Məhz, onun böyük səyləri və gündəlik əməyi nəticəsində Nikola Teslanın
kəşfləri bizim müasir texnoloqiya həyatımızın ayrılmaz hissəsi olmuşdur. Əvvəllər biz dahi alimin tərcümeyi – halından az məlum
olan faktlar və sirrli – müəmmalı hadisələr haqqında yazırdıq. Bu məqalədə isə sizə Nikola Teslanın elmə verdiyi
töhfələr haqqında bəhs etmək istərdik: bu töhfələr ona məxsus
olan kəşflər və ixtiralardır.
1. Radio
Lakin bütün
bunlara baxmayaraq, insanların böyük hissəsi bu kəşfin müəllifi kimi Qilyermo
Markonini hesab etsələr də, bu elə deyildir. Artıq qeyd etdiyimiz kimi, öz vaxtını qabaqlayan
Nikola Tesla radionu Marikonidən çox illər əvvəl kəşf etmişdir. Məhz Tesla
Milli elektrik işığı assosiasiyasına radio siqnalların müəyyən tezlikli
dalğalar olduğunu nümayiş etdirmişdir və onların translyasiyası üçün ötürücü və
qəbuledici lazımdır. O hətta öz kəşfi üçün iki patenti 1897 və 1904 cü illərdə
almışdır. Lakin, bir qədər sonra ABŞ – nın patent bürosu öz qərarına qarşı
etiraz etmiş və Qilyermo Markoninin kəş etdiyi radioya patent vermişdir. Birləşmiş
Ştatların Ali məhkəməsinin bu faktlar ilə bağlı təsdiq əldə etməsindən sonra
Markoninin 1943 cü il tarixli patenti rəsmi qaydada ləğv olunmuşdur.
2. Dəyişən cərəyan
Bu kəşf
Teslanın və Edissonun iki dahi kəşflərinin toqquşması yolunda qoyulmuş daha bir
daş olmuşdur. Məhz
cərəyanın necə olması ilə bağlı onların müxtəlif fikirlərini patentlər ilə
bağlı çoxlu sayda saxtakarlıqlar və ideyaların oğurlanması hallarını
yaratmışdırlar. Tomas Edison və onu dəstəkləyən şəxslər onun böyük dəyərinə və təhlükə
səviyyəsinin tam ziddinə olaraq daimi elektrik cərəyanını tətbiq etməyi istəyirdilər. Tesla
onlara qarşı duraraq elektrik yüklərini öz bədənindən keçirməklə dəyişən cərəyanın
təhlükəsizliyini özündə nümayiş etdirmişdir. Halbiki, bu
zaman Edison daimi elektrik cərəyanın köməyi ilə heyvanların kütləvi
edamını böyük həvəslə həyata keçirirdi və o bir qədər sonra elektrik stulunu kəşf
etmişdir. Lakin, bu və ya digər şəkildə məhz Tesla qələbə çalaraq, enerjinin
binada quraşdırılması və generasiyası üçün məhz onun kəşflərini istifadə etməyə
başlamışdır.
3. Elektrik mühərriki
Teslannı bu kəşfi
indiyə qədər istifadə olunan bir sıra digər predmetlərin əsasını qoymuşdur. Onların arasında: sənaye ventilyatorları, müxtəlif məişət elektron texnikası, su üçün
nasoslar, elektrik alətləri, disk toplayıcıları, elektron saatları,
kompressorlar və digərləri mövcuddur. Fırlanan maqnit sahələrində işləyən mühərrikin özü
indi eyniadlı elektrokarlarda istifadə olunur.
4. Tesla vərdənəsi
Tesla vərdənəsi
alimin ən məşhur kəşflərindən biri olmuşdur. Bu kəşf rezonanslı transformator olub, yüksək
tezlikli yüksək gərginliyi əmələ gətirir. 1896 cı ildə dahi – ixtiraçı yüksək tezlikli və
potensiallı elektrik cərəyanının əmələ gəlməsi üçün bu aparat üçün patenti
almışdır. Tesla vərdənələri indiyə qədər bəzən dalğaya bənzəyən uzun qığılcımlı
yüklərin alınması məqsədilə istifadə olunur.
5. İşığın qorunub saxlanması və ötürülməsi
Tesla sənayedə
istifadə olunmasından 40 il əvvəl öz laboratoriyasında fluoresent lampaları
yaradaraq işığın qorunub saxlanması və ötürülməsi üsulunu kəşf etmişdir. Tarixə Teslanın Ümümdünya sərgisində yerinə
yetirdiyi tryuk daxil olmuşdur: alim məşhur həmkarlarının adlarının hərfi
formasında şüşə boruları əyərək neon reklam lövhəsini yaratmışdır. Edison eelktrik lampalarını yaxşılaşdırmağa cəhd
göstərərək elektrostatik dalğaların köməyi ilə uzaq məsafədə yandırılan neon
lampalarını işləyib hazırlamışdır.
