Bir çox məhsul
soyuducunuzda əsas məhsul olmazdan əvvəl qeyri-adi (çox vaxt tamamilə absurd)
şəkildə tibbi sahələrdə istifadə olunurdu. Tütütünün tərkibində
olan nikotin turşusu biz tanidiğımız vitamin PP dır. Lakin bu məqalədə ən chox
istifadə etdiyimiz məhsullarla dərmanlarin arasında tarixi əlaqədən söhbət
gedecək.
İlk dəfə 29 mart 1886-cı
ildə Gürcüstanda fəaliyyət göstərən əczaçı John Stith Pemberton tərəfindən
istehsal edilən Coca-Cola ən məhşur nümunədir. Şəkərli soda əvvəlcə
"sinir toniki" kimi satılırdı. 19-cu əsrin reklamlarında
intellekti artırmaq, yorğunluğu azaltmaq, isteriya və sıxıntı hisslərinin
öhdəsindən gəlmək məqsədi ilə hər şüşəsində bir neçə milliqram kokain əlavə
edilən içki əks olunurdu. Pemberton özünün və bir çox Vətəndaş Müharibəsi
veteranlarının əziyyət çəkdiyi morfin asılılığı ilə mübarizə aparmaq üçün
içkini hazırlamaq istəyirdi.
Coca-Cola qəribə
tarixçəsi olan yeganə qazlı içki deyil. Burada altı başqa kiçik tibbi tarixçə
və gələcəkdən bir göndərmə qeyd olunub.
Hər bir başqa qazlı içki
də həmçinin "sinir tonik" idi
Coca-Cola ən tanınmış
“tibbi soda” ola bilər, amma o faktiki olaraq zəngin şirkətin məhsuludur. 7-Up
alkoqolsuz içkisi bir vaxtlar əhval-ruhiyyə tənzimləyicisi kimi satılırdı.
Əvvəlcə Bib-Label Lithiated Lemon-Lime sodası adlanan içkinin 1950-ci ilə kimi
tərkibində bipolyar narahatlıqları müalicə etmək üçün istifadə olunan litium
sitrat var idi. Digər qazlı içkilərin də bənzər şəkildə reklam edilməsi niyə
yerli apteklərdə bu qədər çox qazlı içki satıldığını izah edir.
Lysol kontroseptivdirmi?
Lysol inanılmaz dərəcədə
çox turşu tərkibli təmizlik məhsuldur. Düzgün istifadə etsəniz belə, mətbəx
dəzgahları və ya tualet oturacaqları qapaqları kimi sərt səthləri təmizlədikdə
böyük ehtimal ki, əliniz qızacaq və ya cildiniz qıcıqlanacaq. İndi, təsəvvür
edinki onu cinsiyyət orqanınızda istifadə edirsiniz.
1972-ci ildə ABŞ qanuni
doğuş nəzarətini hamı üçün qanuniləşdirməzdən əvvəl bir çox qadın bunu etdi.
2013-cü ildə Tarixçi Andrea Tone təmizlik məhsulunun " Qadın
gigiyenası" adı ilə satılmasının doğuşa nəzarət üçün evfemizm olduğunu
iddia etdi. Lysol illər ərzində məhsulunu spermanı effektsizləşdirməyin
bir yolu olaraq tanıtdı. Jones bildirir ki, 1911-ci ilə qədər həkimlər "
anabir irriqasiyası" -na görə ən az 5 ölümcül hadl qeydə almışdı.
Graham krekerləri yüngül
qəlyanaltı idi
Pəhriz tənzimləyici kimi
tanınan Silvester Graham bir çox şeylərdən imtina etmişdi. O alkoqoldan
iyrənirdi və ilk vegetarian dietinin tərəfdarlarından biri idi. Onun
“Grahamism” kimi bilinən inancları emal olunmamış buğda ununu reklam etməyi ilə
daha da məhşularşdı.
Graham inanırdı ki,
buğda unu və başqa yüngül qidalar bədəni daha da rahatladır və insana zehni
sakitliyi və təmizliyi saxlamağa kömək edir. Emal olunmamış buğdadan hazırlanan
Graham krekerləri valideynlərə uşaqlarının sağlam qalmasının bir yolu olaraq
təbliğ olunurdu.
