Son zamanlar vəziyyət daha da ağırlaşmışdır. Əgər əvvəllər qızılcanın kökünü 2015 ci ildə kəsməyin mümkün olduğu hesab olunurdusa, o zaman bu gün heç kim bu qələbəyə əmin deyildir. 2013 cü ilin sonundan etibarən dünyanın əksər regionlarında xəstəliyin artımı müşahidə olunur. Onlar hətta uzu müddət qızılcaya yoluxma hallarının aşkar olunmadığı ölkələrdə aşkar olunmuş, və tək – tək hallarda – ABŞ – da, Kanadada, avropa ölkələrinin əksəriyyətində rast gəlinmişdir. 2013 cü ildə Avropa regionunda qızılca xəstəliyi ilə bağlı 30 mindən artıq yoluxma halları qeydə alınmışdır. Qızılca xəstəliyinin güclü epidemiyası Gürcüstanda müşahidə olunmuş — yəni, 7 830 halları aşkar olunmuşdur.
Bolqarıstanda epidemiya zamanı 25 nəfər insan, Fransada isə 10 nəfər insan həlak
oldu. 2014 cü ildə ümumilikdə, Avropa regionunda qızılcadan 7 nəfər pasiyent vəfat
etdi. Rusiyanın ayrı – ayrı regionlarında da xəstəliyin artımı müşahidə
olunurdu. 2014 cü ildə əvvəlki il ilə müqayisədə xəstəliyin sayı praktiki
olaraq iki dəfə artdı - 1,65 xəstəliyə yaxalanma faktından 3,23
faktına qədər artaraq 100 min nəfər insan bu xəstəliyə yoluxdu. Cəmi
2014 cü ildə 4 711 dəfə qızılcaya yoluxma faktı qeydə alınmış,
onlardan 88,9%isə Moskvanın, Moskva vilayətinin və Şimali – Qafqaz və Cənubi
federal dairələrinin payına düşmüşdür. Xəstəliyə yoluxma halı ölkənin 85
regionunda 70 regionunda qeydiyyata alınmışdır.
Qızılcanın
qarşısını almaq getdikcə daha da ağırlaşırdı. Avropada 2018 ci ilin yanvar
ayından iyun ayına qədər bu xəstəliyə yoluxanların sayı 40 min təşkil edirdi .
Bizim ölkəmizdə isə son ildə 2016 və 2017 ci illər ilə müqayisədə daha çox
insan bu xəstəliyə yoluxmuşdu. Əvvələr olduğu kimi qızılcadan əsasən
uşaqlar əziyyət çəkir: 2017 ci ildə Rusiya qızılcaya
yoluxanların 64,4% 17 yaşa qədər yaş kateqoriyasına daxil idi. Ölkənin
regionları arasında qızılca xəstəliyinə yoluxmanın ən yüksək göstəriciləri
Dağıstan Respublikasında (100 min nəfər əhaliyə 3,3 yoluxma faktı),
Moskvada (2,7) və Moskva vilayətində (2,1), Çeçenistan Respublikasında (2,3) və
Adıgey Respublikasında (1,6) qeydə alınmışdır.
Rusiyada və
Avropada həkimlər kütləvi vaksinasiyaya çağıraraq həyəcan təbili çalırlar. Axı
qızılcabıb yeni epidemiyasının ən başlıca səbəbi— külli miqdarda insanın peyvəndlərdən
imtina etmələri ilə bağlıdır. Əgər vaksinasiya proqramları yeni uğursuzluqla nəticələnərsə,
o zaman epidemiyalardan heç cürə qaçmaq mümkün deyildir.