Devis layihənin əsas məqsədini unutmadı. O, soruşur: "İnsanlar bir
cins olaraq necə miras qoymalıdırlar?" Davis hərşeyi bildiyini iddia
etmir; o, elm adamlarından, tarixçilərdən, sənət adamlarından, şairlərdən və
filosoflardan məlumat toplamağı planlaşdırır. Ancaq o, "Nə qədər məlumat
toplasam da mənanı qorumaq istəyirəm" deyir.
Joe Devis zaman kapsulunu tapmaq üçün araşdırmalar aparır. O, Yerdəki Homo
sapiensin varisləri və ya yad planetlilərin insanlıq haqda məlumat ala bilməsi
üçün insanların izlərini göstərən və sonsuz yaşaya bilən bir qeyd qoymaq
istəyir. Hal-hazırda o, uyğun mühiti tapdığını düşünür. O, qaya duzunun
yataqlarında yaşayan tək bir mikrobun DNT-sini bu məqsədlə istifadə edilə
biləcəyinə inanır. O, duzla qorunan və mikrob tərəfindən yenilənən bu “arxivin”
yüz milyonlarla il yaşaya biləcəyinə inanır.
Bu, sənət və elm sayəsində
yaranan uzaqgörən bir fikirdir. Harvard Universitetinin biologiya
laboratoriyasından olan Devis iki dünya arasında körpü yaratmağa çalışır. Keçən
həftə bioRxiv jurnalında araşdırmasının yayınlanması ilə onun
layihəsi bir addım irəlilədi. Tədqiqatda Devis və həmkarları uzunömürlü, duza
tolerantlı bakteriya olan Halobacterium
salinarum (Hsal)-ın DNT-sində, hər xromosomunda orta hesabla 25
ehyiyyat nüsxəsi olan məlumat kodlaşdıra bildiklərini göstərdilər.
Digər tədqiqatçılar insan hüceyrəsinin nüvəsində təxminən 300 meqabayt
məlumat saxlaya bilən DNT-nin mövcud potensialını araşdırdılar. Lakin, Devis bu
qabiliyyəti qeyri-adi möhkəmliyi olan orqanizmin davamlılığı ilə
birləşdirir. "Əgər məlumatları uzun müddət saxlamaq
istəyirsinizsə, bunun ən yaxşı yolu məlumatları hüceyrənin içərisində saxlamaq
və DNT-nin özünü bərpa etməsi üçün hüceyrə mexanizmini istifadə etməkdir"
deyir. "Onlar çox rahat və iqtisadi cəhətdən az və ya heç bir müdaxilə
olmadan bərpa ola bilirlər."
Seattle-dəki Vaşinqton Universitetində halofilləri və DNT saxlamasını
öyrənən biologiya mühəndis Jeff Nivala bu fikirlə razıdır. O deyir,
"Milyonlarla il ərzində arxiv saxlama üçün bu əla bir tətbiq ola bilər.
Yer üzündə bütün başqa həyat izləri məhv olarsa və tək qalan bu kapsul olarsa,
bəlkə bu məlumat öz-özünə yayıla bilər."
Davisin 1960-cı illərdə Missisipidə kiçik məktəbdə keçdiyi bir kursdan
başqa biologiya üzrə heç bir rəsmi təhsili yoxdur. Ancaq onun biologiyanı bəzən
elmə yönələn göstəri sənətinə çevirmə bacarığı var. 1987-ci ildə Microvenus təsviri-incəsənət
qurumu üçün qadın şəklinin təsvirini canlı Escherichia coli bakteriyalarının
DNT-sinə kodlaşdırdı. Bu DNT məlumatların saxlanmasının ilk eksperimental
nümayişi oldu.
İndi Devis E.coli-dən daha davamlı bir mikrobla işləyir. Hsal susuzluğa,
ifrat istilik dərəcələrinə, uzun müddətli vakuuma və sıx radiasiyaya dözə
bilir. Devis hətta onu etilen oksidinə, yəni laboratoriya avadanlıqlarını
sterilizasiya etmək üçün istifadə olunan zəhərli maddəyə təmas etdirdi və Hsal bu
təcrübədən də uğurla keçdi . Hsal-da kriptonit var:
Şirin suya batırıldıqda hüceyrələri partlayır. Lakin, duz kristallarının
içərisinə ən dib nöqtələrinə daxil edildikdə, Hsal-ın ölməsi demək
olar mümkün deyil.
