənc qadın, Coretta Scott ilə evləndi.
Evləndikdən sonra King Alabama ştatının Montgomeri şəhərindəki Dexter Avenue
Baptist Kilsəsində keşiş oldu.
Montgomeri
Avtobusları Boykotu.
Montgomery
avtobus boykotunun aparılmasına kömək etməsi Martin Lüter Kinqin həyatındakı dönüş nöqtəsi oldu. Bu boykot həm də vətəndaş hüquqları uğrunda mübarizədə dönüş nöqtəsi oldu. Onun fəallığı milli mətbuatın diqqətini cəlb etdi.
Boykot 5 dekabr 1955-ci ildə qeyri-zoraki hasidə ilə başladı. Vətəndaş hüquqları fəalı olan Roza Parks avtobusda yer verməkdən imtina etdi. O, yalnız ağdərililərə icazə verilən yerdə oturmuşdu. Bu, Montgomery avtobuslarında rəngli və ağdərili insanlar arasındakı ayrıseçkiliyi pozdu. Avtobus şirkəti qaydanı ləğv etməkdən imtina etdi. Buna görə Martin Lüter Kinq rəngli insanların şəhər avtobuslarından hər hansı birini istifadə etməkdən imtina etdiyi bir aksiya təşkil etməyə kömək etdi. Boykot bir neçə ay davam etdi, sonra məsələ Ali Məhkəməyə göndərildi. Ali Məhkəmə bu ayrıseçkiliyin konstitusiyaya zidd olduğunu bildirdi.
Vətəndaş Hüquqları Hərəkatı.
Montgomery avtobus boykotunun müvəffəqiyyətindən sonra Kinq və digər nazirlər Cənubi Xristian Liderlik Konfransını (CXLK) qurdular. Bu, artan vətəndaş hüquqları hərəkatının əsası oldu. 1960-cı illərdə Malcolm X və digər qaradərili millətçi qruplar tərəfindən idarə edilən Qaradərili Güc Hərəkatı yüksəldi. Bununla belə, Kinq həmişə qeyri-zoraki mübarizə ideologiyasına sadiq qaldı.
Martin Lüter Kinq və Malcolm X
1964-cü ildə Vaşinqtonda Senatın vətəndaş hüquqları ilə bağlı müzakirələrinə qulaq
asmazdan əvvəl qısaca görüşürlər.
Martin Lüter Kinq
ilhamverici və təsirli natiq idi. Onun kütləni mental olaraq idarə etmə
bacarığı var idi. O, insanlara ümid bəxş edirdi. Kinq dövrün ədalətsizliyi
haqqında danışarkən bunun keçici bulud kimi olduğunu bildirirdi. O, tez-tez
Tanrıya, İncilə və Xristian inancına etimad edirdi.
“ İsa demişdi:
“Nə üçün qardaşınızın gözündəki çöpü görürsünüz amma öz gözünüzdəki bütöv
parçanı görmürsünüz?” Bu insan təbiətinin faciələrindən biridir. Beləliklə,
özümüzə baxaraq, düşmənlərimizi, kollektiv və ya fərdi həyatda bizdən nifrət edən
insanları sevməyə başlayırıq.”
- Martin Lüter Kinq
O, çıxışlarında qisas almaq əvəzinə gələcəyə addım atmağın zəruriliyini izah edirdi. O, 1963-cü ildə Time jurnalı tərəfindən “İlin Adamı” seçilmişdi. Bunun ardında o, vətəndaş hüquqları yürüşləri ərzində Vaşinqtonda məşhur və ikonik “Mənim bir xəyalım var” çıxışını etmişdi.
“Mənim xəyalım var ki, bir gün bu millət inancının əsl mənasını dərk edəcək: “Biz bu həqiqətləri çox aydın hesab edirik, bütün insanlar bərabər yaradıldı.” Mənim xəyalım var ki, bir gün Gergianın qırmızı təpələrində keçmiş qulların övladları ilə keçmiş qul sahiblərinin övladları bir-yerdə qardaşlıq süfrəsində otura biləcəklər.”
- Martin
Lüter Kinq
Növbəti il Martin Lüter Kinq sosial ədalət fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görüldü. Kinq mükafatı 54,123 dollar olan mükafatı vətəndaş hüquqları hərəkatına təhvil verəcəyini açıqladı. Lyndon Johnson kimi siyasətçilər Nobel mükafatı aldıqdan sonra nüfuzu artan Kinq ilə getdikcə daha çox məsləhətləşirdilər.
Lakin, Kinqin Vetnam müharibəsinə qarşı olması Johnson rəhbərliyinin xoşuna gəlmədi. Kinq FBİ kimi səlahiyyətli qurumlar tərəfindən araşdırılmağa başlandı.
4 aprel,
1968-ci
ildə Kinq sui-qəst nəticəsində həyatını itirdi. Bu, onun son “Mən dağın başında olmuşam” çıxışından bir gün sonra baş verdi.
Onun şərəfinə,
Amerika Martin Lüter Kinqin Milli Gününü qeyd edir. O, Amerikanın ədalət və
irqi bərabərlik uğrunda mübarizəsinin simvolu möhtəşəm tarixi persona kimi olaraq qalır.