Tibb

Qızılca - vaksinasiyadan qorxu. Fəsadlar.

Qızılca

   Mən vaksinasiyadan qorxuram

Son illər şəxsi və ya dini əqidəsinə görə uşaqları vaksinasiya etməkdən imtina edən valideynlər ilə səhiyyənin mübarizəsi ağır olmuşdur. Əgər əvvəllər insanlar xəstəlik və epidemiyadan qorxurdurlarsa, artıq indi milyonlarla insan həyatını xilas etməyə davam edən peyvəndlər qorxu mənbəyinə çevrilmişdir.

Vaksinlərin meydana çıxmasına qədər bəşəriyyətin xəstəliyə qarşı müqavimət göstərməsi haqqında “Vaksinasiya” xüsusi layihəsinin ilk iki məqaləsindən: “Vaksinasiyanın tarixindən” və “Vaksinlərin kəşf olunmasına qədərki və sonrakı dünya” məqalələrindən oxumaq mümkündür.

Qızılca əleyhinə vaksinlər də bundan yayına bilmədi. İnkişaf etmiş ölkərlərdə bir çoxlarının qızılcanın nə olduğunu və nə ilə nəticələnəcəyini unutmaları ilə vaksinasiyadan imtina hallarının sayı dayanmadan artır. İnsanların əksəriyyəti qızılca əleyhinə peyvınd olunan cəmiyyətdə valideynlər yoluxma riskini minimal, vaksinlərin yan effektlərini isə - həddən artıq təhlükəli hesab edirlər.  Lakin qızılca həddən artıq yolxucudur və yeksək səviyyəli immunizasiya ilə populyasiyada daha həssas insanları tapmağa qadirdir  (bax. video 1). Bütün bunlardan savayı, artıq bildiyimiz kimi, vaksinlər də 100% effektiv deyildir, və peyvəndlərdən imtina edən birliklərin çoxalması zamanı əhalinin fəal miqrasiyası şəraitində məğlub olmalı olan qızılcanın yeni epidemiyası praktiki olaraq qaçılmazdır.

Biz sizə qızılca əleyhinə vaksinlərin hansı yan effektlərinin qızılcadan qorxulu olduğunu və vaksinasiyadan şüurlu şəkildə imtina edərək və nəinki özünü və uşaqları, eləcə də, çoxlu sayda digər insanları yoluxma təhlükəsinə məruz qoyaraq yalnız uğura arxayın olmağın düzgün olduğunu araşdırmağı təklif edirik.

Qızılca əleyhinə vaksinlər həddən artıq effektiv və eyni zamanda, təhlükəsiz preparatlara aiddir. Əgər xəstəlik bir o qədər kəskin formada olmursa, o zaman onlar xəstə insanların vaksinasiyası üçün daha münasib olur. Əgər insan ciddi şəkildə xəstədirsə, o zaman vaksinasiyanı vəziyyətin ağırlaşması riski nəticəsində təxirə salmaq lazımdır. Qızılca əleyhinə vaksinasiyaya dair əks göstərişlərin siyahısında həmçinin hamiləlik, ilk immunodefisitlər, neomisinə və ya preparatın digər komponentlərinə qarşı ciddi allergiyalar sadalanır. Qanın digər məhsullarının və ya immunoqlobulinlərin oasiyentə vurulmasından sonra vaksinasiya  təxirə salınmalıdır, belə ki, passiv anti cisimlər vaksinin effektivliyini azaldır.

Əlbəttə, canlı zəif qızılca vaksinlərinin pasiyentlərə vurulmasından sonra arzuolunmaz reaksiyalar istisna olunmur, lakin bir qayda olaraq, zəif ifadə olunur. Şübhəsiz, bu vaksin preparatlarının komponentlərinə qarşı hiper həssaslığa səbəb olan reaksiyalara aiddir. Siz istehsalçıdan bu və ya digər vaksinin mümkün əks effektləri haqqında öyrənə bilərsiniz.

Bədən hərarətinin artması

Qızılca vaksinin ən geniş yayılmış yan effektlərindən biri olan titrəmə ilə qızdırma adətən, vaksin virusunun replikasiyasının ən yüksək həddə çatması zamanı peyvənddən 6–12 sonra meydana çıxır. Qızılca əleyhinə əksər immunoloji preparatlar üçün vaksinadan sonra bədən hərarətinin 39,4 °C yuxarı qalxması ehtimalı 2–4%. artıq olmur. Adətən bədənin hərarəti  1–2 gündən sonra aşağı düşür.

Tutma halları

Tutma hallarını qızılca əleyhinə vaksinasiyanın tez – tez rast gəlinən yan effektlərinə aid edirlər. Bu zaman onlar mərkəzi sisnir sisteminin xəstəliyinin və ya infeksiyanın əlamətləri deyildir.

