Riyazi layihəli
akustik metamaterial daxil olan səsləri gəldiyi yerə qaytaran formaya malikdir.
Boston Universitetindən olan 3D-möhürü və elmi birləşdirərək hava və işığı keçirən, lakin səsin
keçməsinə imkan verməyən yeni materialı dünyaya təqdim etmişdirlər.
«Onun mənası ondan ibarətdir ki, indi biz səsi bloklayan obyekti yarada bilərik» — deyə Sin Çjan press – relizdə qeyd etmişdir.
“Akustik metamaterialın” yaradılması
üzrə toplanmış təcrübələri alimlər Physical Review B jurnalında təsvir edirlər.
Materialın xarakteristikasının və ölçülərin hesablamalarının aparılmasından sonar bublik formasını xatırladan obyekt çap olunmuşdur.
Təcrübənin keçirilməsi üçün sadə konstruksiya yığılmışdır: PVK boru, bir tərəfdən,
ona səs ötürən siqnal mənbəyi olub, digər tərəfdən, borunu 3d printerdə çap
olunan vtulka ilə bağlanmışdır.
Səs
siqnalının mənbədən verilməsindən sonra vtulkanın borudan keçən səsin 94% bloklaması
faktı qeydiyyata alınmış və bu onu insan qulağı üçün eşidilməz etmək üçün kifayət
edir.
«Biz
kompüter modelləşdirilməsində bir neçə ay ərzində bu cür nəticələri müşahidə
etmişik – lakin bunu canlı eşitmək təmamilə başqa məsələdir»
— deyə müəlliflər öz təəssüratlarını bölüşürlər.
Bu “möcüzəli”
materialı istifadə etməyə başladıqdan sonra interyerin dizaynı və memarlığı təmamilə fərqli olacaqdır. Heç bir səsli – küylü qonşu sizə sakit yuxuya getməyə mane ola bilməyəcəkdir.
Tədqiqatçılar
dronların, MRT aparatlarının, ventilyasiya sistemlərinin, qızdırıcı sistemlərin,
ümumiyyətlə, istənilən cihazların səslərinin batırılması üçün bu materialı
istifadə etmək imkanını qeydə alırlar.