Çoxumuz
ağlayan körpəni gözardı edə bilmirik.
Biz fikir verməməyi seçə
bilərik, amma o səslər nə olursa olsun qulağımıza sızır. Tədqiqatlar göstərir
ki, səs-küy valideynləri uşaqsız böyüklərdən, qadınları isə kişilərdən daha çox
qıcıqlandırır. Amma uşaq qışqırığı hər
bir yetişkini qıcıqlandıracaq tondadır. Qışqırığın hər anında uşağın
narahatçılıq səviyyəsi haqqında vacib məlumat var. Aşağıdakı səsin yeddi
saniyəsi ərzindəki səs dalğalarında olan ipucular uşağın hansı təcililik ilə
köməyə ehtiyacı olduğunu göstərir.
1. Diqqət Cəlb
etmə
Gec hamiləlik və
doğuşdan sonrakı dövrdə valideynlər qulaqlarının yeni doğulmuş körpənin
qışqırıqlarının tezliyinə həssas olması üçün yüksək səviyyədə prolaktin və
oksitosinin ifraz edirlər. Bu hormonlar uşağı fiziki olaraq rahatlatmaq kimi,
valideyn instinklərini və yeni valideynlərin ümidsizliyə düşməməsinə kömək
etmək üçün onların pozitiv hisslərini artırır.
2. Azacıq
üzgünlük
Tək səs kimi
eşitməyimizə baxmayaraq, bu zingilti bir neçə harmonik tondan ibarətdir.
Qışqırıq səslərinin bir-birindən fərqli olmağı uşağın köməyə ehtiyacı olduğunu
amma zəruriyyətin olmadığını göstərir. Böyüklərin beyni bu fərqi instinktiv
olaraq hiss edir. Nə olur olsun, qışqırıq diqqət çəkəcək. Fundamental tezlik
adlanan ən aşağı tezlik, əksər yetişkinlərin eşitmə aralığında başlayır.
3. Artan
narahatlıq
Körpə daha çox
qıcıqlandıqca, amigdala (beynin qorxu mərkəzi) beyin sistemində avtonom sinir
sistemini idarə edən vagus siniri ilə ürək və səs qutusuna siqnalları göndərən
bir qrup neyronu hərəkətə keçirir. Bu mühüm siqnalların uşağın səsinin daha
səs-küylü çıxmasında və narahatlığının az müddətli olmasında rolu var.
4. Artan
gərginlik
Vaqal siqnallar
uşaqların ürək döyüntüsünü artırdığından, onların nəfəs almaqlarını da
sürətləndirir. Daha sürətli nəfəs almaq və vermək daha qısa qışqırıqlar və
qışqırıqların arasındakı fasilənin daha qısa olmağı deməkdir. Yetişkin
insanların beyni həmin fasilələri nə demək olduğunu hiss edə bilir. Uzun fasilə
vəziyyətin ən azından hələlik o qədər də pis olmadığını göstərir.
5. Rahatlamağa
başlayır
Vagus sinirindən gələn
signallar bağırsaqdakı əzələləri sıxlaşdırır, bu da səs qatlanmalarının normal
titrəməsinə mane olur. Bəzən fərqli tonlar bir-birinə qarışır, bu hadisə
disfonasiya adlanır. Səsin ümumi yüksəkliyi 6-7 kilohertzə qədər qalxır (bizim
eşidə biləcəyimiz ən yüksək tezliyə qədər). Valideynlər hər iki dəyişikliyi
hiss edə bilir, amma onlar üçün səsin tezliyi uşağın narahat olduğunun əsas
göstəricisidir.
6. Nəhayət
rahatladı
Böyüklər uşaqların
ağlama səsini eşidəndə, onların beyni diqqətlərini uşağa yönəldən
talamoskingulyasiya adlı həyəcan siqnalını işə salır. Daha sonra, dofamin
onları uşaqlara yaxınlaşmağa vadar edir. Nəticə olaraq onlar uşaqları
rahatlatmağa çalışırlar.