Bu gün
qızılca əleyhinə vaksinlər — təhlükəsiz, yüksək effektivliyə malik olan və bir
o qədər də bahalı olmayan preparatlardır. Lakin onlar da ideal preparat
deyildir. Yüksək immunogenliyə baxmayaraq, müasir qızılca vaksinlərinin
effektivliyi hələ də əldə olunmuş ana anti cisimlərindən mərhum olmayan körpələrə
vurulması ilə məhdudlaşdırılır.
Vaksinlərin
buraxılması forması da daha da təkmilləşmə tələb edir. Hal – hazırda qızılca
vaksinləri həll olunan toz şəklində olub, daha aşağı temperaturda saxlanmasını
tələb edir (−8...−4 °C), bərpa olunmuş (maye formasına keçmiş) və istifadəyə
hazır olan vaksinləri isə yüksək temperaturlar və işığın təsiri ilə yaranmış
effektivliyin itirilməsi və bakterial yoluxma riski nəticəsində onları maksimum
altı saat saxlamaq mümkündür.
Bundan
savayı, prosedur nəticəsində narahatlıq vaksinasiyanın zəruri olması haqqında qərarın
qəbul olunması zamanı pasiyentlər üçün məhdud faktor ola bilər. Lakin ən əsası
indan ibarətdir ki, inyeksiyaların hazırlanması zamanı tibbi personal tərəfindən
buraxılan səhvlər, eləcə də, preparatların saxlanması və daşınması qaydalarına
riayət olunmaması bəzən qaçılması mümkün olan arzuolunmaz nəticələrə gətirib
çıxarır. Mövcud olan qızılca vaksinlərinin təhlükəsiz şəkildə
istifadə olunması əhəmiyyətli miqdarda resurslar və yaxşı təhsil almış tibbi
personalın olmasını tələb edir. Ümid etmək istərdik ki, tədqiqatçılar gələcəyin
vaksinlərini bu cür yüklənmələrdən xilas edəcəklər.
Qızılca əleyhinə
vaksinlərin vurulmasının alternativ üsulları
Qızılca əleyhinə
vaksinlərin dəri daxilinə (intramedial) qaydada vurulması imkanını kifayət qədər
uzun – uzadı öyrənmiş və belə bir nəticəyə gəlmişdirlər ki, bu çox güman ki, bu
gün bu qəbul olunmuş dərialtı inyeksiyanın optimal alternatividir. Fəal iş
mikro iynəli plastırların köməyi ilə vaksinlərin tədarükü mexanizmləri üzərində
aparılır. Suda həll olmuş və quru vaksindən ibarət olan mikro iynəli
plastırlar preparata dəriyə sürətlə nüfuz etmək imkanı verir. Mikro iynələr ən
pis halda yalnız kiçik narahatlıq yarada bilərlər və plastırları istifadə etmək
və daşımaq daha asan olub, onlar məhz onların saxlanması üçün daha çox yer tələb
etmir və təhlükəli tullantıları yaratmırlar. Mikro plastırlar artıq heyvanlar
ilə aparılan eksperimentlərdə daha yüksək təhlükəsizlik və immunogenlik səviyyəsini
göstərmişdirlər.
Vaksinlərin
ağciyərlər vasitəsilə çatdırılması digər alternativ xarici iynə ola bilər. Bu məsələnin
öyrənilməsinə yönəlmiş tədqiqatlar artıq 30 ildən artıqdır ki aparılır və maye
aerozollar və ya quru toz şəklində preparatlara yönəlmişdir. Aerozolların tətbiq
olunması çoxlu sayda uşaqlara qızılca vaksinin vurulmasını sadələşdirməyə qadir
olduğunu qəbul edərək ÜST və Amerika Qırmızı Xaç Cəmiyyəti qızılca vaksininin
aerozollu şəkildə vurulması yolunun lisenziyalaşdırılmasına yönəlmiş layihəni təsis
etmişdir.
