Bir çox
mikroelementlər potensial olaraq zəhərlidir. Onların bir qisminin orqanizmə artıq miqdarda daxil
olması patoloji vəziyyətlərin inkişafına səbəb ola bilər. Bu cür elementlərə Au qızılı aid etmək mümkündür, və bu zaman qeyd etmək lazımdır ki, onun bioloji rolu hələ də kifayət
qədər öyrənilməmişdir
Elm adamları artıq çoxdan bəzək əşyalarının və qızıl
nişan üzüyünün taxılmasının insanın sağlamlığına necə təsir göstərməsi ilə bağlı
mübahisə edirlər.
Bu cür əşyaların taxılmasının insan orqanizminə təsir göstərməsi artıq çoxdan heç bir mübahisə doğurmur. Bu yaxınlarda alman mütəxəssisləri bəyan etmişdirlər ki, qızıl nişan üzüyünü daima taxmaq müstəsna olaraq kişilərin sağlamlığı üçün zərərlidir.
İş burasındadır ki, zaman keçdikcə qiymətli metal oksidləşməyə başlayır – və qiymətli metalın əyarı nə qədər yüksəkdirsə, o zaman zəhərli maddənin – qızıl oksidinin əmələ gəlməsi də bir o qədər fəaldır və o, kişinin cinsiyyət vəzilərinə təsir göstərərək seksual baxımdan pozğunluqlara gətirib çıxara bilər. Qızıl oksidinin hətta cüzi milliqramı belə vəzilərin normal fəaliyyətini pozmağa qadirdir.
Məhz kişilərin cinsiyyət sistemi qızıla qarşı xüsusi həssaslığa malikdir.
Qadınların cinsiyyət vəziləri bu cür təsirlərdən daha yaxşı müdafiə olunur və
qızıl oksidindən əziyyət çəkmir. Ola bilsin ki, məhz buna görə də, qadınlar
nişan üzüklərini böyük həzzlə taxır, kişilər isə bundan imtina etməyə üstünlük
verərək, şüuraltı olaraq qızılın onlara ziyan vurduğunu anlayırlar. Yalnız
gümüş və ya platin qızılın alternativi ola bilər – alimlər bunun əskini sübut
edənə kimi, kişi öz potensiyası üçün heç bir risk yaratmadan bu materiallardan
hazırlanmış məmulatları taxa bilər.
Qeyd etmək
lazımdır ki, nişan üzüyünün sağlamlığa təsirinin digər mexanizmi də
mövcuddur. Məlum olduğu kimi, barmaqlara daha çox sinir ucları
toplanmışdır. Təbii olaraq, üzük taxan zaman biz fiziki olaraq sinir
impulslarının ötürülməsinə təsir göstəririk və beləliklə də, bu və ya digər şəkildə
öz sağlamlığımıza təsir edirik. Bu mənada sıx üzükləri taxmaq çox təhlükəlidir.
Alimlərin fikrincə, nişan üzüyünün hazırlanması zamanı istifadə olunan qızıl
qadın orqanizminə spesefik canlandırıcı təsir göstərərək, qadın orqanizmində
baş verən prosesləri daha da fəallaşdırır.
Bütün bunlardan savayı, qızıl, canlandırıcı təsiri sayəsində, “balzak yaşlı xanımlar” (qırx yaşını keçmiş xanımlar) və ürək xəstəliyindən əziyyət çəkən çəxslər üçün daha münasibdir. O həmçinin hipertoniklər üçün daha faydalıdır, belə ki, o arterial qan təzyiqini azaldır, və qadınların gümüş taxması ümumiyyətlə arzuolunmazdır. Müsəlman ənənələrinə, yəni şəriətə görə kişilərin gümüş üzük taxmaları daha arzuolunandır və kişilərə qızıl bəzək əşyaları taxmaq qadağan olunur, halbuki, qadınlara qızıl əşyalarını taxmağa icazə verilir.
Gördüyümüz
kimi, bu gün insan sağlamlığı üçün real faydanı nəzərə alan İslamın
qadağaları ilə bağlı elmi sübutlar əldə olunmuşdur. Təcrübədə həkimlər bəzən
insanın baş ağrısı və yuxusuzluq ilə həmişəlik vidalaşması üçün barmaqdan nişan
üzüyünün çıxarılmasının kifayət etdiyi hallar ilə qarşılaşırlar. Buna görə də, əgər
sizin barmaqlarınız ailə həyatı ərzində uzanmışdırsa, o zaman üzüyü dartıb
uzatmaq mütləqdir və əlbəttə ki, üzüyü gecə saatlarında çıxatmağı unutmayın.
Sevib – seçdiyiniz qadına üzük bağışlamaq adəti qədim çox ölkələrə, misal üçün, romalılara xasdır və bizim eramızdan əvvəl II əsrə aiddir. Hamar dəmir üzükləri barmağa taxardılar və daha sonra isə qızıl üzüklər meydana çıxdı, lakin buna baxmayaraq, qızıl üzüklər ilk əvvəllər bəzək əşyası hesab olunmurdu və yalnız qızıl üzüyün sahibinin ticarət və kommersiya ilə məşğul olmaq hüququndan xəbər verirdi.
Nişan üzükləri Romanın əyalətlərində hallar və almanlar arasında daha geniş yayılmışdır. VII əsrdə bu adət qanun şəklini aldı. Adsız barmağa üzüyü taxmaq səbəbi qədim misir müdrikliyi hesab olunur və buna müvafiq olaraq ürək xüsusi sinirin və ya qan damarının vasitəsilə əlin dördüncü barmağı ilə əlaqəlidir. Bu bütpərəst inancı xristian dini də inkar etməyərək, bu barmağın nişan üzüyünü taxmaq üçün istifadə olunmasını qanuniləşdirdi.
Qızıl bir zamanlar Günəşin, gümüz isə Ayın bir parçası hesab olunurdu. Əvəllər iki metaladn hazırlanan nişan üzükləri daha populyar idi və qızıl və dəmirdən hazırlanan bu cür kombinasiyalar gözəlliyin və möhkəmliyin ahəngini simvolizə edir.