Emily Leproust ticari olaraq vitro üsullarla DNT-nin saxlanılması üçün şüşə
və ya paslanmayan poladda sintetik DNT-nin kapsullaşdırılmasının iniviv
yanaşmalardan daha inkişaf etmiş olduğunu bildirdi. Emily Leproust üzvi kimyaçı
və Twist Bioscience şirkətinin baş direktorudur. Lakin duz yataqlarında yüz
milyonlarla yaşı olan Hsal hüceyrələrini canlandıran Devis canlıların DNT-ni
daha uzun müddət qoruya biləcəyini deyir. Onun iş yoldaşı, Harvard-da genetik
olan Corc Church sabit kristalların içərisində dərində hüceyrələrin tapıla
bildiyini və bu müddət ərzində hərəkətsiz vəziyyətdə qalmağını "tamamilə
mümkün" hesab edir. Hüceyrələr böyüməyi dayandırır və onların DNT-si tədricən
pozulmadan dəyişməz qalır. O deyir: "Lakin ehtiyac olduqda tez bir
zamanda çoxalırlar" . Hsal özünü bərpa edə və
tədqiqatçıların üzərində işləməsi üçün çox sayda nüsxə yarada bildi.
"Beləliklə, Hsal yaxşı bir seçim oldu."
Johns Hopkins Universitetinin bioloqu və Hsal mütəxəssisi
Jocelyne DiRuggiero bu planı "Kreativ bir fikir" olaraq
qiymətləndirir. O, ətraf mühitdən gələr zərbələrə dözməklə yanaşı Hsalın DNT-yə
zərər verən reaktiv oksigen növlərini aradan qaldırmaqda yaxşı olduğunu
söyləyir. Minimum qida maddəsi ilə Hsal koloniyası yüz
minlərlə və ya daha çox il ərzində duzda hibernasiya edə bilər. O, mikrobların
böyüməyəcəyi və ya çoxalmayacağını söylədi, Hsal yalnız özünü
bərpa etmək və kosmik şüalardan gələn DNT-ni zədələyən təhdidlərə qarşı çıxmaq
üçün enerjidən istifadə edir.
Yeni işdə ilk addım Hsalın DNT-sindəki məlumatları
kodlaşdırmaq idi. Ruhunu bir yumurtanın içərisindəki iynənin ucunda gizlədən
bir sehrbaz haqqında olan Rus nağılından ilhamlanan Devis Hsalın daxilində
3D formatında olan yumurta və iynə şəkillərini yerləşdirmək istəyirdi. Devis
DNT-ni sintez etdikdən sonra Brandeis Universitetinin bioloqu Alexandre Bisson
onu Hsal genomundakı mikroblara təsir etməyən və hüceyrədə heç
bir şey meydana gətirməyən bir yerə yapışdırdı. Bisson dəyişdirilmiş
halobakteriyaların təkrar kodlanmasına təşviq etdi və yeni kodun
dəyişdirilməməsini təmin etmək üçün DNT-lərini ardıcıllıqla yığdı.
Vaxt kapsulları kimi mikrobların potensialı haqqında daha çox məlumat əldə
etmək üçün Bisson onların duz kristallarında necə davrandıqlarını öyrənir. 10
il və ya daha çox müddətdə o, duzda olan Hsal nəsillərini
dondurucuda saxlanan nəsillər ilə müqayisə etməyi planlaşdırır. O daha aktiv
olan duz nəsillərində mutasiyaların olub-olmadığını öyrənmək istəyir.
Baxmayaraq ki, milyonlarla il boyu ekstrapolyasiya etmək asan olmayacaq, o, bu
məlumatların boşluğu doldurmağa kömək edəcəyini deyir. Bisson orqanizmlərin
onları dəstəkləyən brinli ciblərdə qaldığını və ya hərəkət etdiyini öyrənmək üçün
flüoresan zülallardan istifadə etməyi də planlaşdırır.
Devis layihənin əsas məqsədini unutmadı. O, soruşur: "İnsanlar
bir cins olaraq necə miras qoymalıdırlar?" Davis hərşeyi
bildiyini iddia etmir; o, elm adamlarından, tarixçilərdən, sənət adamlarından,
şairlərdən və filosoflardan məlumat toplamağı planlaşdırır. Ancaq o, "Nə
qədər məlumat toplasam da mənanı qorumaq istəyirəm" deyir.