Biz kifayət qədər
yata bilmədikdə, özümüzü yorğun, tənbəl və üzgün hiss edirik. Biz qəhvə içməyə
başlayır, və yenidən yatağa girmək vaxtı çatana qədər qəhvəni gün ərzində
içirik. Lakin, kifayət qədər yata bilmədiyimiz zaman özümüzü nə üçün pis hiss
etməyimizdən və yaddaşımızın pozulmasınnan savayı, tədqiqatçılar var
gücləri ilə insanlar ilə heyvanların nə üçün ümumiyyətlə yatmadıqlarını
aydınlaşdırmağa cəhd göstərmişdirlər.
İsrayılda Bar –
İlan Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat bunu
aydınlaşdırmağa bizə kğmək edə bilər. Onlar Danio balıqlarının beyninin fəallığını
öyrənərək (лат. Danio), DNT – nin (dezoksiribonukleinturşusu) günorta
deyil, gecə saatlarında daha sürətlə bərpa olunduğunu aşkar etmişdirlər.
Ayıq olan zaman
DNT zəncirləri bərpa olunmağa tələsmir, gecə saatlarında isə bərpa prosesi fəallaşır
və günorta saatlarında DNT aldığı bütün zədələri aradan qaldırır. Nature
Communications jurnalında dərc olunmuş nəticələr DNT və xromosomların
sağlamlığını dəstəkləmək üçün bizim beynimizin yuxuya ehtiyacı oldğunu təsdiq edir, əsasda körpələrdə.
Yuxu alimlər
üçün tapmacadır.
Yuxu zərurəti
mrkəzi sinir sisteminə malik olan demək olar ki, bütün insanlarda müşahidə
olunur. Biz bilirik ki, tam yuxu olmadan insanlar ürək – damar xəstəlikləri,
piylənmə, şəkərli diabet və psixiki funksiyanın pozulması kimi hallara məruz
qalırlar.
Lakin hüceyrə səviyyəsində
bizi yatmağa nəyin vadar etdiyini müəyyən etmək asan deyildir. Belə güman
olunur ki, yuxu enerji səviyyələrini bərpa edir, beyində neyrotransmitterləri bərpa
edir və lazımsız informasiyanı silir. Bu nəzəriyyələrdən heç biri kifayət qədər
sübuta yetirilməmişdir.
Bar – İlan Universitetinin Multi intizam beyin tədqiqatı mərkəzinin professoru Lior Appelbaum belə hesab edir ki, informasiyanı ötürən və DNT ilə xromosomlardan ibarət olan beyin neyronları biz yatan zaman bərpa oluna bilər.
DNT radiasiya, havanın çirklənməsi və tütün tüstüsü kimi bu cür hallar nəticəsində zədələnir, lakin xoşbəxtlikdən, o özünü bərpa edə bilər. DNT daşıyan və bizim genetik informasiyamızı ötürən xromosomlar zədələnmiş DNT bərpa etmək üçün DNT sağlam zəncirini istifadə etməyə qadirdirlər. Lakin, günorta saatlarında fəal olan orqanizmdən fərqli olaraq gecə saatlarında dinclik halında bədənin daha sürətlə bərpa olunması sualını Appelbaum özünə vermişdir.
«Bu yollardakı
çalalar qədərdir», — qazetin aparıcı müəllifi olan Appelbaum press – relizdə
demişdir. «Xüsusilə günorta saatlarında yollar korlanır və hərəkətin məhdudlaşdırıldığı
gecə saatlarında bu yolları təmir etmək daha rahat və effektivdir».
Yuxu və DNT
(dezoksiribonukleinturşusu)
Bu fərziyyəni
yoxlamaq üçün o və tədqiqatçılar komandası Sanio balıqlarının neyronlarını öyrənməyə
başladılar. Bu balaca balıqların beyni bizim beynimizə bənzərdir və onlar
praktiki olaraq şəffafdırlar və bu tədqiqatçılara onun fəallığını və dəyişikliklərini
asanlıqla tədqiq etməyə icazə verir.
Onlar güclü mikroskopun köməyi ilə balığın ayıq vəziyyətdə olması və yatması zamanı balığın DNT necə bərpa olunmasını müşahidə etmişdirlər.
Onlar DNT – də xromosomların gecə saatlarında daha fəal olduqlarını və günorta saatlarından fərqli olaraq DNT – ni daha effektiv şəkildə bərpa etdiklərini aşkar etmişdirlər. Bu, gün ərzində tədricən sağalmanı kompensasiya etmək üçün beynin yuxu zamanı DNT – nin bərpa olunmasını sürətləndirməsi haqqında bəhs edir. DNT – nin gecə saatlarında sürətlə bərpa olunması baş verməzsə, o zaman insanlar və heyvanlar həyat üçün təhlükəli xəstəliklərə məruz qala bilər.
Sözsüz olaraq
sonrakı tədqiqatlar bu nəzəriyyənin təsdiq olunması və yatan insanların DNT –
ni Danio balıqları kimi effektiv şəkildə bərpa etməyə qadir olub –
olmadıqlarını görmək üçün zəruridir. Lakin indi bizdə heç olmasa yuxu sirrinin
açarı vardır.
Nə
üçün biz yatırıq? Yeni tədqiqat yuxuda DNT (dezoksiribonukleinturşusu) –
nin sürətlə bərpa olunmasından bəhs edir