Səsin lazerin köməyi ilə ötürülməsi
texnologiyası yaradılmışdır
Massaçuset
texnoloji institutda (MTİ) Linkoln laboratoriyasından olan tədqiqatçılar alıcı
üçün xüsusi kommunikasiya avadanlığını istifadə etmək zərurəti olmadan insan
qulağına birbaşa məxfi məlumatları ötürmək üsulunu tapmağa müvəffəq olmuşdurlar.
Operator sadəcə
olaraq səs lazerini insana yönəldir və yaxınlıqda olan digər insanlar onu eşitmədikləri
zaman o ötürülən audio səsi eşidir.
İşlənib
hazırlanmış lazer sistemləri insanları əhatə edən 60 desibel səs – küyün olması
zamanı 2.5 metrdən artıq məsafədə konkret insanlara tonal siqnalları, musiqini
və yazılmış nitqi ötürə bilər. Bu metodu insanların gur olduğu yerlərdə istifadə
etmək üçün bu kifayətdir.
İndiki dövrdə
tədqiqatçılar böyük məsafələrdə işləmək üçün texnologiyanın təkmilləşdirilməsi üzərində işləyirlər.
Bu necə işləyir?
Bu gün Optics Letters jurnalında məqalə dərc olunmuşdur və bu məqalədə tədqiqatçılar
lazerin köməyi ilə səs məlumatlarının ötürülməsinin iki metodunu təsvir
etmişdirlər.
Onların hər
ikisi işığın material tərəfindən udulması nəticəsində meydana çıxan
fotoakustika effektini istifadə edir. Bu halda havadakı su kürəsi materialdır, lakin
alimlər iddia edirlər ki, bu texnologiya havanın aşağı rütubəti zamanı da yaxşı işləyir.
Metodlardan
birində səsin lazerlə ötürülməsi lazer şüasının gücünün dəyişilməsi yolu ilə səs
materialının kodlaşdırılması pinsipinə əsasən işləyir. Alimlər bunun sakit,
lakin dəqiq nəticələr verdiyini deyirlər.
Onu harada tətbiq
etmək olar?
Texnologiya
insanlara yeni sirrli – müəmmalı ünsiyyət üsulunu təqdim edə bilər, axı audio məlumat
insanların gur olduğu yerlərdə ötürülə bilər və digər insanlar onları eşitməyəcəklər.
Məsafənin
artırılması zamanı texnologiya vacib hərbi tətbiqə malik ola bilər. Bu döyüş
meydanında sirrli – müəmmalı məlumatları mübadilə etməkdə əsgərlərə kömək edə
bilər. O, həmçinin fövqaladə vəziyyətlərdə, məsələn, konkret insanların təhlükə
və hazırlanan hücum haqqında gizlin olaraq xəbərdar olunduğu kütləvi atışma
zamanı istifadə oluna bilər.