Qızılcanın
fəsadları nədır? Virus bizim orqanizmimizə daxil olan zaman spesefik immunitet
ilə müdafiə olunmadığımız zaman xəstələnirik. Lakin, qızılcanın ilk
əlamətləri 10–14 gündən sonra meydana çıxır. Yoluxan şəxsin bədəninin
hərarəti (40,6 °С) qədər qalxır, güclü halsızlıq meydana çıxır (iştahanın
azalması, halsızlıq, yuxunun pozulması), yuxarı tənəffüs yollarının selikli
qişaları iltihablanır, öskürək meydana çıxır. Bu cür vəziyyət 2 - 4
gün davam edir, və başa düşmək lazımdır ki, qızılca həddən artıq mürəkkəbdir:
bütün sadalanan əlamətlər çoxlu sayda digər xəstəliklər üçün xasdır.
İlk əlamətlərin
meydana çıxmasından sonrakı üçüncü – dördüncü gün yanaqların və dilin selikli
qişasında Filatov – Belski – Koplik ləkələi meydana çıxır. O, diametri 2-4 mm
təşkil edən çoxsaylı mavi – ağ piləklər kimi görünür. Ləkələr qızılca
xəstəliyinə yoluxmuş 70% - dən artıq xəstədə müşahidə olunur, çünki onlarda
ləkələr digər xarakterik əlamətlərdən daha tez meydana çıxır və onların aşkar
olunması müalicənin vaxtlı – vaxtında təyin olunması və erkən diaqnostika üçün
qiymətlidir – məsələn, təmasdan sonrakı vaksinasiya.
Filatov –
Belski – Koplik ləkələrindən sonra tipik qızılca səpgisinin sırası gəlir –
onlar 3-4 günə ətraflara qədər yayılmaqla başdan bütün bədənə keçən ləkəli –
papulyozlu səpgilər şəklində eritemaya oxşayır. Bundan sonra
səpginin rəngi tündləşir, qabıq atır və onun meydana çıxması qaydası
ilə tədricən yoxa çıxır.
Qızılca
virusuna yoluxma eyni zamanda immun sistemin fəallaşmasına və yatırılmasına
gətirib çıxarır. Virusun orqanizmə təsiri T – limfositlərin sayının
azalmasından ibarət olub, səpğinin meydana çıxmasına qədər başlanır və bir ay
ərzində davam edir. Qambiyada pasiyentlərin qızılca ilə bağlı tədqiqatı hüceyrə
immunitetinin məşhur tənzimləyicisinin 12 – interleykininin əhəmiyyətli şəkildə
yatırılmasını aşkar etmişdir. Qızılca nəticəsində yerli və ümumi immunitetin
zəifləməsi böyük əhəmiyyət kəsb edir, çünki, bu zaman həm patogen, həm də,
şərti – patogen mikrobiotanın fəallaşması üçün əlverişli şərait yaradılır. Məhz
buna görə də, qızılcanın gedişatı əsasən tənəffüs sisteminin digər
patologiyaları ilə əksər hallarda mürəkkəbləşir. Lakin, bəzən fəsadları kənar
mikroorqanizmlər deyil, eləcə virusun özü törədir. Qızılcanın fəsadları
nəticəsində daha çox orta otit (7–9%), diareya (8%), sətəlcəm
(1–6%), infeksiyadan sonrakı ensefalit (0,1–0,4%), kəskin sklerozlu
panensefalit, və ya SSPE (0,01–0,04%) daha tez – tez xatırlanır.
Şübhəsiz, əgər
qızılca virusuna yoluxarsınızsa, o zaman bu sizin qarşılaşa biləcəyiniz
fəsadların hamısı deyildir. Belə ki, hamiləlik zamanı qızılca uşaq salmanı,
vaxtından əvvəl doğuşu, yenidoğulmuşun az çəkisini və ana ölümünü daxil etməklə
anada, döldə və yenidoğulmuşda fəsadların yüksək riski ilə əlaqədardır. Qıcılca
nəticəsində ciddi fəsadlar və ya hətta ölüm halı daha çox altı yaşından balaca
uşaqlarda və 20 yaşından yuxarı yetkin yaşlı insanlarda rast gəlinir. İnkişaf
etmiş ölkələrdə qızılcadan ölüm səviyyəsi bu gün xəstəliyin 1000 faktı ilə bağlı
1-3 fakt təşkil edir.
Qızılca və
sətəlcəm
Qızılca
nəticəsində sətəlcəmin inkişafı — o qədər də nadir hal deyildir: onu qızılca
xəstəsi olan uşaqların 5–10% - də müayinə edirlər. Sətəlcəm çox təhlükəlidir və
qızılca ilə bağlı olan ölüm halının 60% - nin əsas
səbəbidir.
Ensefalit
Nevroloji
fəsadlar, o cümlədən də, kəskin viruslu və ya bakterial
ensefalit əksər hallarda baş beynin daha davamlı şəkildə
zədələnməsinə gətirib çıxarır və qızılcanın 1000 faktından 1-4 hallarda rast
gəlinir.
Qızılca
ensefaliti — ən ağır fəsadlardan biridir. Ona həm uşaqlar,
həm də, yetkin yaşlı insanlar yoluxa bilər. Onun inkişafının əsasını nəinki beyin hüceyrələrinin virusa yoluxması,
eləcə də, baş beyin toxumalarına qarşı anti cisimlərin əmələ gəlməsinə səbəb
olan immunopatoloji reaksiyaların işə salınması təşkil edir. Bu anticisimlər mielin, mikroqliya ilə qarşılıqlı
faliyyətdə olur və onları dağıdırlar. Bu zaman
nevroloji pozğunluqların dərəcəsi müxtəlif ola bilər. Bu zaman beyin qılafı,
baş və onurğa beyni, periferik sinirlər zədələnir. Qızılca ensefaliti yüksək ölüm səviyyəsi ilə
xarakterizə olunur (25% qədər) və əksər hallarda hərəkətverici pozğunluqlar, tutma
halalrı və intellektin zəifləməsi şəklində davamlı iz buraxır.
Qorxulu diaqnoz — SSPE
Artıq qızılcanı
keçirdikdən sonra mrəkəzi sinir sisteminin zədələnməsi əlamətləri meydana çıxa
bilər və bu kəskin sklerozlu panensefalit (SSPE) xəstəliyinin inkişafını
təsdiq edir. Bu ağır degenerative xəstəlik olub, davranış
dəyişikliklərində, intellectual funksiyaların pisləşməsində, psixiki və motor
pozğunluqlarında, tutma hallarında təzahür edir. Əksər hallarda isə SSPE ölüm ilə
nəticələnir.
Qızılca ilə
əlaqədar olan SSPE inkişaf mexanizmi indiyə qədər öyrənilməmişdir. Belə
hesab olunur ki, çox güman ki, kıskin ilkin infeksiya zamanı virus beyinə daxil
olur və daha sonra sinir sistemində qorunub saxlanılır. SSPE əziyyət çəkən
pasiyentlərdə qəzrdaba qarşı qızılca anti cisimlərinin və onurğa beyin
mayesinin yüksək titrləri və baş beynin zədələnmiş toxumasında isə virusun özü
aşkar olunur. Maraqlısı budur ki, bu cür toxumalardan ayrılan viruslar məhz
virusun normal qaydada çoxalmasına mane olan M, H və ya F zülallarının genlərdə
böhranlı mutasiyasına səbəb olur. Bu o deməkdir ki, orqanizmdə qorunub saxlanılan
və nəticədə SSPE gətirib çıxaran qızılca virusları virusun ötürülməsində heç
bir rol oynamır və yeni epidemiyaların meydana çıxmasında heç bir rol oynamır.
Pasiyent
qızılcanı keçirdikdən sonra SSPE əlamətləri pasiyentdə orta hesabla yeddi ildən
sonra (!) meydana çıxır, xəstəliyin əlamətləri qeyri – spesefik olur, məhz buna
görə də, onu müayinə etmək çox çətindir, SSPE nəticəsində dəyən ziyanı isə
qızılcanın fəsadı nəticəsində dəyən ziyan kimi qiymətləndirmək çox çətindir.
1989–1991 – ci illərdə ABŞ – da qızılcanın yeni epidemiayalarının tüğyan etməsi
dövrü xəstəliyin qeydə alınmış 100 000 faktından cəni 22 hallarda SSPE müşahidə
olunmuşdur.
Yenə də,
qızılcanın daşıdığı təhlükəyə baxmayaraq, bizim immunitetimiz əksər hallarda
virusa qalib gəlir. Ən maraqlısı budur ki — qızılcaya yoluxmuş hər bir insan
ondan ömürlük müdafiəni əldə edir: onun immuniteti artıq xəstəlik ilə mübarizə
aparmağı öyrənmişdir və artıq xəstəlik onun üçün qorxulu deyildir. Biz
vaksinasiya sayəsində bu cür müdafiəni əldə edirik. Əgər sən peyvənd
olunmusansa, o zaman bu cür növ virusla görüş zamanı səni müdafiə edəcək zireh
artıq sənin orqanizmində mövcuddur.