Xülasə: Tədqiqatçılar nitqdəki gündəlik dəyişikləri aşkarlaya biləcək süni intellekt sistemi hazırladılar. Bu dəyişiklər psixiyatrik problemlərin göstəricisi ola bilər.
Mənbə: Boulderd,
Kolorado universiteti.
Süni intellekt sahəsindəki nəaliyyətlər sayəsində, həkimlər artıq kompüterlərin köməyi ilə yüzlərlə kilometrdən diaqnoz təyin edə və xəstənin həyat göstəricilərinə nəzarət edə bilər.
Hal hazırda Kolorado universitenin tədqiqatçıları süni intellektin psixiatriyada tətbiqi üzərində çalışırlar.Onlar nitq analizi ilə ruhi sağlamlıq halını insan ilə eyni və ya daha yaxşı aşkarlaya bilən mobil tətbiq hazırlayırlar.
Peter Foltz, Humanitar Elmlər universitetinin professoru, süni intellektin prespektivləri və potensial mənfi təsirləri haqqında olan “Şizofreniya bulleteni ” məqaləsinin köməkçi müəllifi deyir: “Biz heç bir şəkildə həkimləri əvəz etmək üçün cəhd göstərmirik, amma onlara xəstələrə daha yaxşı nəzarət etmək üçün vasitələr yarada biləcəyimizə inanırıq. ”
ABŞ- da hər beş yetkin insandan birində mental xəstəliklərə təsadüf olunur. Onların çoxu psixiatrların və psixoloqların nadirən tapıldığı uzaq bölgələrdə yaşayır. Başqaları isə vaxtlarının olmadıqlarına, fiziki problemlərə görə tez-tez yoxlanışdan keçə bilmirlər.
Norvec, Tromzo universitetinin alimi Brita Elvevag qeyd edir: “Xəstə vaxtaşırı həkimi ziyarət etdiyi zaman belə, terapevt diaqnoz və müalicəni xəstənin söhbətinə qulaq asaraq təyin edir. Bu köhnə metod subyektiv və etibarsız ola bilər.”
Elvevag deyir: “İnsanlar mükəmməl deyil. Onların diqqəti yayına bilər və bəzən nitqdəki ipucularına, xəbərdarlıq göstəricilərinə fikir verməyə bilərlər. Təəssüf ki, mental sağlamlığı təyin edən obyektiv qan testi mövcud deyil.
Qan testinin əvəzinə, Elvevag və Foltz mental problemlərə işarə olan gündəlik nitq dəyişiklərini aşkarlaya bilən süni intellekt texnologiyasını inkişaf etdirmək üçün bir araya gəldilər.
Məsələn, məntiqi qəliblərə uyğun olmayan cümlələrin istifadəsi şizofreniyanın kritik simptomu ola bilər. Səs tonunda və ya tempindəki dəyişikliklər depresiyyanın göstəricisi ola bilər. Yaddaş itkisi həm fiziki həm də mental problemlərin göstəricisi ola bilər.
Foltz dedi: “Dil xəstələrin mental vəziyyətlərini aşkarlamaq üçün kritik vasitədir. Mobil cihazları və süni intellekti istifadə etməklə, biz hər gün xəstələri və onlardakı incə dəyişikləri izləyə bilirik. ”
Yeni mobil tətbiq xəstələrdən 5-10 dəqiqəlik bir neçə suallara telefona danışmaqla cavab verməyini istəyir.
Digər tapşırıqlarda onların emosional vəziyyəti haqqında soruşulur, qısa hekayə danışmaq, hekayəyə qulaq asıb təkrarlamaq və bir sıra sadə bacarıq testlərini yerinə yetirmələri istənilir.
Kolorado universitetində kompüter elmləri üzrə aspirant olan Çelsi Çendler əməkdaşları ilə birlikdə, bu nitq nümunələrini dəyərləndirən, həmin xəstənin əvvəlki nümunələri və daha geniş əhalinin nümunələri ilə müqayisə edən və xəstənin ruhi sağlığını qiymətləndirən süni intellekt sistemi hazırladılar.
Son araşdırmaların birində, tədqiqatçılar həkimlərdən 225 iştirakçının nitq nümunələrini dəyərləndirmələrini istədilər. İştirakçıların yarısı ağır psixi problemləri olan xəstələr, digər yarısı isə şimali Norvec və Luisianadan olan sağlam könüllülər idi. Sonra onlar nəticələri süni intellekt sistemi ilə əldə edilmiş nəticələrlə müqayisə etdilər.
“ Süni intellekt sistemlərinin ən az həkimlər qədər dəqiq olduğunu aşkar etdik ” - Foltz.
Foltz və həmkarları psixiatriya üçün hazırladıqları süni intellekt sisteminin terapevtə xəstə haqqında əlavə məlumat verəcəyi, ya da ağır ruhi xəstələr üçün uzaqdan nəzarət məqsədi ilə istidafə olunacağı günü düşünürlər.
Tətbiq xəstədə problem təyin edərsə, xəstənin həkiminə yoxlanış üçün bildiriş göndərə bilər.
Foltz deyir: “Ucuz olmayan zəruri müalicə və talehsiz hadisələrdən qaçınmaq üçün, xəstələr tez-tez ixtisaslaşmış professionallar tərəfindən kliniki yoxlanışdan keçirilməlidir. Amma bunun üçün lazımi qədər həkim yoxdur.”
Daha əvvəl Foltz süni intellektə əsaslanmış inşa-qiymətləndirməsi texnologiyasının inkişafına və kommersiyalaşdırılmasına kömək etmişdi.
Yeni məqalələrində, tədqiqatçılar süni intellekt texnologiyasını psixiatriya sahəsinə tətbiq etməzdən əvvəl effektivliyini sübut etmək və xalqın güvənini qazanmaq üçün daha geniş araşdırmalar aparmağı təklif edir.
Süni intellekt tibbi texnologiyaya tətbiq edilərkən
insanların Sİ haqqında təəssüratları
kritikdir. Və hal-hazırda insanlar Sİ-in etibarlı olmadığı təəssüratındadırlar. Tibbdə süni intelekt sistemlərini optimal şəkildə istifadə etmək üçün, maşınların effektiv olduğu sahələri insanların effektiv olduqları sahələrdən ayrı tutmaq lazımdır.
Süni intellektin psixiatriyada istifadəsi: Etibarlılığı təmin edəcək standartların yaradılmasına ehtiyac
Bu tədqiqatları nəzərdən keçirmək çətindir,
çünki metodlar çox vaxt qeyri-şəffaf olur və rəy verənlərin uyğun
kombinasiyasını tapmaq çətin olur. Bu cür tədqiqatları qiymətləndirmək və
etibarlılığı təmin etmək üçün ciddi standartlar olmadıqda bu məsələ daha mürəkkəbləşəcəkdir.
Buna görə də, məqaləmiz prosesin vicdanlı, ədalətli, elmi və dəqiq şəkildə
aparılacağı mürəkkəb metodologiyanı qiymətləndirilməsi üçün standartların
yaradılmasının vacibliyini müzakirə edir. Bununla belə qiymətləndirmə çətin
prosesdir və ona görə biz üç məsələyə, yəni izahlılığa, şəffaflığa və ümumiləşdirməyə
diqqət yetiririk. Bu üç faktor süni intellektin psixiatriyada istifadəsinin məqsədəuyğunluğunu
yaratmaq üçün vacibdir. Biz bu faktorların etirbalılığın təmin edilməsinə necə
təsir edəcəyini müzakirə edirik. Bu məsələrin müzakirəsi çox çətindir, çünki
terminlərin mənası tibbdə, kompüter elmlərində, hüquqda fərqlidir. Bununla əlaqədər
siyasi çağırışın olması və cəmiyyətin bu cür modellərin kliniki tətbiqlərini nəzərdən
keçirərkən xüsusi diqqətlə yanaşması üçün müzakirə başlatmağın mühüm olduğu qənaətinə
gəldik.
Süni intellekt psixiatriyanı necə dəyişə bilər