Silah

Nə üçün Kalaşnikov avtomatının darağında cəmi 30 patron yerləşir?

Kalaşnikov avtomatının darağ

Kalaşnikov avtomatının darağında cəmi 30 patron yerləşdiyini bilirdiz? Bəli, cəmi 30 patron yerləşir. Niyəsini bu məqalədə açıqlayaq.


Kalaşnikov avtomatının ordu üçün nümunələri ştat darağı ilə 30 patron üçün komplektləşdirilir. Əgər bu məsələ ilə daha dərindən maraqlansaq, o zaman aydın olacaqdır ki, analoji tutumlu hərbi sursat elementləri xarici hücum tüfənglərinin bütün modelləri ilə birlikdə istifadə olunur. Hər bir halda ordu tüfənglərinin daraqlarındakı patronların sayı 30 vahid kəmiyyətinə yaxın olacaqdır. Bəs nə üçün silahın konstruktorları məhz bu rəqəmi seçmişdirlər?

 

Məlum olduğu kimi, 30 patrondan ibarət olan darağın həcmi boş yerə seçilməmişdir. Müxtəlif ölkələrin mühəndisləri tüfənglərin və yarım avtomat tüfənglərin tətbiqi ilə bağlı zəngin təcrübənin, daha sonra isə ilk iki dünya müharibələrinin gedişatında tapança – pulumyotların və avtomat tüfənglərin qiymətləndirilməsindən sonra məhz bu rəqəmin üstündə dayanmışdırlar. Əvəllər daha böyük həcmli daraqlar istehsal etmək cəhdləri tətbiq olunsa da, lakin yekun nəticədə sonuncu seçim səmərəlik prinsipinə əsasən həyata keçirilmişdir.


İş burasındadır ki, 30 patrondan ibarət olan fəal hərbi sursat ehtiyatı - əksər döyüş vəziyyətlərində döyüşçü tərəfindən effektiv şəkildə atəş açılması üçün həddən artıq kifayətdir. Xüsusilə də, real döyüşdə atəşin daha çox qısa güllə qatarı ilə, yəni 3-4 patron olmaqla həyata keçirilməsi faktını və ya tək – tək atəş açmaqla həyata keçirilməsi faktı nəzərə alsaq, 30 patron kifayətdir. Darağı 40, 50 və ya 60 patronla doldurmaq sadəcə olaraq mənasızdır. İş burasındadır ki, belə vəziyyətdə böyük hərbi sursat ehtiyatının qüsurları onun üstünlüklərindən çox olur.

 

Qeyri – standart həcmli daraqlar, bir qayda olaraq, həddən artıq pis erqonomikaya malikdirlər. Bundan savayı, onların çəkisi də az deyildir. Döyüşdə əldə hər bir artıq kiloqram yekun nəticədə pis zarafat edə bilər. Taktiki yükünə görə avtomatik tüfəngdə 30 patronun olması olduqca kifayətdir. Düşəmənin susdurulması məqsədilə  uzunmüddətli atəş açmaq üçün başqa silah, məhz - əl pulemyotu vardır.

 

Konkret misal çəkək. АКМS çəkisi patronsuz və daraqsız  3.3 kq təşkil edir. Bu zaman təchiz olunmuş və döyüşə hazır vəziyyətə gətirilmiş AKMS çəkisi artıq 3.8 kq təşkil edir. Çəki bir o qədər də artmasa da, lakin əslində demək olar ki, 500 kq əlavə kütlə - hətta tam hazırlıqlı insanın orqanizmi üçün ciddi ağırlıqdır. Buna müvafiq olaraq,  böyük tutumlu qeyri – standart daraqlı AKMS çəkisi daha çox olacaqdır.

Bu zaman əlavə etmək lazımdır ki, AKMS tezatma qabiliyyəti tək güllə qatarı ilə dəqiqədə 40 atəş və güllə qatarı ilə isə dəqiqədə 100 atəş təşkil edir. Belə bir təəssürat yarana bilər ki, real döyüşdə döyüşçü bütün döyüş sursatını sürətlə sərf edəcəkdir. Lakin bu heç də belə deyildir. Daha çox ehtiyatda 3-4 darağın olması kifayətdir. Xüsusən ona görə ki, reydlər zamanı döyüşçülər həmçinin – cibə və ya arxa çantaya qoyulan ehtiyat patronlarını da özləri ilə götürürlər. Bu zaman bir çox hallarda, atəş əvvəlcədən hazırlanmış mövqedən aparılır və belə hallarda patron çatışmazlığı halları olmur.

Qeyri – standart daraqlar əsasən ya idmanın atıcılıq növündə, ya da xüsusi təyinatlı dəstə tərəfindən istifadə olunur. Əgər hər hansı bir DTK (indiki FTX) “Alfa” dəstəsinin döyüşçülərinin nadir fotoşəkillərinə diqqət yetirsək, o zaman onların da hərbi sursatın 30 patronluq elementlərindən istifadə etdiklərini görərik.

 



 

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo