Vaksinin işlənib hazırlanması vaxtından etibarən bütün
dünyada qızılca xəstəliyi hallarının sayı əhəmiyyətli şəkildə ixtisara
salınmış, lakin son illər ərzində vaksinasiya əleyhinə qeyri–elmi
rendensiyaların dalğasında qızılca inkişaf etmiş və dünyada kiçik, lakin
həyəcanlı intibaha səbəb olmuşdur.
Ümumdünya səhiyyə təşkilatı (ÜST) cəmi bir neçə həftə “vaksinlərə qarşı münasibətdə qətiyyətsizliyi” insan sağlamlığı üçün 10 daha ciddi təhlükələrdən biri adlandırmaqla qarşısı alınası xəstəliklər ilə əlaqədar olan təhlükələr haqqında xəbərdarlıq etmək lazımdır.
«Qızılcanın
təmamilə ləğv olunmasına yaxın olan bəzi ölkələrdə partlayış baş
vermişdir», — deyə ÜST
xəbərdarlıq etmişdir.
Sanki, ÜST daxil olan bu xəbərdarlığı təsvir etmək üçün Kosta – Rika hakimiyyəti indiki dövrdə məlumat verərək bildirir ki, fransız turistlərinin ailəsi, 30 və 35 yaşlı valideynlər və onların 5 yaşlı uşağı ailənin məzuniyyətdə olduğu yerin yaxınlığında Puntarenas xəstəxanasında təcrid olunmuşdur. Oğlan uşağında qızılcanı xatırladan səpgi var diri və qan təhlilləri oglanda həqiqəyən də qızılca olıduğunu təsdiq etdi (kosta-rika həkimləri həmin uşağın getdiyi baxçada digər uşaqlarda da aşkar etdilər).
Bu digər
ölkələrdən qızılcanın təkrar gətirilməsi səbəbi ilə ayıq – sayıq dayanan Kosta
– Rika hakim dairələri üçün gözlənilməzlik olmuşdur. 2006 cı ildən etibarən
Kosta – Rikada yerli sakinlər arasında bir dənə də olsun qızılcaya
yoluxma halı baş verməmişdir, lakin qızılcanın gətirilməsi halları 2014 cü ilə
qədər qeydiyyata alınmışdır.
Qızılca
xəstəliyi hallarının sayının artması haqqında ilk dəfə olaraq ötən il Avropada
və Birləşmiş Ştatlarının bəzi rayonlarında məlumat vermişdirlər, lakin son
zamanlar Latın Amerikasının bəzi ölkələri də həyacan təbili
qaldırmışdırlar. Bu səbəbdən Kosta – Rikanın səhiyyə orqanları döyüş
hazırlığı vəziyyətində olmuş və onlar avsuqtda başlanan vaksinasiya
kompaniyasını təbliğ etməyə başlamışdırlar.
Qızılca — virusun törətdiyi həddən artıq yolxucu xəstəlikdir. O xoşagəlməz əlamətlərə malikdir və çox təhlükəli və potensial olaraq ölümcül fəsadlara səbəb ola bilər. Qızılca virusu əleyhinə vaksinasiya 97% effektiv olub, bütün dünyada qızılcaya yoluxma ehtimalının azalmasına yardım edir. ÜST qeyd edir ki, inkişaf etmiş ölkələrdə vaksinasiyaya çıxış hələ də problem olaraq qalmaqda davam edir.
Çox təəssüflər olsun ki, hətta qızılcanın bütünlüklə ləğv olunduğu ölkələrdə də bu xəstəlik peyvəndlərdən imtina ilə bağlı artan tendensiyalar nəticəsində qaytarılır. Öz uşaqlarını vaksinasiya etdirməkdən imtina edən insanlar nəinki özləri, eləcə də, digərləri üçün də böyük təhlükə yaradırlar.
Farnsada qızılca və 11 digər xəstəlik əleyhinə peyvəndlər uşaqlar üçün məcburidir, çünki, indiki Səhiyyə Nazirliyi vaksinasiyanı əsas prioritetlərdən biri etmişdir. İndiki dövrdə oğlan uşağının nə üçün peyvənd olunmadığı aydın deyildir.
Xoşbəxtlikdən, oğlan indi etibarlı əllərdədir və karantinin uğurlu olacağı ilə bağlı yaxşı şanslar mövcuddur. Ailə bir həftədən az olmamaqla xəstəxanada qalacaqdır və hakimiyyət strukturları uşağın kiminlə ünsiyyətdə olduğunu aydınlaşdırmağa çalışacaqlar.
Kosta-Rika
bütün vətəndaşlarına münasib tibbi xidməti təqdim edir və Latın Amerikasında ən
yaxşı tibbi xidmətə malik olan və dünyada ən yaxşı ölkələrdən biri olan
ölkədir.