Planlı
immunizasiya sayəsində biz, həddən artıq yolxucu və təhlükəli xəstəliklərin
çoxluğu haqqında unutmağa müvəffəq olduq. Lakin bütün bunlara baxmayaraq,
arxayln olmaq hələ ki, tezdir: əgər qrupşəkilli immunitet vaksinasiyadan imtina
etmək nəticəsində azalarsa, o zaman qorxulu epidemiyalar geri qayıda bilər və
bu sadəcə olaraq söz deyildir. 2018 ci ildə KİV təcili surətdə qıcılca və ya
“uşaq taunu” xəstəliyinə yoluxanlar haqqında məlumat verirdi. “Vaksinasiya”
xüsusi layihəsinin məqaləsində biz qızılcanın təhlükəli olması, onunla mübarizə
aparmağın yolları və onun hələ də hansı səbəbə məğıub edilməməsi haqqında bəhs
edəcəyik.
Qızılca — həddən
artıq yolxucu xəstəlikdir.
Qızılca — həddən
artıq yolxucu virus xəstəliyidir. Bunu 2005 ci ildə İndianada (ABŞ) – da baş
vermiş hadisə təsdiq edir. O zaman peyvənd olunmamış on yeddi yaşlı qız
Rumıniyadan evə qayıtmışdır və həmin an Rumıniyada qızılca epidemiyası tüğyan
edirdir. Hələ yolda onun hərarəti qalxmış, öskürən və zökəm başlanmış, gözləri
qızarmışdır. Lakin, halsızlığa baxmayaraq, növbəti gün o, kilsəyə
qayıtmış və burada 500 nəfər olmuşdur.
Qeyd etmək
lazımdır ki, həmin dövrdə ABŞ – da qızılca nadir xəstəlik hesab olunurdu və əhalinin vaksinasiyasının səviyyəsi həddən artıq yüksək idi.
Kilsədə cəmi 35 qonaq heç bir zaman qızılca əleyhinə peyvənd olunmamışdı və
onlardan 31 nəfəri (89%) qızdan yoluxdu. Yerdə qalan 465 nəfərdən yalnız üçün
bu xəstəliyə yoluxmuşdur (0,6%). Rumıniyada yoluxmuş qız cəmi bir
neçə saat beş yüz nəfərdən ibarət olan insan kütləsinin arasında oldu və bu
zaman praktiki olaraq bu xəstəliyə qarşı həssas olan bütün insanlar bu virusa
yoluxdu. Bu tarix qızılca virusunun nə qədər yolxucu olduğunu göstərir — o hətta
əksər insanların peyvənd olunduğu yerlərdə də cövlan edir. Ən
maraqlısı budur ki, vaksinlə müdafiə olunan cəmiyyət digər ölkədən gətirilən xəstəliyin
təhlükəsi ilə qarşılaşmışdır.
Çox təəssüflər
olsun ki, İndianada tüğyan edən qızılca epidemiyası və ya daha ciddi qızılca
epidemiyası kimi (2008 ci ildə Amerikada qızılcanın yeni epidemiyası bir ştatda
deyil, 13 ştatda baş vermişdir) epidemiyalar ictimaiyyətə kifayət qədər təsir
etmir. Bu zaman qızılca vaksinin təhlükəsi ətrafında insanların ağlında daha dərin
kök salmış çoxlu sayda əsatirlər toplanmışdır. Nəticədə qızılca bütün dünyada
hücumunu davam etdirir, valideynlər isə buna baxmayaraq yenə də uşaqlarına
qızılca əleyhinə peyvənd etdirməkdən imtina edir və bununla da, nəinki öz ailəsinin,
eləcə də, şəhərlərin və hətta ölkələrin müdafiəsini zəiflədirlər.
Burada xəstəliyin
daha çox yolxucu olması ilə yeni epidemiyaların qarşısını almaq üçün
daha çox insanın vaksinasiya olunmasının vacibliyini anlamaq lazımdır. Qızılca
kimi yolxucu xəstəlikdən müdafiə olunmaq üçün immunizasiya səviyyəsi
təxminən 95% təşkil edir. Bu rəqəm təsadüfi deyildir: o
populyasiyada immunitetin səviyyəsindən asılı olaraq virusun inkişafı templərinin
öyrənilməsinə əsaslanır. Fred (Frame work for Recons tructing
Epidemiological Dynamics) kompüter modelləşdirilməsi sisteminin köməyi ilə
yaradılan vizualizasiyaya (video 1) nəzər salmaqla qızılca əleyhinə vaksinin
yerli – yerində yayılmasının əhəmiyyətini asanlıqla qiymətləndirmək
mümkündür. Bu sistemi Korneqi – Mellon Universitetinin kompüter elmləri
Məktəbi və Peterburqun super kompüterlər Mərkəzi ilə əməkdaşlıq edən Peterburq
Universitetinin ictimai sağlamlıq dinamikasının laboratoriyası (Pitt Public
Health Dynamics Laboratory) bu sistemi düşünmüş və realizə etmişdir. FRED məhz
ABŞ – nın bu və ya digər şəhərində və ya əyalətində, eləcə də, bəzi digər ölkələrdə
virusun ötürülməsi üçün imkanları nəzərə almaqla infeksiya xəstəliyinin geniş şəkildə
yayılmasını imitasiya edir. Qızılcanın virtual epidemiyası məktəb yaşında olan
bir xəstə uşaqdan başlanır və yeddi ay davam edir. Hadisələr iki ssenari üzrə
inkişaf edə bilər. Birinci halda altı aylığından 15 yaşına qədər yaşda olan
uşaqların 80%, ikinci halda isə — 95% qızılca əleyhinə peyvənd olunmuşdur. Şəhərlərin
əksəriyyəti üçün epidemiyaların iki ssenarilər üzrə inkişafındakı fərq həddən
artıq böyükdür.
