Persona

Nelson Mandela. Bioqrafiya.

Nelson Mandela

Nelson Mandelanın Bioqrafiyasını oxuyun

Nelson Mandela (1918-2013) həyatının 20 ilindən çoxunu aparteid rejimə qarşı çıxışlarına görə həbsdə keçirmiş Cənubi Afrikalı siyasi aktivist idi və dünyanın ən nufuzlu görkəmli persona adına layiq oldu. O 1990-cı ildə azadlığa buraxıldı. Sonralar, 1994-cü ildə Mandela demokratik Cənubi Afrikanın ilk lideri seçildi. 1993-cü ildə o, Cənubi Afrikada irq ayrımının bitməsi üçün etdiyi köməklərə görə Nobel Sülh Mükafatı-na layiq görüldü (F.W. de Klerk ilə birlikdə) . O demokratik Cənubi Afrikanın atası hesab olunur və ona əvvəllər aparteid(irqi ayrıseçkilik) rejim ilə bölünmüş bir milləti bir araya gətirə bildiyinə görə geniş bir kütlə heyranlıq duyur. Nelson Mandela bağışlayıcılıq görüşü və yeni bir "göyqurşağı" milləti yaratmaq istəyinə görə iyirminci və iyirmi birinci əsrlərin ən çox heyranlıq duyulan siyasi liderlərindən biridir.

"Mən öyrəndim ki cəsarət qorxusuzluq deyil, qorxu üzərində zəfər qazanmaqdır. Cəsur adam qorxu hiss etməyən deyil, ona qalib gələndir."

-Nelson Mandela

Nelson Mandelanın qısa bioqrafiyası

Nelson Mandela iyulun 18-i 1918-ci ildə Cənubi Afrika,Transkeidə anadan olmuşdur. O Tembu qəbiləsinin qəbilə liderinin oğlu idi. Gəncliyində Nelson qəbilə fəaliyyətlərində aktiv iştirak edirdi. Lakin Nelson Mandela atasından fərqli olaraq Ford Hare və həmçinin Witwatersrand Universitetlərində tam təhsil aldı. Nelson yaxşl tələbə idi və 1942-ci ildə hüquq dərəcəsi aldı.

Universitetdə oxuduğu müddətdə Nelson Mandela ağdərili olmayan insanların üzləşdikləri irqi bərabərsizlik və ədalətsizliklər barədə getdikcə daha çox xəbərdar oldu. 1943-cü ildə o AMK(Afrika Milli Konqresi)-ə qoşulmağa qərar verdi və fəal şəkildə aparteidə qarşı mübarizələrdə iştirak etdi.

Az sayda ixtisaslı hüquqşünaslardan biri kimi Nelson Mandelaya böyük tələbat var idi. Mübarizə istəyi onun AMK sıralarında yüksəlməyinə səbəb oldu. 1956-cı ildə Nelson Mandela AMK-in bir neçə digər üzvü ilə birlikdə vətənə xəyanətlə ittiham olunaraq həbs edildi. Uzun çəkən məhkəmə işindən sonra şübhəlilər nəhayət 1961-ci ildə bəraət etdilər. Lakin AMK-nin qadağa olunduğuna baxmayaraq Nelson Mandela aparteid rejiminə qarşı aktiv silahlı müqavimət göstərməyi təklif edirdi. Bu, partizan müqavimət hərəkatı kimi fəaliyyət göstərəcək Umkhonto we Sizwe'nin meydana gəlməsinə səbəb oldu. Digər Afrika ölkələrində təlim alaraq Umwe we Sizwe aktiv təxribatlarda iştirak edirdi.

Mandela 1963-cü ildə yenidən vətənə xəyanətə görə saxlanıldı və mühakimə olundu. Dövlət bu dəfə də, Mandelanı hökuməti devirmək üçün hiylə qurmaqda ittiham etdi. Bu dəfə Mandelanı həbs etməyə müvəffəq ola bildilər. Lakin bu iş beynəlxalq miqyasda diqqət çəkdi və Cənubi Afrikadakı aparteid rejim beynəlxalq ictimaiyyətin nəzərindən yayınmadı. Məhkəmə prosesinin sonunda Nelson Mandela demokratiya ideallarına sadiq olduğunu təstiqləyən uzun bir çıxış etdi.