Febril tutma hallarının meydana çıxması riski qızılcanın, məxmərəyin v parotitin canlı viruslarından ibarət olan MMR – vaksinin vurulmuş üç – dörd min dozalarından birində yaranır. Bu riski adətən MMR vurulmasından 6–14 gün sonra istisna etmək mümkündür. Əlavə olaraq suçiçəyi virusundan ibarət olan dörd komponentli MMRV vaksininin (2005 ci ildə lisenziya almış) vurulmasından sonra uşaqlarda tutma hallarının meydana çıxması ehtimalı bir qədər artır. Bu gün ABŞ – da qızılca əleyhinə vaksinin tövsiyə olunan hər iki dozalarını MMRV şəklində vurmaq mümkündür. Lakin, MMRV ilk dozasının alınmasından sonra tutma halalrının yüksək miqdarını nəzərə alaraq belə güman etmək mümkündür ki, MMR daha populyar olaraq qalır. MMRV vaksinin istifadə olunması zamanı bədənin hərarətinin qalxması və səpğinin meydana çıxması daha tez – tez baş verir.

Allergiya

Allergiya səpgisini və anafilaksiyanı daxil etməklə (orqanizmin allergiyaya qarşı kəskin reaksiyası) qızılca vaksininə qarşı hiperhəssaslıq reaksiyaları nadir hallarda rast gəlinir.  Anafilaksiyanın tezliyi milyon dozada  1 – dən 3,5 - ə qədər tərəddüd edir. Hiperhəssaslıq ilə bağlı digər reaksiyaların baş verməsi ehtimalı təxminən bir milyondan 10 – da  qiymətləndirilir. Qızılca vaksinlərinin əksəriyyəti üçün virusları toyuq embrionunun toxumalarında yetişdirirlər və həkimlər uzun illər bu vaksinlərin toyuq yuçurtasına qarşı allergiyası olan uşaqlara vurulmasının təhlükəsizliyi ilə bağlı narahatlıq keçirirdilər. Bu zaman, bu cür uşaqlarda nadir anafilaksiya halları müşahidə olunsa da, bu reaksiyalara görə cavabdeh olan allergen vaksində identifikasiya olunmamışdır. Qızılca vaksinninə qarşı hiperhəssaslığı olan uşaqların əksəriyyətində jelatin və ya neomisinə qarşı allerfiya əlamətləri təzahür olunur.

Trombositopeniya

Vaksinasiyadan sonrakı bir neçə gün ərzində qanda trombositlərin konsentrasiyasının bərabər qaydada azalması müşahidə oluna bilər, nadir hallarda isə idiopatik trombositopenik fırfır (İTF) inkişaf edə bilər. Vaksinasiyadan sonra ITP meydana çıxmasının orta tezliyi qızılca əleyhinə vaksinin ilk dozasını almış 100 000 uşaqlar üçün 2,6 dəfə təşkil edir.  MMR vaksini üçün bu yan effekt riski 40 000 vaksin dozasının 1 – rast gəlinir. Bir qayda olaraq, altı ay ərzində uşaqların 93% baş verən xəstəliyin yüngül forması qeydiyyata alınır.

Təsdiq olunmamış qorxular

Artıq yuxarıda qeyd olunduğu kimi, qızılca əleyhinə vaksinlər daha təhlükəli və effektiv vaksinlərə aiddirlər. O, çoxkomponentli preparatların tərkibində yaxşı keçirilir, onları kəskin dövrü bitmiş xroniki xəstəlikdən əziyyət çəkən pasiyentlərə və immunitetin kəskin hücuma məruz qalmadan QİÇS – infeksiyasına yoluxmuş xəstələrə vurmaq lazımdır. Bu zaman, nə qədər qəribə olsa da, peyvəndlərin zərəri haqqında əfsanələrin əksəriyyəti məhz qızılca əleyhinə vaksinlərə aiddir. Qızılca vaksinlərinin ədalətli təbliğ olunub – olunmamasını və nə üçün insanların indiyə qədər ensefalit və autizm kimi qorxulu diaqnozları onlar ilə əlaqələndirdiklərini araşdıraq.

Ensefalit

İnfeksiyadan sonrakı ensefalit  — qızılcanın fəsadı olsa da, zəif qızılca vaksinlərinin bu cür ciddi xəstəliyi yaratmaq qabiliyyəti hələ də sübut olunmamışdır. Qızılca əleyhinə peybvənd olunmuş insanlarad ensefalit bir milyonda bir dəfə olmaq tezliyi ilə qeydiyyata alınır. Eyni zamanda, qızılca vaksinasiyasından sonra ensefalitin inkişafı risklərinin aşkar olunmasına yönəlmiş heç bir tədqiqat müsbət nəticə verməmişdir.

