Tibb

Qızılca vaksinasiyanın yaş həddi və risk qrupları

Qızılca vaksinasiyanın yaş həddi

Vaksinasiya üçün ideal olan yaş həddi

Azyaşlı uşaqlara qızılca əleyhinə vaksinin ilk dozasının vaxtlı – vaxtında vurulması — istənilən vaksinasiya proqramının vacib vəzifəsidir. Ana ilə keçən passiv immunitetin körpədə itməsi zamanı ilk dozanı vurmaq lazımdır, lakin uşağıb qızılcaya yoluxması riskini azaltmaq üçün bunu mümkün qədər tez etmək lazımdır.

Əgər passiv immunitetin uşaqğı müdafiə etməsi zamanı vasini vursaq, o zaman ana anti cisimləri vaksinə qarşı orqanizmin cavab verməsinə mane olacaqdır. Belə olan halda peyvənd olunmuş uşaqlar da qızılcaya yoluxmaqla bağlı risk edirlər. Lakin, əgər yoluxma riskinin yüksək olduğu regionlarda vaksinasiyanı yubatsaq, o zaman bir çox körpələr artıq vaksinin ilk dozasını alana qədər qızılcaya yoluxacaqlar.

Riskin hər iki amilini nəzərə alan balans çox vacibdir və bir çox hallarda immunizasiya proqramlarının məhsuldarlığını təyin edir. Məsələn, ABŞ – da  geniş miqyaslı vaksinasiyanın vurulmasından dərhal sonra iki yaşlı uşaqları 9 aylığında peyvənd etmişlər və daha sonra məlum olmuşdur ki, ananın anti cisimləri 11 ayına qədər körpələrin qanında qorunub saxlanılır və peyvənd olunmuş bir çox uşaqlar yenə də xəstəliyə yoluxmaq təhlükəsi  altında olmuşdur. 1965 ci ildə vaksinasiya üçün ən münasib yaş 1 il təşkil etmiş, peyvənd olunan bütün uşaqları isə yenidən vaksinasiya etmək lazım gəlmişdir. 1976 cı ildə normativlər yenidən dəyişilmişdir: ABŞ – da uşaqlar  15 ayında peyvənd olunmuşdur.

Maraqlısı budur ki, uşaqların immunizasiyası müddətlərinə naların vaksinasiyası faktı təsir göstərir. İş burasındadır ki, qızılcaya yoluxmuş anaların anti cisimləri peyvənd olunmuş anaların anti cisimləri ilə müqayisədə körpələri daha çox müdafiə edirlər. Vaksinasiya olunan dövrdə anaların əksəriyyəti qızılcaya yoluxmur, və passiv immunitetin mövcud olması vaxtı ixtisara salınır və bunun nəticəsində vaksinasiyanın birinci mərhələsinin effektivliyi artır.

Bu gün ÜST qızılcadan körpə ölümü riskinin yüksək olduğu və yeni epidemiyalar təhlükəsinin mövcud olduğu ölkələrdə 9 aylıq uşaqlara qızılca əleyhinə vaksinin vurulması tövsiyə olunur. Qızılcanın daha az yoluxduğu ölkələrdə ÜST 12 ay ərzində vaksinin birinci dozasını vurmağı tövsiyə edir. Çox təəsssüflər olsun ki, son illər Rusiyada immunizasiyanın səviyyəsi aşağı düşmüşdür: Rusiyada uşaq dünyaya gətirən produktiv yaşda olan qadınların 20% artıq hissəsi qızılcaya qarşı immunitetə malik deyildir, və bir yaşa qədər uşaqların xəstəliyə yoluxma riski artır.  Bu cür vəziyyət Avropanın bir çox regionlarında mövcuddur və ilk qızılca vaksininin vurulması üçün tövsiyə olunan yaş həddi tədricən 12 ayından 9 ayına düşmüşdür. Xəstəlik ilə bu cür mübarizə taksitasını artıq Avstriyada və Almaniyada seçərək, vaksinin ilk dozasını  9 və 11 aylarında vurmağa üstünlük verirlər. RF – nın Milli peyvənd təqvimi ikinci dozanı 6 yaşlı uşaqlara vurmağı tövsiyyə edir.