“Biz inanırıq ki, Cənubi Afrika istər qara istər ağ olan tək bir qrupa deyil, orada yaşayan bütün insanlara aiddir.”

-Nelson Mandela, Cənubi Afrika Ali Məhkəməsi, Pretoria, 20 Aprel 1964-cü il 

1964 məhkəməsindəki sonuncu çıxış

“Həyatım boyu özümü Afrika xalqının bu mübarizəsinə həsr etmişəm. Ağdərili hökmranlığına qarşı da mübarizə aparmışam, qara dərili hökmranlığına qarşı da! Mən demokratiya ideallarına və bütün insanların birlikdə bir ahəng içində, bərabər imkanlarla yaşadığı bir azad cəmiyyətə ümid bəsləmişəm. Bu, həyatımı ona həsr edəcəyimə və sonda qələbə qazanacağıma ümid etdiyim bir idealdır. Hətta lazım gələrsə bu ideal uğrunda ölməyə belə hazıram." - Nelson Mandela, Cənubi Afrika Ali Məhkəməsi, Pretoria, 20 Aprel, 1964-cü il

Həbsdə olduğu zamanlar

Mandelanın ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edildi və 1964-1981-ci illərdə Keyptaun yaxınlığındakı Robben Island həbsxanasında tutuldu. Həbsxananın şəraiti yaxşı deyildi. Lakin Mandela bir çox digər siyasi məhbusla birlikdə idi. Onlar güclü dostluq bağları sayəsində çətin həbsxana şərtlərinə qarşı daha dözümlü idilər. Mandela həbsxanada çox intizamlı idi. O hər gün çalışır, öyrənir və məşqlərdə iştirak edirdi. Daha sonra o, məhkumluq illəri nə qədər ağır keçsə də, bu periodda çox şey öyrəndiyini qəbul etdi. O, hətta bəzi mühafizəçilərlə dostluq qurmuşdu. Mandela Afrikalıların reqbini bu qədər sevməsinin səbəbini həbsxanada başa düşdü və özü də maraqlanmağa başladı                                      

Həbsdə olduğu müddətdə Mandela dünyada daha çox tanınmağa başladı. Mandela ən çox tanınan qara lider olmuşdu və aparteid rejiminə qarşı mübarizənin simvolu idi. Mandelanın həbsdə qalması dünyəvi ölçüdə bir təyziqə səbəb olmuşdu. Bir çox ölkə aparteid rejimli Cənubi Afrikaya qarşı sanksiyalar tətbiq etdi. Beynəlxalq təzyiqlər səbəbiylə 1980-ci illərin ortalarından etibarən aparteid rejimi getdikcə AMK və xüsusilə Nelson Mandela ilə danışıqlar aparmağa başladı. Bir neçə dəfə Mandelaya şərti azadlıq təklif olundu. Ancaq o, AMK-nin siyasi ideallarını öz azadlığından üstün tutmaqdan imtina etdi.

Azadlıq və yeni Göyqurşağı Milləti

Nəhayət, Nelson Mandela 11 fevral 1990-cı ildə sərbəst buraxıldı. Bu Cənubi Afrika və dünya üçün böyük bir hadisə idi. Onun sərbəst buraxılması aparteidin(irqi ayrıseçkilik) sonunun yaxınlaşmasının rəmzi idi. Sərbəst buraxıldıqdan sonra uzunmüddətli nizamlanma təmin etmək üçün uzadılmış danışıqlar davam etdi. Qəbilə zorakılığı fonunda olan danışıqlar tez-tez gərginləşirdi. Lakin 1994-cü ilin aprelində Cənubi Afrikada ilk tam və ədalətli seçkilər keçirildi. 65% səslə AMK seçildi və Nelson Mandela yeni Cənubi Afrikanın ilk prezidenti oldu.

“Yaraların sağalma vaxtı gəldi. Bizi ayıran uçurumun üzərindən körpü salmağın vaxtı gəldi. ”

-Nelson Mandela 

O prezident olaraq keçmişdəki səfləri düzəltməyə çalışırdı. Əvvəllər pis rəftar olunmağına baxmayaraq, Nelson keçmiş zülmkarlara hörmədcə davranırdı. Onun bağışlayıcı və tolerant münasibəti bütün Cənubi Afrika xalqının hörmətini qazanmış və tam bir demokratiyaya keçidi xeyli asanlaşdırmışdır. O doöurdanda Afrikanın tarixini dəyişən bir şəxsiyyət kimi gəbul olunmuşdur.

