Qrip haqqında 7 təhlükəli əfsanədən bu günki
mövzumuz. O KRVİ qrupuna aid olub, qrip virusu sayəsində törənir. Biz
bu xəstəliyi müşayiət edən zərərli əfsanələr haqqında bəhs edəcəyik.
1. Antibiotiklər qrip
virusunu məhv etməyə kömək edir
Qrip —
viruslu infeksiya olub, onun əleyhinə antibiotiklər faydasızdır. Yalnız
xəstəliklər bakteriyalar vasitəsilə törəndikdə bu
preparatlar effektivdir. Buna görə də, antibiotiklər ilə viruslara
qalib gəlmək mümkün deyildir, siz yalnız antibiotiklər vasitəsilə sizin
orqanizminizdə məskunlaşan faydalı bakteriyaları məhv edəcəksiniz.
2. Yalnız
xəstələnmiş insan ağzına cuna maskası taxa bilər
Müdafiə
vasitələrindən sağlam insanlar da istifadə etməlidirlər. Beləliklə, siz
infeksiya üçün əlavə maneə yaradacaqsınız. Bundan savayı, qripə yoluxan hər kəs
maska taxmır.
Həmçinin
unutmaq lazım deyildir ki, üzdəki maska — sağaldıcı vasitə deyildir. Məsələn,
nəqliyyatdakı tutacağa toxunaraq da digər yollar ilə bu xəstəliyə yoluxmaq
mümkündür.
3. Əgər siz
ötən il xəstələnmisinizsə, o zaman bu il artıq xəstələnməyəcəksiniz
Viruslar
mutasiyalara meyllidir, buna görə də qrip daima dəyişilir. Bu
səbəbdən on ildə bir dəfə deyil, stabil olaraq ildə bir dəfə qrip əleyhinə
peyvənd etmək lazımdır.
Buna görə də,
bir mövsüm ərzində xəstəliyin bir neçə müxtəlif yarım tiplərinə yoluxmaq
mümkündür.
4. Əgər
əlamətlər yoxdursa, deməli siz qripə yoluxmamısınız.
Siz ilk
əlamətlərin meydana çıxmasına qədər iki sutka ərzində ətrafdakılar üçün
təhlükəyə çevrilirsiniz. Daha sonra isə 5 günə qədər ətrafdakı insanlar ilə
təmasdan yayınmaq lazımdır. Məhz bu müddətə qədər biz xəstəliyi yaya bilərik.
5.
Qrip — yüngül xəstəlikdir
Bir çox
insanlar öz sağlamlığına kifayət qədər etinasız yanaşırlar. Onlar həkimə
müraciət etmir, tövsiyyə olunan preparatlar ilə müalicə olunmur, yataq rejiminə
riayət etmir, və xəstəliyi ümumiyyətlə ayaq üstündə keçirirlər. Unutmaq lazım
deyildir ki, qripin gedişatı həddən artıq təhlükəli ola bilər, eləcə də, qripi
vaxtlı – vaxtında müalicə etmədikdə, o fəsad yarada bilər.
6. Qripə
yalnız qış mövsümündə yoluxurlar
İl ərzində bu
məkrli virusa yoluxmaq mümkündür. Əlbəttə, bizim coörafi endə bu xəstəliyə
yoluxmağın ən yüksək göstəricisi soyuq aylara təsadüf edir. Lakin əksər
insanlar bu xəstəliyə mövsümlərarası dövrdə də yoluxurlar.
7. Qrip
əleyhinə peyvənddən xəstələnmək olar
Əgər siz
sağlam ola – ola peyvənd vurdurmusunuzsa, o zaman maksimum – sürətlə keçən
yüngül halsızlıq hiss edə bilərsiniz. Vaksinasiya şəklində
vurulan virus həddən artıq zəifdir və güclü immunitetin öhdəsindən gələ bilməz.