Risk qrupları

Müdafiənin planlaşdırılması zamanı zəif məqamları bilmək zəruridir. İstənilən vaksinasiya planı xəstəliyin yeni epidemiyalarının daha çox hansı şəraitdə baş verdiyini bilmək lazımdır.

Məsələn, tibb müəssislərindən çalışan insanlar qalan əhalidən fərqli olaraq qızılcaya yoluxma riskinə daha çox məruz qalırlar. ABŞ – da 1993 cü ildən 2001 ci ilə qdər baş verən 120 qızılca epidemiyası zamanı tibbi müəssisələr xəstəliyin daha sürətlə yayılması yeri olmuşdur (24 epidemiya). Qızılcadan müdafiə beynəlxalq səfərləri planlaşdıran insanlar üçün daha vacibdir. Bəzi xronoloji patologiyalardan əziyyət çəkən şəxlər xüsusi diqqətə layiqdirlər. Məsələn,  onkoloji xəstələr və QİÇS – infeksiyalı insanlar, qızılcaya yoluxmuş xəstələr daha ciddi fəsadların yüksək riskinə məruz qalır. Qızılca, parotit və məxmərək əleyhinə vaksinasiya ağır immunosupressiya əlamətlərinə malik olmayan bütün əlamətsiz QİÇS – infeksiyalı insanlara tövsiyyə olunur (əks halda qızılca əleyhinə vaksinasiya onlara tövsiyyə olunmuşdur).

Təcili vaksinasiya

Adətən, qızılca xəstəsi ilə təmasa qədər keçirilən vaksinasiya ən yaxşı müdafiəni təmin edir. Lakin virusla təmasdan sonra vaksinasiya yolu ilə xəstəlik əleyhinə müəyyən müdafiə dərəcəsini qazanmaq mümkündür.

Əgər qızılca əleyhinə canlı vaksini vəhşi tipli virusun təsirindən sonrakı 72 saat ərzində xəstəliyin qarşısını ala bilər və ya onun ağır gedişatına təsir göstərə bilər. Rusiyada, qızılca əleyhinə ikidəfəlik doktrinin daxil olduğu peyvəndlərin milli təqvimindən fərqli olaraq SQ 3.1.2952-11 “Qızılca, məxmərək və epidemik parotitin profilaktikası” kimi sanitar – epidemioloji qaydalar mövcuddur. Onlar epidemiya göstəriciləri üzrə immunizasiyanı – epidemiya ocağında peyvənd olunmamış insanların, eləcə də, xəstə ilə təmasda olan insanların vaksinasiyasını da daxil etməklə xəstəliyin yeni epidemiyaları ilə mübarizə metodlarını təsvir edirlər (və ya xəstələrə). SQ riayət olunması yeni epidemiyalardan əhalinin müdafiə olunmasını təmin etməyə kömək edir.

Ölüm səviyyəsinin ixtisara salınması ilə bağlı beynəlxalq strategiyalar

Şübhəsiz, ölkələrdən hər biri üçün yalnız öz ərazisində qızılcanın kökünü kəsmək kifayət deyildir: o mütləq vaksinasiyanın qeyri – effektiv olaraq aparıldığı digər ölkədən gələcəkdir. Bu o deməkdir ki, yalnız birlik olub qızılcaya qalib gəlmək mümkündür. 2008 ci ilin sonunda qızılcaya nəzarət üzrə beynəlxalq səylər artıq dünyada qızılcadan ölüm səviyyəsinin 78% qədər ixtisara salınmasına gətirib çıxarmışdır.

 

Qızılca - yolxucu xəstəlikdir

Qızılca virusu haqqında nə bilirik

Qızılcanın tarixi

Qızılcanı törədən - virusdur

Qızılca - hücum strategiyası

Qızılcanın fəsadları

Qızılcanın profilaktikası

Qızılcanın kökünün kəsilməsi

Qızılcanın yeni epidemiyası

Qızılca vaksinləri

Qızılca - vaksinasiyadan qorxu (məqalənin davamı)

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo