NASA – dan və
Massaçuset texnoloji institutundan olan alimlər minlərlə balaca eyni
hissələrdən ibarət olan təyyarənin qanadının yeni növünü radikal qaydada
işləyib hazırlamışdırlar. Bu barədə məqalə Smart Materialsand Structures
jurnalında dərc olunmuşdur.
NASA
aerodinamika borusundauğurlu şəkildə test olunmadan sonra tədqiqatçılar
deyirlər ki, qanad təyyarələrin gələcəkdə istehsalını əhəmiyyətli şəkildə
yaxşılaşdıraraq bu prosesə çeviklik əlavə edə bilər.
Adətən, təyyarənin maili
bucağı və maililiyin idarə olunması üçün qanadlar eleronlar kimi hərəkətli
hissələri istifadə edirlər. Lakin, yeni dizayn özünü deformasiya edərək formanı
faktiki olaraq dəyişə bilər. Bu, sərt və elastik komponentlərin qarışığından
yığımın nəticəsi olub, buna görə də, bütün qanad və onun hissələri müəyyən
şəkildə əyilə bilər.
Kiçik eyni komponentlər və ya subvahidlər daha sonra nazik polimer materialı ilə örtülən qəfəsvarı strukturu əmələ gətirir. Beləliklə, nəticədə alınan qanad əsasən boş məkandan ibarətdir (aşağı sıxlıqlı), lakin bu zaman o sərt olaraq qalmaqda davam edir. Məsələn, qəfəs rezin kimi eyni sərtliyə malikdir, lakin o təxminən bir minlik sıxlığa malikdir.
Deformasiyaya
uğrayan qanad təyyarənin enməsi, havaya qalxması və ya kreyser uçuşu kimi
müxtəlif vəziyyətlərə uyğunlaşa bilər. Tədqiqatçıların sözlərinə görə, bu
konstruksiya daha yüngüldür və deməli, o qanadlardan fərqli olaraq daha böyük
enerji effektivliyinə malikdir.
«Biz
effektivliyi artıraraq, qanadın formasını müxtəlif hücum bucaqları üçün
gərginliyə uyğunlaşdırır», — NASA – dan məqalənin aparıcı müəllifi Nikolas
Kramerin bəyanatında deyilir.
Layihə
nümunəsinin cari versiyası təxminən 16 fut uzunluğa malik olub, müxaniki
şəkildə yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq, tədqiqatçılar təsdiq
edirlər ki, qanad avtonom robotların komandası
tərəfindən yığıla bilər.
Yeni
nümunənin balaca blokalardan qurulması faktı o deməkdir ki, hazır qanadın
potensial formalarının müxtəlifliyi əhəmiyyətli şəkildə genişlənə bilər.
«Siz
istədiyiniz həndəsəni qura bilərsiniz», MİT aspirantı Benjamin Cennet qeyd
edir. «Təyyarələrin əksəriyyəti eyni formaya malik olub onların istehsalına
dair cərxlər ilə izah olunur, lakin bu həmişə effektiv forma olmur».
Obyektin
formasını tənzimləməyə imkan verən çoxsaylı blokların istifadə olunması nəinki
qanadların istehsalı, eləcə də, məsələn, körpülərin və ya külək
generatorlarının qanadlarının istehsalı üçün də tətbiq etmək mümkündür.