1954 cü ildə
Enders və Pibls hüceyrələrdə qızılca virusunu ayırd edərək çoxaltdıqdan sonra
qızılca əleyhinə vaksinin işlənib hazırlanması, text olunması və
lisenziyalaşdırılması prosesi başlanmışdır. Orqanizmindən ştammın ayrıldığı
gəncin şərəfinə adlandırılan Edmonston ştammı sonralar bütün dünyada külli
miqdarda vaksinlərin hazırlanması üçün istifadə olunmuşdur.
Bu gün
qızılcanın profilaktikası üçün canlı zəuf vaksinlərdən istifadə edirlər.
Onların hazırlanması zamanı müxtəlif bioloji sistemlər vasitəsilə passajlar ilə
vəhşi ştammlardan alınan qızılca virusunun ştammını istifadə edirlər:
heyvanların orqanizmləri, toyuq embrionları, hüceyrələr. Mutasiyalar sayəsində
bu cür seleksiyanın gedişatında viruslar öz zəhərliliyini tədricən itirir və
insan üçün təhlükəsiz olub, bu zaman peyvənd olunan insanları bu cür
viruslardan müdafiə edən immun cavabı yaratmaq qabiliyyətini qoruyub
saxlayırlar.
Qızılca
vaksininin resepti
Qızılca
vaksinlərini hamı tərəfindən qəbul olunmuş metodlar ilə alırlar və onların
effektivliyində və təhlükəsizliyində heç bir fərq yoxdur. Vaksina virusunu
əksər hallarda toyuq embrionunun hüceyrələrində becərirlər. Hüceyrələrin
böyüməsinin ilkin fazasından sonra hüceyrəyə qızılca virusunun ən zəif ştammını
yerləşdirirlər. 32 °С temperaturda inkubasiyadan sonra bir neçə gün
ərzində hüceyrələri yuyur və mühiti neomisin, saxaroza, duzlar, amin turşuları
və albumin ilə zəngin olan insan mühiti ilə əvəz edirlər. Daha sonra virus
tərkibli maye fazanı hüceyrədən ayırırlar. Virusun titrinin nəzarət nümunələrində
müəyyən olunana qədər vaksinin alikvotlarını dondururlar. Daha sonra kifayət
qədər virus fəallığına malik olan testdən keçən alınmış məhlulların donunu
açır, birləşdirir, təhlükəsizliyə nəzarət üçün nümunələri seçir, təhlil edir və
yenidən dondururlar.
Keyfiyyətə
nəzarətlə bağlı bütün testlərin aparılnmasından sonra vaksinin porsiyalarının
donunu açır, flakonlara bölür və qurudurlar. Vaksini istifadə etməzdən əvvəl
yenidən istehsalçı tərəfindən təqdim olunan steril distillə olunmuş su ilə maye
formasına gətirirlər. Vaksinin hər bir dozası təqribən 25 mkq neomisindən
ibarətdir. Sorbitol və hidrolizə olunmuş jelatini stabilizatorlar kimi əlavə
edirlər. Vaksin maye halında, yəni bilavasitə istifadə etməzdən əvvəl daha
şəffaf olur və sarı rəngdə olur.
