Papa VII Qriqori (təxminən 1021-1085 ci illər)
Toksanadan Gildenbrand adlandırılan Papa VII
Qriqori, insan tarixinin görkəmli personalardan biri
olan, Romada təhsil almış, rahibliyi isə məşhur Klüni monastrında
qəbul etmişdir. Klüni monastrında bir tərəfdən, ruhanilərin kübar həyat
tərzindən imtina etmələri təbliğ edilsə də, digər tərəfdən – Kilsənin kübar hakimiyyətin
təsirindən azad edilməsi təbliğ olunurdu.
Gildenbrand hər iki təbligatın müdafiəçisinə
çevrildi. Onun inperatorların, kralların və baronların kübar dünyasında Kilsə
hakimiyyətinin qurulması uğrunda mübarizəsi Gildenbrandın Papa IX Lyovun (1049-1054)
kardinalı və yaxın məsləhətçisi olduğu dövrdə başladı. O əvvəlcə Papaların
imperator hakimiyyətinin razılığı olmadan kardinallar kollegiyasının qərarına
əsasən təyin olunmasına nail oldu (Papa və onun kafedral məbədinin
nəzdində fəaliyyət göstərən bir neçə dyakonlar və əsas roma kilsələrinin
keşişləri, roma yepiskopları). Gildenbrand kübar zadəganların müqavimətini dəf
etdi, lakin IX Lyovun ölümündən sonra onun vəzifəsini tutmağa cəsarət
etməyərək, onun kürsüsünə II Aleksandrı (1061-1073) əyləşdirdi. II Aleksandrdan
sonra Papa seçildiyi dövrdə Kilsəni 1085 ci ilə qədər idarə etdi.
VII Qriqorinin papalığı qələbələrin və
məğlubiyyətlərin tarixidir. Bu pontifikatın ən yüksək zirvəsi – 1077 ci ilin
qışı olub, bu zaman Papa tərəfindən kilsənin himayəsindən məhrum edilmiş və
rədd edilmiş imperator IV Henrix Kanossa təşrif buyurmalı və orada üç gün
diz çökərək, yalvararaq üzr istəməli idi. Pontifikatın süqutu isə - 1084 cü ilə
təsadüf etdi və həmin il imperator qisas alaraq papa kürsüsünə sonralar “antipapa”
adlandırılmış III Klimentini çıxardı. VII Qriqori sonra Romanı Sisiliyada
məskunlaşmış Robert Qviskarın qaniçən normanların və sarasinlərin
(müsəlmanlara) əlinə verdi ki, onlar da Romanı talan etdilər.
Daha sonra o öz əməllərindən dəhşətə gələrək Salernoya
yollandı və orada 1085 ci ildə ölüm döşəyində bu sözləri dedi:
"Mən bütün həyatım boyu həqiqəti sevdim və qanunsuzluğa nifrət etdim, indi
də bu qanunsuzluğun nəticəsində sürgündə can verirəm".
Dahi Papa VII Qriqori Romanın hakimiyyəti altında
ümumdünya teokratik monarxiyasının əsasını qoymaq istəyirdi. Papa
hakimiyyətindən savayı istənilən hakimiyyət ona alçaq hakimiyyət kimi
görünürdü. “Müqaəddəs ata” həm tacı, həm də omofor paylamaq hüququna malik idi.
Bütün dünyanın onun ayağının altına sərilməli idi.
Əbəs yerə deyil ki, məhz Gildenbrandın fəal fəaliyyəti
dövründə Kilsə Pravoslav cə Roma kiləsinə bölündü. Papa VII
Qriqori tərəfindən tərtib edilən kilsə sisteminin prinsipləri roma
katolisizmi adlanan təzahürün əsasını təşkil etdi və məhz yüzilliklər ərzində
onun simasını müəyyən etdi (bir çox hallarda bu gün də müəyyən edir).