Bu gün mövcud
olan elmi işlərə müvafiq olaraq intellektin mənfi seçimi nəticəsində gənclərdə
IQ azalmasının orta sürəti onillik müddətə hələ ki 0.3 bəndinə bərabərdir. Bu
kifayət qədər ləng baş verir: hətta yalın gözlə bu cür fərqi hiss etmək mümkün
deyildir. Məhz buna görə də, IQ cari qaydada azalmasını genlərə
şamil etmək mümkün deyildir: çox ehtimal ki, əsas məsələ müasir bəşəriyyətin mədəni
xüsusiyyətlərinin dəyişilməsindən ibarətdir.
Lakin min il ərzində
IQ səviyyəsinin 70 qədər düşməsi - kütləvi əqli gerilikdən xəbər verir. Məgər IQ ilə korrelyasiya
olunan genlərə malik olmayan şəxslər arasında sağlam nəsil yetişdirmək imkanını
müəyyən dərəcədə azaltmaq olarmı? Bu hal etikadan uzaq olsa da, nəzəri baxımdan
mümkündür.
Bunu təcrübədə
tətbiq edən dövlət əlini işlək vəziyyətdə olan serkulyara soxan insandan ağıllı
hərəkət etmir. Eyni Sinqapur güclü IQ olan şəxsləri sterilizasiya etməyi qərara
alaraq böyük pul müqabilində bunu onlara təklif etmişdir. Lakin, sürətlə aşkar
olunmuşdur ki, birincisi, aşağı IQ olan bir çox insanlar yüksək IQ
olan insanlardan fərqli olaraq pullara bir o qədər dəyər vermirlər və dövlətin
təklifinə razı olmurlar.
İkincisi, təhsilə
və intellektə sitayiş edən Sinqapurda demoqrafik fəlakət baş vermişdir. Orada
bir qadına həyatı boyu cəmi 0,84 uşaq düşür. Bu o deməkdir ki, bu ölkədə hər
bir növbəti nəsil əvvəlki nəsikdən iki dəfə az olub, bu isə iqtisadi nöqteyi –
nəzərdən qaçılmaz faciədir. Gənclər olmadan büdcə və təqaüd fondları pul vəsaiti
ilə dolmaqla bağlı böyük çətinliklər yaşayacaqdır və istehlak tələbatı qaçılmaz
olaraq azalacaqdır. İnsan embrionlarının genetik şəkildə qaydaya salınması sırf
nəzəri ola bilər. Bəli müəyyən sayı əlavə etmək mümkündür – ahıl yaşda yaxşı səhhət
və IQ ilə korrelyasiya olunan məlum genlər – uşaqların əksəriyyəti üçün nəzərdə
tutulmuşdur.
Lakin, bu sırf
utopiyadır. Bir saniyə də olsa etik problemləri unudaq: məsələn, genetik olaraq
bu uşaqların öz valideynlərindən dünyaya gəlməyəcəklərini də unudaq. Burada
daha ciddi çətinliklər mövcuddur: bu gün bunu etmək üçün genlərin
manipulyasiyası ilə bağlı heç bir texnologiya lazımi texniki səviyyəyə nail
olmamışdır.
QİÇS əlayhinə
“davamlılıq” ilə əkiz qızlarda çin doktorunun sonuncu təcrübələrinə nəzər
salaq: hər ikisində mozaisizm baş verir, yəni, onların hüceyrələrinin bir hissəsi
“konstruktor” genləri olub, qalanlarında isə bu yoxdur. DNT – nin intellektə
aid olan hissəsinə bu cür texnoloji səviyyə ilə daxil olmaq – detalların öz
yerini alacağına ümid etməklə isveçrə saatını divara çırpmağa və bu zaman
saatın necə lazımdırsa, o cür də işləməsinə bənzəyir.
Texnologiyaların
gələcək inkişafına ümid etmək olar, lakin onların yaxın min il ərzində lazımi səviyyəyə
çatacağını tam əminliklə söyləmək mümkün deyildir. Həmçinin, milli bioloq
Aleksandr Markovun qeyd etdiyi kimi, bu günkü standartlara əsasən insan növünün
orta hesabla əqli geriliyə düçar olacağı həmin ana qədər İQ səviyyəsinin
ümumlikdə 70 – dən aşağı düşəcəyi məqamda genetik texnologiyaların zəruri
səviyyəsinə nail olunacağı faktı mövcud deyildir.
Bu cür problemləri
olan cəmiyyətin inkişaf edəcəyi və ya genetik texnologiyaları dəstəkləyəcəyi şübhə doğurur.