Edmonston B
vaksini ilk canlı vaksin olmuşdur. Onun yaradılması üçün Enders və onun
həmkarları insanın amnionu və hüceyrələri ilə dolu sınaq şüşələrində Edmonston
ştammının passajlarını keçirmiş və bundan sonra virusu toyuq embrionunun
hüceyrələrinə uyğunlaşdırmışdırlar. Edmonston B vaksini itlərin böyrəyinin
hüceyrələrinə adaptasiya olunan virusun digər ştammı ilə eyni zamanda 1963 cü
ilin mart ayında ABŞ – da lisenziya almışdır. Edmonston B
pasiyentlərə vurulması sürətlə inkişafı edən titrəmə və qızdırma və
(20–40% vaksinasiya olunmuş pasiyentlərdə 39,4 °C qədər bədən
hərarəti) və səpgi (təqribən vaksinasiya olunmuş pasiyentlərin 50% -
də) ilə müşayiət olunsa da vaksindən əldə olunan effekt müsbət olmuş, əks
reaksiyalar isə - keçici olmuşdur. Bundan savayı, vaksin ilə birlikdə qızılca
əleyhinə G immunoqlobulinin kiçik dozasının eyni vaxtda vurulması titrəmə,
qızdırma və səpmə hallarını təxminən 50% qədər ixtisara salmışdır. 1963 cü
ildən 1975 ci ilə qədərki dövrdə ABŞ – da Edmonston B dozasının 18,9
milyon dozası istifadə olunmuşdur. Edmonston ştammının əsasında ölmüş vaksin
alınmışdır ki, onu da 1963 – cü ildən 1967 – ci ilə qədər ABŞ – da tətbiq
edirdilər. Bu vaksin həmçinin Kanadanın bəzi əyalətlərində də geniş şəkildə
yayılmışdır. Bir qayda olaraq, ölmüş vaksinin üç dozası və ya ölmüş vaksinin
iki dozası üstəgəl canlı vaksinin bir dozası bir aylıq fasilələr ilə
pasiyentlərə vurulmuş və çoxlu sayda arzuolunmaz reaksiyalara səbəb
olmuşdurlar. Lakin, ölmüş vaksinin istifadə olunmasından intina etmək lazım
gəldi, çünki, onun qısamüddətli immuniteti təmin etdiyi müəyyən olundu.
Hüceyrə
xəttlərinin alınması üçün canlı hüceyrələri müxtəlif üsullar ilə orqanizmdən:
hüceyrədən kənar matriksi dağıdan fermentlərin köməyi ilə qandan
(leykositlərdən) və ya yumşaq toxumalardan ayırırlar. Qida mühitinə
toxumaların və materilların parçalarını yerləşdirmək mümkündür. Bu zaman
hüceyrələri daimi temperaturda xüsusi qida mühitində yetişdirirlər.
Hüceyrələrin kütləvi surətdə becərilməsi – biotexnologiyaların müxtəlif məhsullarının
və virus vaksinlərinin sənaye istehsalı üçün əsasdır. Hüceyrələrin becərilməsi
haqqında daha ətraflı «Vikipediyada» oxumaq mümkündür. — Red.
Müasir vaksin
ştammlarının əksəriyyəti həmçinin Edmonston ştammından alınmışdır. Əlbəttə,
onlar bir – birilərindən mənşəyinə, sayına və passajların şərtlərinə, hemolitik
fəallığa malik olan virusların mövcudluğu və substratı ilə fərqlənirlər. Lakin
Edmonston B fərqli olaraq müasir zəif vaksinlərdə yan effektlərin tezliyinin və
ağırlıq dərəcəsinin daha az olduğu vacibdir. ABŞ –
da Schwarz və Moraten kimi vaksin ştammları lisenziya almışdırlar.
Yaponiyada qızılca əleyhinə xüsusi zəif vaksinləri tətbiq edirlər: AIK-C,
Schwarz F88, CAM-70 və TD97. CAM-70 və TD97 ştammları Edmonston
əsasında alınan çoxlarının sırasına daxildir: onların «əcdadı» isə —
Tanabe ştammıdır. Çində 1965 ci ildən etibarən Shanghai-191 və
Changchun-47 ştammları əsasında yerli vaksinləri tətbiq edirlər. Smordinsev
tərəfindən alınan Leninqrad – 16 ştammını Rusiyada 1967 ci ildən etibarən istifadə
etməyə başlamışdırlar və o, Şərqi Avropada qızılca virusunun əsas vaksin ştammı
olmuşdur.