Qızılca vaksininin vurulmasından sonra ensefalitin inkişafı riskinin qiymətləndirilməsi zamanı başa düşmək lazımdır ki, peyvənd olunan insanlar arasında xəstəliyin aşkar olunması göstəriciləri populyasiyada peyvənd  olunmamış uşaqlarda naməlum mənşəli ensefalitin daha geniş yayılması ilə müqayisədə daha aşağıdır. Deməli, vaksinin ensefalitə yoluxmaya hər hansı bir şəkildə təsir göstərdiyini təsdiq etmək olmaz. Lakin əgər qızılca əleyhinə vaksinlər kəskin ensefalitə səbəb olsa da (bununla bağlı sübutlar mövcud olmasa da), bu göstərici təbii qızılca infeksiyasından sonra  1 000 dəfə azdır.

SSPE

Artıq çoxdan qızılcanın vaksin virusunun MSS daimi finksiyasını yaratması ilə bağlı nigarançılıq mövcuddur. Bu qorxunun köklərini əvvəllər qızılcaya yoluxmayan bəzi vaksin olunmuş insanlarda SSPE aşkar olunması haqqında məlumatlarda axtarmaq lazımdır. Lakin, bu cür halların ətraflı şəkildə araşdırılması aşkar etmişdir ki, bir çox hallarda bu insanlar qızılcaya bənzər xəstəliklərə yoluxmuş və ya virus ilə təmasda olmuş, və bundan sonra onlara passiv immunoqlobulinləri vurmuşdurlar. Qızılcaya əvvəllər yoluxmayan insanları adxil etməklə SSPE ilə pasiyentlərin baş beynindən təcrid olunmuş virusların genomlarının ardıcıllığının təyin olunması yalnız vəhşi tipli virusları aşkar etmişdir. SSPE nəzarət üzrə tədqiqatlar vaksinasiya ilə əlaqəadr olan qızılca hallarının sayının ixtisara salınması ilə bu xəstəliyin azalmasını nümayiş etdirmişdir. Başqa sözlə desək, vaksin xəstəliyi yaratmayaraq ondan müdafiə edir.

Eyni zamanda alimlər zəif immunitetli insanlara vurlmuş vaksin ilə ensefalitlər arasındakı əlaqəni tapmışdırlar. Beyin toxumasında qeyri – müəyyən immun pozğunluğu ilə bir pasiyentdə qızılcanın vaksinli viruslu aşkar olunmuşdur.  Bu o deməkdir ki, güclü immun çatışmazlığına malik  olan insanlarda vaksin ştammının güclü replikasiyası mümkündür və o da buna müvafiq olaraq ciddi fəsadlar riski artmışdır.

Autizm

Qızılca, parotit və məxmərək əleyhinə MMR vaksini bağırsağın iltihab xəstəliklərinə və autizmə səbəb ola bilər və bu fikir Endrü Ueykfild tərəfindən dəstəklənərək The Lancet nüfuzlu tivvi jurnalda dərc olunmuşdur. Sonralar bunu heç bir iri tədqiqatda təsdiq etmək mümkün olmamış, lakin bu məqalə Böyük Britaniyada əhalinin vaksinasiyasının 2005 ci ildə 83% qədər azalmasına gətirib çıxarmışdır (zəruri səviyyədə 95%). Nəticə ağır olmuşdur: əgər 1998 ci ildə Böyük Britaniyada qızılca ilə bağlı 56 hal qeydə alınmışdırsa, o zaman 10 ildən sonra qızılcaya yoluxma halı 1 – dən 1 348 - ə qədər artaraq, onlardan hər ikisi ölüm ilə nəticələnmişdir.

Əgər siz hələ də qızılca əleyhinə vaksindən qorxursunuzsa, o zaman canlı zəif vaksinlərin yan effektlərinin riskləri ilə xəstəlikdən sonrakı fəsadlar riskini müqayisə etmək mümkündür. Çox güman ki, vaksinasiyadan sonra bədənin hərarətinin və hətat tutma hallarının artması imkanı əvvəllər olduğu kimi sizə qorxulu görünməyəcəkdir. Həmçinin siz indi bilirsiniz ki, geniş müzakirə olunan vaksinlərin bəzi yan effektləri – yalnız təsdiq olunmamış təhlükə və ya bilərəkdən söylənilmiş yalandır. Vaksinin seçilməsi zamanı onun tətbiqi ilə bağlı əks göstərişləri diqqətlə öyrənin. Sizin seçiminiz şüurlu olmalıdır.

 

Qızılca - yolxucu xəstəlikdir

Qızılca virusu haqqında nə bilirik

Qızılcanın tarixi

Qızılcanı törədən - virusdur

Qızılca - hücum strategiyası

Qızılcanın fəsadları

Qızılcanın profilaktikası

Qızılcanın kökünün kəsilməsi

Qızılcanın yeni epidemiyası

Qızılca vaksinləri

Qızılca vaksinasiyanın yaş həddi və risk qrupları

Qızılca əleyhinə alternativ üsullar (məqalənin davamı)

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo