SİZ
TƏNBƏL DEYİLSİNİZ, SİZ — İRRASİONALSINIZ!
Il ərzində Siz
özünüzə neçə dəfə öz vərdişlərinizi dəyişmək və “ağıllı olmaq” vədi vermisiniz? Lakin yeni il gecəsi keçir, və dəyişiklik arzusunun cüzi olduğunu
anlayırsınız.
Nəsə etməyin vaxtı çatıb...
Biz sizin özünüzə verdiyiniz vədlərə əməl etməyə və
ilə yüngül və effektiv şəkildə başlamaqda sizə kömək etmək istəyirik. Planların
lazım olmadığı özünütəşkil üsulu mövcuddur! Bu — irrasionallar
üçün taym – menecmentdir, əsl liderin bacardığı
amildir.
Reklam kreativlərinin yaradılması sahəsində ekspert
mütəxəssis, marketinq və reklam sahəsində məşhur mütəxəssis, Moscow Business
School məşqçisi yeni konsepsiyanın mənfi və müsbət cəhətlərini araşdırmaqda
bizə kömək edəcəkdir -Aleksandr Baru.
İRRASİONALLAR KİMDİRLƏR?
İrrasionallar — etinasızlıqla “qeyri – mütəşəkkil” insanlar adlandırılan şəxslərdir. Onlar çılğındırlar, uzunmüddətli və eyni işi icra etməyə qadir deyildirlər. Lakin, irrasionallar vəziyyətə sürətlə oriyentasiya olunur, vəziyyətə uyğunlaşmağı bacarır, köhnə qaydaları asanlıqla inkar edir və ağlasığmaz kəşflər edirlər. Əgər əlbəttə, özlərini “ələ almağı” öyrənsələr, o zaman buna müvəffəq olurlar.
Aydın məsələdir ki, bu cür anamnezlə nəyisə
planlaşdırmaq kifayət qədər çətindir. Əgər dünən siz məşhur yazıçı, bu gün –
yoqa üzrə təlimatçı olmağı arzulamısınızsa və sabah da fərdi masker -
klassların arasında öz təcrübənizi paylaşmağa çalışırsınızsa, o
zaman həqiqətən də, bir illik müddətə hansı planları tərtib etmək olar?
Lakin, yaxşı xəbər də var! Savadlı yanaşma zamanı hər
şeyi eyni zamanda çatdırmaq mümkündür.
KONSEPSİYANIN MƏNASI
Aleksandr Baru: «Sizə maraqlı olan işi görün. Siz dərhal bir neçə tapşırığı uğurla
yerinə yetirə bilərsiniz - əsas məna bundan ibarətdir».
Tapşırıqların ardıcıl qaydada yerinə yetirilməsi –
məcburi deyildir! Siz bunu istədiyiniz zaman sizə maraqlı olan işlə məşğul
olun. Bunu hiss edən kimi bir tapşırıqdan digərinə keçin. Və uğur özünü
göstərəckdir!
MÜSBƏTLƏR
Aleksandr Baru: «Bu maraqlı olana qədər siz dağları yerindən oynada bilər və sürətlə
hərəkət edərək, eyni zamanda, bir neçə işi yerinə yetirəcəksiniz».
Fəaliyyətin tez – tez əvəz olunması işin yaxşı tipini
dəstəkləməyə və daha az yorulmağa kömək edir. Siz maraqlı işlə məşğul olduğunuz
zaman isə siz daha yüksək nəticələrə nail olacaqsınız.
… VƏ MƏNFİLƏR
Aleksandr Baru: «Ən məsul anda iş sizi bezdirə bilər və bu zaman həmin işin üstündən xətt çəkmək lazımdır. Sutkada 24 saat var, və bir neçə iş eyni zamanda 25 və ya hətta 30 saat ərzində diqqət tələb edə bilər. O zaman hardasa boşluqlara yol veriləcəkdir. Vaciblik dərəcəsinə görə tapşırıqları seçmək lazımdır. Çünki, heç kim dedlaynı ləğv etməyi öyrənməmişdir».
Gərginliyi paylayın və prioritetləri müəyyən etməyə
çalışın. Sadəcə olaraq bunu başqa çür eləmək lazımdı. O zaman siz dedlayna tam
silahlanmış şəkildə rast gələcəksiniz.
İŞ ÜSULLARI
1. SEVİMLİ VƏ LAZIMİ
İŞLƏRİN SİYAHISINI TƏRTİB EDİN
Məhv olsun planlar! Onalrın əvəzinə — məşğul
olmaq istədiyiniz və yerinə yetirilməsi vacib olan işlərin siyahısını tərtib
edin. Hal – hazırda nəyə həvəsli olduğumuzu bolmək üçün onları tez – tez
müqayisə edin və buyurun!
2. İDEYALARI QEYD EDİN!
Gün ərzində ilham bizi dəfələrlə narahat edir.
Tənbəllik etməyin! Ağlınıza gələn ilk fikri bloknota yazın. O bir qədər sonra
bizə lazım olacaqdır.
3. QEYDLƏR APARIN
Fəaliyyətin tez – tez əvəz olunması nəticəsində vacib məsələni unutmaq daha asandır. Kompüterdə və ya telefonda aparılan qeydlər sizə ən vacib tapşırığa qayıtmağa və dedlaynı əldən buraxmamağa kğmək edəcəkdir. Tutağ ki, bu günlük vergi problemi həll etmək lazımdır və bir sıra başqa sualları. Siz analamalısız ki sizin sevimli işin əsasını vergi söhbətini öncədən bağlamalısız. Siyahi olsa bu sualı avtomatik olaraq tezliklə həll edəsiz.
4. ƏHVAL – RUHİYYƏYƏ
NƏZARƏT EDİN
Hətta ən maraqlı tapşırıq belə lazımi əhval – ruhiyyə olmadan pis icra olunacaqdır. Bunu tez – tez siyahı ilə müqayisə edin və iş sizi bezdirməzdən əvvəl işi yenisi ilə əvəz edin!
5. BƏYƏNMƏDİYİNİZ
İŞLƏRİN SİYAHISINI TƏRTİB EDİN
Biz işlə bağlı entuazmı birmənalı şəkildə doğurmayan tapşırıqların və məşğələlərin siyahısını tərtib edin. Bu — əhval – ruhiyyənin pis olması zamanı məşğul olacağınız işdir.
6. ÖZÜNÜZÜ YOXLAMAĞI
UNUTMAYIN
Siz növbəti işi başa çatdırdıqdan sonra fasilə edin.
Müəyyən vaxtdan sonra tapşırığa qayıdaraq özünüzü yenidən yoxlayın. İşlə bağlı
həvəsin oyanması zamanı səhvi hiss etməmək çox asandır.
7. PROSESDƏN HƏZZ ALIN!
Qarşısınıza uzunmüddətli məqsədlər qoymayın. Sizə həzz
verən məşğələlərin, həyata keçirmək niyyətində olduğunuz
arzuların siyahısını tərtib edin və fikrinizi onlara yönəldin.
UNUTMAYIN: MƏQSƏDƏ DOÖRU
APARAN YOL BU MƏQSƏDİN HƏYATA KEÇİRİLMƏSİNDƏN DƏ XOŞAGƏLƏN İŞDİR.