İndiki vaksinasiyada Qızılca
əleyhinə müasir canlı zəif vaksinlər kombinə olunmuş preparatların tərkibinə
daxildirlər: parotit-qızılca, məxmərək-qızılva və ya üç
komponentli (qızılca, parotit və məxmərək). Bütün bu xəstəliklər —
virusludur, və onlardan hər biri insanlara uşaq yaşlarında yoluxur,
buna görə də, vaksinlərin qızılca, parotit və məxmərək əleyhinə bir preparatda
biirləşməsi çox rahatdır. Bu cür kombinə olunmuş vaksinlər öz
effektivliyinə görə birkomponentli vaksinlərdən geri qalmır, təhlükəsizdir və
inyeksiyaların sayını ixtisara salmağa icazə verir. Qızılca, parotit və
məxmərək əleyhinə ən məşhur üç komponentli vaksin— MMR amerika şirkəti olan
Merk şirkətinin istehsalıdır.
Vaksin — bizim immunitetimizin məşqçisidir
Vaksinə immun
cavab bir çox hallarda təbii qızılca infeksiyasını müşayiət edən cavaba
bənzəyir. Peyvəndin vurulmasından sonra o bir neçə gün əvvəl inkişaf etsə də,
vəhşi növlü virusa yoluxma zamanı immunizasiya həm humoral, həm də hüceyrə
immunitetinə toxunaraq, interferonun sintezinə səbəb olur.
Yalnız qanda
spesefik anti cisimlərin toplanması ilə vaksinə qarşı immun cavabın inkişaf
edib – etmədiyini öyrənmək mümkündür. Lakin bu cür qan təhlilinin nəticələri
istifadə olunan metodların həssaslığından asılı olaraq dəyişilə bilər. Təbii
infeksiyadan sonra aşağıda müşahidə olunan anti cisimlərin
vaksinadan sonrakı titrləri zamanla azalır, immunoloji yaddaş isə
ömürlük qalır. Vaksinlər sayəsində işlənmiş immuniteti ya təkrar vaksinasiya,
ya da vəhşi tipli virusa yoluxma ilə gücləndirmək mümkündür. 2007 ci ildə
keçirilən tədqiqat göstərmişdir ki, qızılca virisuna qarşı anti cisimlər 10 il
ərzində təkrar vaksinasiyadan sonra pasiyentlərin qanında qorunub saxlanılır.
Vaksini icad
etmək azdır — plan lazımdır!
Qızılcanın
kökünün kəsilməsi imkanını artıq çoxdan müzakirə etməyə başlamışdırlar. Lakin
bütün bunlara və effektiv vaksinlərin işlənib
hazırlanmasına baxmayaraq, qızılca hələ də məğlub
olmayıb. Bu o deməkdir ki, vaksinin olması kifayət deyildir, onu düzgün tətbiq
etməyi bacarmaq lazımdır. Vaksinasiyanın effektiv olması üçün xəstəliyə qarşı
müharibənin təsirli strategiyaları işləyib hazırlayaraq onu planlaşdırmaq və
nəzərdə tutulan plana riayət etmək zəruridir.
İkidəfəlik
vaksinasiya
Inkişaf etmiş
sənaye ölkələrində qızılca ilə mübarizə təcrübəsi göstərmişdir ki, ölkənin daxilində
virusun ötürülməsinin qarşısının alınması üçün vaksinin iki dozasını nəzərdə
tutan strategiya zəruridir. Bir çox ölkələr əvvəlcə birdəfəlik dozanı
təcrübədən keçirmişdirlər və qızılcanın yeni epidemiyalarının qızışması
nəticəsində təkrar vaksinasiyaya müraciət etmişdirlər. Belə məlum olmuşdur ki,
xəstəliklərə qulluq ilə bağlı xərclər və epidemiayalara nəzarət vaksinin ikinci
dozasının vurulmasının dəyərindən qat – qat artıqdır.
İkiqat
immunizasiyanın tətbiq olunması sayəsində infeksiya üzərində uğurlu qələbə əldə
olunmuşdur. 2009 ci ildə ÜST bütün ölkələrdə qızılca əleyhinə iki fazalı
immunizasiya planının tətbiq olunmasını tövsiyə etmişdir. İndiki dövrdə bütün
inkişaf etmiş və bir çox inkişaf etməkdə olan ölkələr bu tövsiyələrə riayət
edirlər.