Kromvel həddən artıq uğurlu puritan ailəsində anadan
olmuşdu. Onun əcdadlarından biri, reformasiya xadimi Tomas Kromvel mənsəbinin
ən yüksək zirvəsində edam olundu. O praqmatik əqidənin sahibi olub, uğurlu
evlilik sayəsində varlandı, parlamentə seçildi və müxalifətin liderlərindən
biri oldu. Parlament ilə kral arasında münaqişənin baş qaldırdığı 1643 cü ildə
həlledici fazaya keçdi və Kromvel iclasları tərk edərək döyüşçülərin dəstəsini
təşkil etməyə başladı. O işinin naminə var gücü səfərbər etdi və hətta
qohumlarına qarşı da amansız oldu, məsələn, qoşunu silahlandırmaq üçün öz
əmisinin əmlakını müsadirə etdi. Kromvel bütün maliyyə və kadr məsələlərinə
nəzarət edir, yoxsulları həvəslə ordu sıralarına qəbul edir, mənşəyinə görə
deyil, cəsurluğa görə zabit rütbəsi verirdi.
Orduda dəmir nizam – intizam var idi, belə ki, onun
döyüşçüləri döyüşdən əvvəl dini himn oxuyur və kral qoşunlarını elə bir uğurla
sıxışdırırdılar ki, düşmən bu qoşunlara hərbiçinin deyil, adi mülkədarın
rəhbərlik etdiyinə heç cürə inana bilmirdi.
Kromvel şəxsən kralın edam olunmasını təkid etdi. Və
bu nəinki onun tərcümeyi – halında, eləcə də, bütün Avropa
tarixində dönüş nöqtəsi oldu. İlk dəfə olaraq özünü “Allahın tac –
taxta çıxardığı padşah” adlandıran insan və “ilahi qanunlar” vasitəsilə izah
olunan hakimiyyət prinsipi vətəndaş müharibəsinin alovlandırılmasına xidmət etdiyi
üçün xalqa qarşı cinayətdə təqsirkar elan olundu. Onun qanı dünyanı və taxt –
tacları lərzəyə saldı.
Kromvel qəddar dini fanatik idi. O, dəbdəbəni qadağan
edərək, teartları bağladı və kütləvi şənlikləri ləğv etdi. Əgər bədbəxt kral
Karl olmasaydı, onun tarixdəki yeri gözə görünməzdi, belə ki, Kromvelin
bəxtindən kral həqiqətən də zalım hökmdar və andını pozan lider oldu.
Lord Oliverin personası dünya
tarixinin romantik konvensiyasının bütün tərəfdarlarında ikrah hissi yarada
bilməz. Onun praktikliyi və öz ardıcıllarının səmimi fanatizmini mətin anda
dünyəvi maraqların xidmətinə yönəltmək qabiliyyəti dini şüarların və pulların
köməyi ilə dünyanı idarə etməyə can atan şəxslərin marağına səbəb olmaya
bilməz.