DNT-vaksinlər
və canlı virusdan ibarət olmayan digər vaksinlər
Daha erkən
yaşlarında körpələrin effektiv immunizasiyası imkanlarının axtarışları passiv
immunitetə malik olan körpələrdə immunogenliyin yüksək səviyyəsinə malik olan
qızılca əleyhinə DNT – vaksinin işlənib hazırlanmasına gətirib çıxarmışdır. Bu
cür vaksinlər insan hüceyrələrinə nüfuz etməyə və bu və ya digər antigenin
sintezini onlarda təmin etməyə qadir olan plazmidlərdir. Bir sıra tədqiqatlar
arasnda göstərilmişdir ki, F – zülalı və / və ya qemaqqlütinini kodlaşdıran DNT
– vaksinlər qızılca virusuna yoluxmadan pambıq siçovullarını və ya insanabənzər
meymunları müdafiə edən davamlı immunitetin işlənib hazırlanmasını indukdiya edə
bilərlər. Qızılca virusunun qemaqqlütinini kodlaşdıran DNT – vaksini və
hibridli qlikoproteinlər qızılca əleyhinə immunizasiya olunmuş siçanların əcdadlarının
qanında passiv anti cisimlərin ən yüksək səviyyəsinin olmasına baxmayaraq,
onların qanında anti cisimləri neytrallaşdıran uzunmüddətli və yüksək
effektivliyə malik olan hasilatı yaratmışdır.
DNT-vaksinlər
haqqında “DNT vaksinlər və deməkdir və onları nə ilə yeyirlər” məqaləsində
oxumaq mümkündür.
Layihələrin
ayrıca istiqaməti — rekombinant qızılca vaksinləri olub, “kənar”
viruslu və ya bakterial genomların tərkibində təcrübə heyvanlarına vurulan və
qızılca virusunun H – və ya F – zülalını kodlaşdıran DNT – və ya RNT –
ardıcıllığa malikdir. DNT daşıyıcıları arasında — çiçək vaksinlərinin
virusları, paraqrip virusu, adenovirus və müxtəlif enterobakteriyalar
mövcuddur. Rekombinantların və qızılca vaksinlərinin maraqlı nümunəsi –
yerkökünün fenomuna daxil edilən DNT immunogen ardıcıllıqlarıdır. Qarın daxilinə
vurulma zamanı bu cür rekombinant yerkökünün xırdalanmış yarpaqlarının
ekstraktı siçanlarda qızılca əleyhinə anti cisimlərin əmələ gəlməsinə gətirib
çıxara bilər.
Bu yaxınlarda
tədqiqatçıların maraqlarını məlum protektiv H və F qızılca antigenlərinin
epitomlarından ibarət olan peptid vaksinlərinin yaradılması imkanını cəlb
etmişdir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, qızılca virusunun H –
və F – zülallarının fraqmentləri sərbəst vaksinlər kimi təsirli ola bilər. Bu
cür vaksinlərin tətbiq olunması passiv ana immunitetini itirmiş uşaqların
vaksinasiyasının problemini həll edə bilər.
Siz nəyi seçəcəksiniz: qızılca
əleyhinə vaksini yoxsa qızılcanı?
Beləliklə, indi
siz bilirsiniz ki, qızılca — zarafat deyildir, həqiqətən də,
həddən artıq ciddi xəstəlikdir. Sizə məlumdur ki, bu gün qızılca əleyhinə
dərman preparatları mövcud deyildir. Onunla mübarizədə yeganə effektiv silah –
canlı zəif vaksin olub, qızılcanın əsas səbəbkarı – vaksinasiyadan imtinadır.
Əlbəttə, sizə qızılca əleyhinə peyvəndin lazım olub – olmadığına yalnız siz qərar
verə bilərsiniz. Lakin, sizdən unutmamağı xahiş edirik: beləliklə, nəinki sizin
uşaqların, eləcə də, Yer kürəsində sizin digər çoxsaylı qonşularınızın
sağlamlığı sizin seçiminizdən asılıdır.