Tibb

Qızılca - hücum strategiyası

Qızılca - hücum strategiyası

Qızılcanın hücum strategiyası haqqında danışaq

Qızılca virusu yuxarı tənəffüs yollarının – burnun, ağızın, və ya gözlərin selikli qişası vasitəsilə insan orqanizminə daxil olur və immun sistemə hücum edərək bütün orqanizmə yayılır. O asanlıqla mikrofaqları, dendritli hüceyrələri, T və B – limfositləri və monositləri yoluxdurur. Onların köməyi ilə virus ağciyərlər, dalaq, qaraciyər, bağırsaq və hətta beyin kimi orqanlara yerləşir.  Measlesexplained videusu bu barədə daha geniş məlumat verir. Qızılca virusunun hiyləsi ondan ibarətdir ki, bizim xüsusi ordumuz xəstəlik üçün hədəf olur və sanki troya atı kimi virusu bütün bədənə paylayır.

Daha çox insanları yoluxdurmaq üçün qızılca virusu bizi öskürməyə vadar edir. İnkubasiya dövrünün üçüncü günündən etibarən limfa düyünlərində və badamcıq vəzilərində qızılcanın inkişafı üçün tipik olan hücyrədaxili əlavələrə malik Uortin – Finkeldey iri ölçülü çox nüvəli yoluxmuş hüceyrələrini aşkar etmək mümkündür. Onlar yuxarı tənəffüs yollarında yoluxmuş toxumanın şişkinliyinə səbəb olur və bu da infeksiya dövrünün başlanmasına işarə edən öskürək və asqırmaq kimi halları doğurur. Öskürək qızılca virusunu bir insandan digərinə ötürərək qızılca virisunun “yaşamasını” yüngülləşdirir. İnfeksiya dövrü təxminən on gün davam edir və adətən o, qızılca səpgisinin meydana çıxmasından dörd gün əvvəl başlanır.

Virusun köməkçiləri bizim daxilimizdədir

Qızılca virusu bir çox digər viruslar kimi (SPİD və ya qrip virusu), bizim orqanizmin hüceyrələrinə daxil olur və hüceyrələrin səthində müxtəlif reseptorlar ilə qemaqqlütininin əlaqələndirilməsi sayəsində insanı yoluxdurur (şəkil. 5) — məsələn,  CD46, SLAM və nektin-4:

CD46 — eritrositlərdən savayı praktiki olaraq orqanizmin bütün hüceyrələrinin membranlı zülalıdır. CD46 virusun vəhşi ştammları tərəfindən deyil, vaksinli ştammları tərəfindən istifadə olunur.

SLAM zülallarının fəsiləsi  — insanlarda və digər heyvanlarda aşkar olunan transmembranlı reseptorların qrupudur. Onları morbillivirusların spesefikliyini müəyyən edən əsas amil hesab edirlər. İnsanlarda SLAM F1, və ya  CD150, immun sistemin hüceyrələr tərəfindən ekspressiya olunan membranlı qlikoprotein olub, onun sayəsində virus orqanizmdə uğurlu şəkildə inkişaf edir.

Nektin 4  — qızılca virusunun insandan insana sürətlə keçmək və tənəffüs yollarını zədələmək qabiliyyətində həlledici rol oynayan epiteliya hüceyrələrinin reseptoru, hüceyrə adgeziyasının molekuludur. Qızılca virusu mıhz virus qılafının hüceyrə membranı ilə briləşməsini işə salmaq, infeksiyalı ommun hüceyrələrdən epiteliya toxumasına nüfuz etmək və hətta yoluxmuş epiteliya hüceyrəsinin qonşu hüceyrələr ilə birləşməsinə şərait yaratmaq üçün nektin – 4 – dən istifadə edir. Nəticədə traxeyalarda və yuxarı tənəffüs yollarında iri infeksiya mərkəzləri formalaşaraq onların da komponentləri orqanizmi ösükürək və ya asqırmaq ilə tərk edir.

Virus hüceyrəsinə daxil olmaq üçün CD46, SLAMF1 və nektin-4 kimi trans membranlı reseptorları istifadə edirlər. Qemaqqlütinin virusunun bu resoptorlar ilə əlaqələndirilməsi hüceyrə membranı ilə virus qılafının birləşməsini işə salan viruslu F – zülalının konformasiyalı dəyişilməsinə səbəb olur.

Çox güman ki, sona qədər məlum olmayan iş mexanizmləri və ya identifikasiya olunmayan qızılca virusunun digər reseptorları mövcuddur. Məsələn, çox güman ki, epiteliya və sinir hüceyrələrində qızılca virusunun nüfuz etməsinə yardım edir. O, bəzən qızılcanın gedişatını çətinləşdirən mərkəzi sinir sisteminin zədələnməsində günahkar olur.

Yaxşı xəbər ondan ibarətdir ki, insan orqanizminə hücem etmək üçün onun xüsusi zülallarını istifadə edən viruslara bu molekulyar hədəfin inaktivasiyaslı ilə qarşıdurmaq mümkündür. Bu cür metodları indi fəal şəkildə tədqiq edirlər. Məsələn, “Biomolekula” saytında “SPİD virusu üçün altlıq” məqaləsində təxminən 250 insan zülallarının əvəz olunması virusunun yaşam dövründə bu barədə yeni məlumatlara əsasən SPİD virusu ilə mübarizənin yeni imkanları müzakirə olunur.

 

Qızılca - yolxucu xəstəlikdir

Qızılca virusu haqqında nə bilirik

Qızılcanın tarixi

Qızılcanı törədən - virusdur

Qızılcaya yoluxmaq nə qədər təhlükəlidir? (məqalənin davamı)

Вконтакте

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo