2002 ci ildə bütün Avropada
olduğu kimi RF – da da qızılcanın eliminasiyası üzrə Milli proqram qəbul
edilmişdir. Bir milyon insandan heç olmasa birinin qızılcaya yoluxmaması onun məqsədi
olmuşdur. Rusiya proqramı üç mərhələdən ibarət idi və 2010 cu ildə başa çatmalı
idi. Lakin 2012 ci ildə xüsusilə Qərbi Avropa ölkələrində (Fransa, Almaniya,
Rumıniya və başqaları) qızılca və məxmərək əleyhinə peyvəndlər ilə əhalinin az əhatə
olunması nəticəsində proqramın realizə olunması müddətləri Avropanın 53 ölkəsində,
eləcə də, Rusiyada 2015 ci ilin sonuna qədər təxirə salınmışdır. Yenidən
populyasiya immunitetinin qeyri – kafi səviyyəsi nəticəsində məqsədə nail olmaq
mümkün olmamışdır. RF – da qızılcanın və məxmərəyin eliminasiyası üzrə aktual
milli proqram 2016–2020 illər üçün nəzərdə tutulmuşdur. Bu zaman vaxt daha az
qalmışdır, qızılca isə hələ də yeni zərbələr vurmaqda davam edir.