Əncirli Nyuton
peçenyeləri həzmə kömək edirdi
Nyuton peçenyeləri
əvvəlcə həzm vəsaiti olaraq tanıdılmışdı. 1891-ci ildə, bu peçenyələr ilk dəfə
istehlak olunanda, gün ərzində meyvəli peçenye yeməyin həqiqətən də insanı
sağlam saxladığına inanılırdı. Bu günlərdə belə, Nyuton peçenyeləri qutusunda
yazıldığı kimi “ həqiqi meyvəli! ” sağlam qəlyanaltı olaraq reklam olunur. Amma
əslində, hər peçenyedə bir sadə əncirdən əldə edəcəyinizdən yarım qram daha az,
sadəcə bir qram lif var.
Kotex yastıqcıqları 1-ci
dünya müharibəsi bandajları idi
Bu gün Kotex nəhəng menstrual yastıq brendidir. Amma 1914-cü ildə bu
material fərqli qanaxma növünə səbəb oldu. Əvvəl bilindiyi kimi, pambığın yarı
qiymətinə olan emal edilimiş ağac “Sellukotton” pambıqdan beş dəfə daha çox su
uda bilir. Buna görə 1-ci dünya müharibəsi zamanı ordu həkimləri həmin
materialı istifadə edirdi.
Sülh bərpa edildikdən sonra, Kimbely-Clark kompaniyası Sellucottonun
istifadəsi üçün başqa sahə tapmalı idi. Onlar qadın bezi istehsal etməyə qərar
verdilər. Qadınların parçalara güvəndiyi vaxtda, Kotex qadınlar arasında qısa
zamanda məhşurlaşdı və bu gün də belə qalır.
Cin və tonik malyaridan qoruyurdu
Malyariya olduqca qorxunc xəstəlikdir. Kiçik parazitlər tərəfindən
yaranan və ağcaqanadlar tərəfindən yoluxan xəstəlik qrip qızdırmaya, titrəməyə
və bəzən ölümə səbəb olur. Britaniya İmperiyası öz cəsuslarını fərqli ölkələrə
göndərərkən, malyariyanın potensial təhlükələrini nəzərə almışdı. Xoşbəxtlikdən
19-cu əsrin əvvəllərində insanlar “kvinin” adlı maddənin malyariyarıdan
qoruduğunu öyrəndilər.
Tək problem kinkona qabıqından alınan kvininindadı çox sərt idi. Həll yolu
olaraq, britaniyalılar kvinini qazlı su və şəkər ilə qarışdırmağa başladılar,
tonik adlandırdığımız məhlul bu cür kəşf edilib. Daha sonra onlar bu şirin
dərmanı cin və biraz laym ilə qarışdırdılar. Jay Gatsbinin ən sevdiyi içki, cin
və tonic belə yaranıb.
Multivitaminlər sağlamlığınız üçün xeyirlidir
Bu tarixi məlumat deyil.
Hal hazırda, 2018-ci ildə vitamin sənayesi təxminən 37 milyard dollar
dəyərindədir. İnsanlar parlaq saçlar, çəki azaltmaq, qripə və soyuqdəyməyə
davamlı olmaq üçün multivitamin qəbul edirlər. Təəssüf ki, multivitaminlər Coca-Colanın
sinir toniki kimi qanunidir.
Bir tərəfdən, demək olar
ki, vitaminlər və bitki mənşəli əlavələr satan istehsalçıların vədlərini
tənzimləyən bir qurum yoxdur. Müxtəlif dietalarda vitaminlərin sağlamlığa
faydalarını bilirik. Amma həb şəklində qəbul etdikdə vitaminlər sidik yolu ilə
bədəninizdən ayrılır. Avstraliya Tibb Assosiasiası o qədər irəli gedərək,
multivitaminləri “çox bahalı sidik” adlandırıb. Bəzi əlavələrin həddindən artıq
istifadəsinin sağlamlığınıza ziyanlı ola biləcəyi daha narahat edici faktdır.
Son araşdırmalarda B vitaminini həddindən artıq qəbul etmək ağciyər xərçəngi
riskini artıra bilər.
Pemberton Coca-Colanın
sağlamlığı artırdığı kimi şübhəli iddiaları təbliğ edərkən təcrübə etdiyi “
patent dərmanı ” termini köhnəlmiş olsa da, insanlar hələ də aldıqlarının
onları daha sağlam edəcəyinə inanmağı sevir.
Bəlkə işıqlanmış
gələcəkdə multivitaminlərə münasibətimiz 7Up ya da Kotexə münasibətimiz kimi
olacaq. Ya da multivitaminləri uşaqlarımıza şəkərli konfet və ya oyuncaqlara
alternativ olaraq verəcəyik. Bəlkə də, kifayət qədər multivitamin qəbul edərək
(Cola ilə birlikdə) bu dəyişiklikləri görəcək qədər yaşayaram.