Paypal şirkətinin qurucularından olan Musk kosmik raket
istehsal edən SpaceX şirkətinin sahibidir, Marsa insanı çatdirmaı xəyallarıilə yaşayan görkəmlı
şəxsiyyətdir. Bu şirkət Beynəlxalq Kosmik Stansiyasındakı kosmonavtları geyim,
köynək və digər materiallar ilə təchiz etməksi üçün milyard dollarlıq
müqavilələr imzalayır. Digər şirkət isə, Musk'ın IPO yolu ilə bir-neçə milyon
dollarlıq kömək etdiyi elektrikli avtomobil istehsalçısı Tesla Motorsdur.
Elon Maskın
sahibkarlıq uğurunun arxasında duran prinsipləri.
1. İşləməyə hazır ol
Mask izah edir ki, şirkət qurmaq, uöurlu lider olmaq üçün güclü motivasiyanız varsa, onu dəstəkləmək
üçün çox çalışmağa daha çox həvəsiniz olmalıdır.
O dedi: “Bu
çox böyük əziyyət tələb edən işdir. Düşünürəm ki, bəzən insanlar şirkətin
baş direktoru olsaydılar, özlərinə çoxlu tətil verəcəklərini və çox
işləməyəcəklərini hesab edirlər.”
Əslində həqiqət
bunun əksidir.
“Əgər bir şirkətin
direktorusunuzsa özünüzü bu işə qurban verməlisiniz. Əgər iki şirkətin
direktorunusuzsa özünüzü iki dəfə qurban verməlisiniz. Sizin isə iki
canınız yoxdur.”
Və sizdən asılı
olmayan bəzi faktorlar işi biraz da çətinləşdirə bilər. Son illərdə baş
verən böhranlar həm SpaceX-ə həm də Tesla Motors-a böyük təsir
etmişdir. Şükürlər olsun ki, iqtisadi vəziyyət yaxşılaşır.
“Həqiqətən də işim
üçün çoxlu qurbanlar vermişəm. Hal-hazırda çoxlu mental problemlərim var.”
2. Öyrənməyə hazır
ol
SpaceX (Space
Exploration Technologies- Kosmik Tədqiqat Texnologiyaları) qurulduqdan
sonra Mask'ın aldığı ən böyük dərslərdən biri, hələ öyrənəcəyi
çox şeyin olması idi.
Fizika sahəsindəki dərin
biliklərinə baxmayaraq, Musk ilk SpaceX raketini (Falcon 1) və iyun
ayında debüt edən daha böyük Falcon 9-u hazırlamaq üçün çoxlu təlimlər aldı.
Mask dedi ki, “Öyrənəcəyim çox şey var idi, çünki uşaqlıqda
roket düzəltməkdən başqa buna oxşar heç nə etməmişdim.”
“Əvvəlcə raketlərin
baş dizayneri olmaq istəmirdim. Bu iş üçün başqasını işə götürmək istəyirdim.
Ancaq işə müraciət edənlər bu iş üçün yetəri qədər ixtisaslı deyildirlər,
ixtisaslı olanlar isə işə müraciət etmirdirlər. Buna görə də,
özüm raketlərin baş dizayneri oldum. Aydındır ki, bunun müsbət və mənfi tərəfləri
var.”
SpaceX Falcon1-in
uğurlu şəkildə kosmosa çatmasını 4 cəhddə bacara bildi. Musk bildirir
ki, o daha çox təcrübəsi olsa idi, raket daha əvvəl kosmosa çata bilərdi.
Lakin, Falcon1-dən Falcon9-a qədər topladığı təcrübə nəticəsində 4
iyun demək olar ki, qüsursuz uçuş keçirdilər.
3. Düzgün komanda
seçin
Bir nəfər ilə şirkət
yaratmaq mümkün deyil, Musk işçilərin düzgün seçilməsinin uğurun əsas faktoru
olduğuna inanır. O, işində təcrübəli mütəxəssislər axtarır.
Mask deyir: “Düşünürəm ki, düzgün insanları seçmək
olduqca vacibdir. Düzgün seçilmiş komanda möcüzələr yarada bilər. Komandanən
birlikdə zəif işləsəməsi də böyük problemdir. Həqiqətən bu hər hansı
bir idman oyununa çox bənzəyir. Bir şirkət işlətmək əsas liqada bir
beyzbol və ya futbol komandasına məşqçilik etmək kimidir. Sadəcə əsas
məsələ oyunçularınızın nə qədər yaxşı olması, birlikdə nə qədər
yaxşı işləmələridir. Bu faktorlar müvəffəqiyyəti təyin edir."
4. Şirkəti böyütmək
üçün düzgün vaxtı seçin
SpaceX 2002-ci ildən bəri sürətlə böyüdü, ancaq bu dərhal
baş vermədi. Musk təxminən 120 işçisi olan bir şirkət qurdu və hazırda
1100 işçiyə nəzarət edir. 2007-ci ildə SpaceX böyük Falcon 9 raketlərini
istehsal edə biləcək yeni raket zavodu inşa etmək üçün Kaliforniya,
El Segundo-dakı baş qərargahından Hawthorne-də yeni əraziyə köçdü.
Şirkəti böyütmək üçün düzgün vaxtı seçmək çox vacibdir. Bir çox şirkətlər
vaxtından erkən böyümə nəticəsində ekonomik problemlər yaşayır.
Mask dedi: “Gələcək üçün əvvəlcədən
hazırlaşmaq çətindir. Çünki bir şey olacağına ümid edərək tonlarla pul xərcləyəcək
qədər kapitalımız yoxdur. Buna görə də biz çox tez böyüməliyik. Lakin
şirkət funksiyasını yerinə yetirmək üçün lazımından daha böyük
olmamalıdır.”
"Ancaq gördüyümüz işlərin çeşidi böyüdükcə,
kadr artımı tələb olundu. Şirkəti inkişaf etdirməyə davam edəcəyik. Bu
artım hazırki ehtiyaclara bağlıdır. Nə qədər raket, kosmik gəmi istehsal
etdiyimizdən bütün işçilərin məşğul və produktiv olub-olmamasından
asılıdır."