FRED modeli
qızılca epidemiyasının qayıtmaması üçün hətta qızılcanın olmadığı ərazidə də
vaksinasiyanın yüksək səviyyəsinin dəstəklənməsinin nə qədər vacib olduğunu
göstərir. Lakin, Avropada peyvəndlərdən imtina edən insanların sayının
artmasının indi Rusiya üçün də real təhlükə yaradan epidemiyaya necə səbəb
olduğunu da görmək üçün heç bir model lazım deyildir: 17 avqust 2018 ci ildə
Çitada qızılca şübhəsi ilə 18 nəfər xətəxanaya yerləşdirilmişdir.
2018 ci ilin iyun ayında Rusiya istehlaka nəzarət agentliyi Avropanın 28 ölkəsində
qızılca virusunun yayılması haqqında xəbərdarlıq etmiş, Ukraynada bu virusa
yoluxma səviyyəsi artmış: 2018 ci ilin ilk üç həftəsi ərzində isə
qızılca 2084 nəfərdə müayinə olunmuşdur. 2016 cı ildə Rusiya
istehlaka nəzarət agentliyi qızılca virusunun Ermənistanda, Gürcüstanda,
Belarusda, Belçikada, İtaliyada və bir sıra digər ölkələrdə yayılmsını qeydə
almışdır. Qızılca İngiltərəyə qədər də yayılmışdır: iyun ayında Bristolda
qızılcanın güclü epidemiyası (iyun ayının sonunda minimum 56 xəstə) ölkədə
qeydiyyata alınan qızılca epidemiyası hallarının ümumi artımı ilə
razılaşdırılır.
Onlar qeyd edir
ki, Rusiyada köklü infeksiyanın yeni hücumuna az qalmışdır. Ekspert mütəxəssislər
ölkə üçün xəstəliyin təhlükəsinin vaksinasiya olunan insanların ən aşağı sayı
ilə əlaqələndirirlər. Bu həqiqətən də elədir. Qızılcanın harada meydana
çıxmasından asılı olmayaraq vaksinasiyanın populyasiyasının azalması həmişə
epidemiyadan əvvəl gəlir. İnsanların vaksinlər ilə bağlı qorxusu xəstəlikdən
qorxmaq hissini sıxışdırrı və virus bundan uğurla istifadə edir.
«Peyvənd yoxdursa — məktəb də yoxdur!»
Qızılca
virusunun yoluxması dalğasına qarşı müqavimət göstərmək çox çətindir. 1963 cü
ildə qızılca əleyhinə vaksinin işlənib hazırlanması zamanı xəstəliklərə nəzarət
və xəstəliklərin profilaktikası üzrə amerika Mərkəzi xəstəlik ilə fəal mübarizəyə
başladı. Çünki, qızılca vurusuna əsasən məktəblilər yoluxurdular və bunun
kökünü kəsməyin ən yaxşı üsulu peyvənd olunmamış uşaqların məktəbə qəbul
olunmaması olmuşdur
Əvvəlcə bu gözlənilən
nəticəni verməmişdir – tətbiq olunan qadağaya pis riayət olunur. Lakin, hər şey
tezliklə dəyişilmişdir: qızılcanın yeni güclü epidemiyasından sonra səhiyyə
orqanları peyvənd olunmamış uşaqları məktəblərdən çıxarmağa başlamışdırlar.
1981 ci ildə peyvənd olunmamış uşaqları bütün 50 ştatda məktəbə qəbul etməmişdirlər.
20 il keçmişdir, və qızılca xəstəlik hiss olunan şəkildə azalmışdır.
1998 ci ildə ABŞ – da qızılcanın cəmi 81 halını qeydiyyata almışdırlar və bu
zaman xəstəliyi əsasən xarici ölkələrdən gətirirdilər.