6. Rentgen şüalar
1860-cı
illərdə Bonn Universitetindən olan fiziklər dəstəsi Qeyslerin vakuumlu
borularının işıqlandırılmasının təbiətinin tədqiq olunmasına başlamış və aşkar
etmişdir ki, elektrik cərəyanının elektrodlar arasında hərəkər etməsi ilə düz
trayektoriyadan şüalar keçir. Onlar katodlar adlandırılmışdır və sübuta yetirilmişdir
ki, onlar kölgələri proyeksiya edə bilərlər. 1869 və 1875 illər arasında
britaniya alimi Uilyam Kruks vakuumlu boruya dəyişiklikləri daxil edərək
borunun daxilində daha mükəmməl vakuum yaratmış və katodlu şüaların təbiətini
daha dərindən tədqiq etmişdir. Bir qədər sonra Tesla dostu Mark Tvenlə birlikdə
fotoqrafiyalar ilə bağlı eksperimentlərin aparılması zamanı
aşkar etdiyi fenomenə heyrətlənərək nəticələri müqayisə etməyə və
Kruksun elmi işlərini öyrənməyə başlamışdır. Məhz, o alimi katod şüalarının tədqiq
olunmasına gətirib çıxarmışdır. Tesla Kruksun borularının variantını
toplayandan sonra qeyd etmişdir ki, şüaların divarla toqquşması nöqtəsində və
ya anodda biopolyar boruda kölgələr və qeydlər qoyan “görünməyən şüalar”
meydana çıxır. Onun kəşf olunması heyrətamiz olmuşdur: rentgen şüalanmasının
müasir boruları anoloji prinsipinə əsasən işlənib hazırlanmışdır.
7. Uzaq məsafədən idarəetmə
Tesla dəmirdən radio vasitəsilə idarə olunan katerlərin
cütünü yaratdı. Onlar Teslanın ixtira etdiyi akkumulyatorlu batareyadan
qidalanırdılar və naqilsiz radio ötürücüdən komandanı qəbul edən radio –
mexaniki qəbuledici ilə təchiz olunmuşdurlar. Qayıqlar böyük antenalar,
batareyanın daşınması üçün modul məkanları, dərinlik sükanları, mühərriklər və
elektrik işıqları ilə təchiz olunmuşdurlar. Bu kəşf radionun məntiqi davamı
olmuş, “Hərəkətdə olan nəqliyyat vasitələrinin və gəmilərin mexanizmlərinin
idarə olunması üçün qurğu və üsul” adı altında patent isə 1898 ci ildə dünyada
ilk dəfə uzaq məsafədən idarə olunan qayığın bortunda ona təqdim olunmuşdur.
8. Ölüm şüaları
İkinci dünya müharibəsinin astanasında Tesla dünyaya elan
etdi ki, o bütün müharibələrə həmişəlik son qoyan bir silahı ixtira etmişdir.
“Sülh şüaları” adlanan bu kəşf istənilən dövlətin sərhəddlərini müdafiə edə
bilmişdirlər. Tesla 300 kilometr aralı məsafədə 10 000 təyyarədən düşmən
hava donanmasını vurmağa qadir olan hissəciklərin güclü axınını nəzərdə
tutmuşdur. KİV ani olaraq bu dahinin ixtirasına “ölüm şüaları” adını vermişdir.
Əfsuslar olsun ki, Tesla öz kəşfi ilə bağlı heç bir dəlil – sübut təqdim etməmişdir.
9. Məxfi laboratoriyalar
Dahi
ixtiraçının iki xüsusi məxfi laboratoriyası var idi. 1899 cu ildə Tesla ABŞ – nın Kolorado ştatında ilk
laboratoriyasını təşkil etdi. Onun eksperimentlərindən birinin nəticəsində bu
laboratoriyanın divarında alim iki metal məftillər arasında 30 metrəlik
elektrik tağını yaratmışdı. Lakin elektrik generatoru bu cür yüksək
gərginliyə dözə bilmədi və Kolorado Sprinqs şəhərində cərəyan kəsildi. İkinci
laboratoriyanı Tesla Manxettendə öz evinin yaxınlığında Lonq – Aylens adasında
bir qədər sonra yaratmışdır. Nəhəng naqilsiz telekommunikasiya qülləsinin
mövcud olması onun xüsusiyyəti olmuşdur. Məhz bu kəşfin köməyi ilə Nikola Tesla
enerjini bütün planet vasitəsilə ötürməyi planlaşdırırdı.