O kifayət
qədər sürətlə amerika xarici siyasəti ilə bağlı məyusluq keçirmişdi və buna
görə də, onu əsasən pullar maraqlandırırdı.
Eymsi SSRİ –
nin ərazisində MTİ – nin agentlərinin fəaliyyətini idarə edən şöbəyə keçirən
kimi o plan fikirləşdi. Oldriç SSRİ – də 1985 ci ildən
etibarən kəşfiyyatçı kimi işləməyə başlamışdı. Versiyalardan birinə
görə o şəxsən sovet səfirliyinə təşrif buyurmuş və mühafizəçiyə məktub verərək,
məktubda 50 min dollar pul məbləği müqabilində üç agenti SSRİ – nin əlinə
vermək, bir sözlə satmaq təklifini qeyd etmişdi.
Eyms SSRİ –
yə və Rusiyaya 9 il kəşfiyyatçı kimi çalışmışdı. Onun DTK ilə
əməkdaşlığı sayəsində 12 – dən 25 - ə qədər MTİ əməkdaşı ifşa
olunmuşdu. Və onların çoxu yekun nəticədə edam olunmuşdu.
Oldriç Eyms
dəbdəbəli həyata qarşı duyduğu sevgisinin qurbanına çevrilərək ifşa olundu.
Agentin rəhbərliyi hiss etdi ki, Eymsin xərcləri onun gəlirindən qat – qat
artıqdır. Cəsusun ifşa
olunması ABŞ – da ictimai rezonans doğurdu: axı MTİ uzun müddət birbaşa burnu
altındakı “köstəbəyi” aşkar edə bilmirdi!
İndi Oldriç
Pensilvaniya həbsxanasında ömürlük cəzasını çəkməkdədir.