Şairin əcdadı Qavrila Derjavinini tatar knyazı Bahrim (İbrahim) olmuşdur. Onu XV əsrdə Vasiliy
Tyomnıy qulluğa qəbul etmiş, sonralar isə Bahrimə votçina bağışlamışdır. Derjavinlərin soykökü Bahrimin nəvəsi Narbəyovun
səltənətindən başlanır. Gələcək şairin və dövlət xadiminin qohumları krım
yürüşlərində iştirak etmiş, və xidmət göstərmişdirlər. XVIII əsrdə
isə onlar artıq müflis olmuş kiçik malikənəli mülkədarlar idilər.
Qavrila Derjavin mənsəbinə sıravi əsgər kimi başlamış
və ən yüksək dövlət vəzifələrinə qalxaraq xidmət etmişdir: çar sarayında
otaq katibi, senator, Kommers – kollegiyanın Prezidenti olmuş, İdarə
heyətində isə Ədliyyə Naziri vəzifəsində çalışmışdır.
Rus ədəbiyyatının tarixinə Derjavin bu istiqamətin
ciddi qanunlarının sərhəddlərini genişləndirmiş İntibah dövrünün şairi kimi
daxil olmuşdur. Onun mədhiyyələrində saray təmtəraqı ilə sosial satira, pafoslu
hecalar və loru ifadələr uzlaşırdı.
1825 ci ildə o Anton Delviqə yazırdı:
«Səfərim əsnasında mən Derjavinin bütün əsərlərini
oxudum və belə bir qənaəətə gəldim. O nə rus qrammatikasından, nə də rus
dilinin ruhundan xəbərdar olmamışdır. … <…> Allaha and olsun ki, onun
dühası tatar dilində düşünürdü …»
Derjavin haqqında o belə deyirdi:
«Başa düşmək olmur ki, onun nitqi necə hiperbolik
vüsət almışdır. Bu bizim rus bahadırlığının nişanəsidirmi.... və ya bu
keyfiyyət ona ordaların qalıqlarının dolandığı çöllərin küləyi, uzaq tatar
soykökü ilə ona ötürülmüşdür... necə olursa olsun, Derjavinin bu məziyyəti
heyrətamizdir ».
Derjavin özünü istehza ilə murza adlandırırdı, lakin
Rusiya imperiyasında bu cür yüksək türk titulu ona nə hörmət, nə də pul
qazndırmamışdı. «Murzanın xəyalları» odasında şair Felisiya obrazında peyda
olmuş II Yekaterinanın simasını təsdiq etmişdir:
Lakin, tacidardır, layəqət, şərəf!
Bu nə yaltaqlıqdı, nə də xam xəyal
Dünyanın da şahid olduğu tərəf
Sənin o batini gözəlliyindi.
Mən səni mədh etdim, yenə edəcəm
Həqiqəti zarafatla deyəcəm
Xəlvətdəsə tatar nəgmələrini
Yeni nəsillərə çox söyləyəcəm.....