"Gözəl bir Cənubi Afrika ilə bağlı xəyallarımız var və bu məqsədə aparan yollar var. Bu yolların ikisi yaxşılıq və rəhmkarlıqdır."

                                               --Nelson Manela        

1995-ci ildə Reqbi Dünya Çempionatı cənubi Afrikada keçirildi. Nelson Mandela cənubi Afrikalıların “Springboks”-u dəstəkləmələrində böyük rol oynamışdı. O vaxta qədər Springboks-un ağdərili insanların üstünlüyünün simbolu olduğu düşünülürdü. Mandela dünya çempionatından əvvəl komandaya uğurlar arzuladığını bildirmək üçün Springbok-ların kapitanı Francois Pienaar ilə görüşməklə hamını təəccübləndirdi. Keşməkeşli finaldan sonra, Yeni Zellandiya komandasını məğlub edən Cənubi Afrika komandasına kuboku təqdim edən Mandela Springbok formasını geyinmişdi. De Klerk daha sonra, Mandelanın milyonlarla ağdərili regbi fanının qəlbini fəth etdiyini bildirdi.

Nelson Mandela eyni zamanda keçmiş aparteid(irqi) cinayətlərinin araşdırıldığı Həqiqət və Uzlaşma Komitəsinin qurulmasına nəzarət edirdi. Nelson fərdi bağışlanmanın tərəfində idi. O millətin irəliyə baxmasına kömək etdi. Komitəyə Desmond Tutu başçılıq edirdi. Mandela daha sonra onun işini yüksək qiymətləndirdi.

Nelson Mandela 1999-cu ildə prezident vəzifəsindən getdi və onun yerinə Thabo Mbeki gəldi. Ömrünün son illərində sağlamlığının pis olması Mandelanın sosial həyatını məhdudlaşdırdı. Buna baxmayaraq, o, müəyyən məsələlər barədə çıxışlar etmişdi. 2003-cü ildə ABŞ-ın İraqa hücumunu qətiyyətlə tənqid edirdi. 2002-ci ildə Newsweek-ə verdiyi müsahibədə ABŞ-ın hərəkətlərindən narahatlığını ifadə etdi.

"Mən həqiqətən təqaüdə çıxaraq uşaqlarım, nəvələrim və əlbətdə həyat yoldaşımla daha çox vaxt keçirərək dincəlmək istəyirdim. Amma bu cür problemlər qarşısında vicdanı olan hər kəs sülhün əldə olunmasına hər hansı bir təsiri olacağı halda səssiz qala bilməz. " -  10 Sentyabr, 2002

O, həmçinin Cənubi Afrikadakı QİÇS problemini işıqlandırmaq üçün kampaniya aparıb.

Mandela 3 dəfə evlənib. Onun 6 uşağı və 17 nəvəsi var. Onun ilk həyat yoldaşı Evelyn Ntko Mase idi. İkinci həyat yoldaşı isə Vinnie Madikizela-Mandela idi. Onlar şiddətli bir mübahisədən sonra ayrıldılar. Winnie-nin insan haqlarının pozulmasında iştirak etdiyi iddia edilmişdi. Mandela 3-cü dəfə 80 yaşında olarkən Graça Machel ilə evlənib.                              

Graça Mişel, Sri Chinmoy ilə birlikdə sülh məşəlini tutan Nelson Mandela.

Nelson Mandela tez-tez onun Xhosa dilindəki adı olan “Madiba” ilə xatırlanırdı.

Nelson Mandela 5 dekabr 2013-cü uzun sürən xəstəlikdən sonra 95 yaşında vəfat etdi. Ailəsi ölənə qədər onun yanında idi.

ABŞ Prezidenti Barak Obama Nelsonun anım mərasimində dedi:

"Nelson Mandelanın bənzərlərini bir daha heç vaxt görməyəcəyik. Buna görə də, bizim borcumuz onun göstərdiyi nümunəni əlimizdən gəldiyi qədər davam etdirməkdir. Artıq o bizə aid yox əsrlərə aiddir.”

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,