Mənbə: Queensland
universiteti.
Xülasə: Queensland Universitetinin tədqiqatçıları kiçik dozalı metabolik birləşmə
ilə yaşlı dişi siçanların yumurtalıqlarında yaşlanma prossesini aradan
qaldıraraq doğuş sayını artırmağa nail oldu. Bu da hamilə qalmaqda çətinlik çəkən bəzi qadınlar üçün
ümidverici bir xəbər idi.
Queensland universitetində elmi işçilərinin
aparıldıqları araşdırma nəticəsində müəyyən olunub ki, qeyri-invaziv müalicə,
yumurtalığın keyfiyyətini
və sayını qorumağa, bərpa etməyə kömək edə və yaşlı qadınlarda hamilə olmağa maneə yaradan səbəbləri aradan qaldıra bilər.
UQ-nin professoru, Hayden Homerin rəhbərlik etdiyi bir qrup
yaşlılarda yumurtalığın keyfiyyətinin itirilməsinin səbəbini hüceyrədə yerləşən və əsas
enerji istehsal edən molekulun azlığı ilə əlaqələndirir.
"Keyfiyyətli yumurtalıq hamiləliyin müvəffəqiyyətli olması üçün
vacibdir, çünki o bir rüşeym tərəfindən tələb olunan bütün istəkləri təmin edir" deyə,
professor Homer bildirib.
“Reproduktiv yaşlanma prosesinin qarşısını ala bilmək üçün apardığımız araşdırmalarda hüceyrələr tərəfindən molekul
yaratmaq üçün istifadə olunan birləşməni də təcrübədən keçirtdik.”
Molekulun adı NAD (nicotinamide adenine dinucleotide), birləşmənin adı isə
NMN (nicotinamide mononucleotide)-dir .
"Dörd həftə ərzində siçanları içdikləri suda aşağı dozada
NMN əlavə etdik və bunun nəticəsində yumurtalığın keyfiyyətinin kəskin şəkildə bərpa
edə və doğuşların sayını artıra bildik" deye, professor Homer bildirdi.
Professor Homer, yumurtalığın keyfiyyətinin asağı olmasının inkişaf etmiş ölkələrdə doğuş sayının artmasına maneə törədən ən böyük problem
olduğunu da qeyd
etdi.
"Bu, geniş yayılmış bir problemdir, çünki indi daha çox qadın
hamiləliyə gec yaşlarda qərar verir və IVF müalicəsi alan dörd Avstraliyalı
qadından biri 40 və daha yuxarı yaşdadır"- Homer elave edib.
"IVF yumurtalığının keyfiyyətini yaxşılaşdıra bilməz, buna görə hazırda yaşlı qadınlar üçün yeganə alternativ gənc qadınlar tərəfindən bağışlanan yumurtalıqlardan istifadə etməkdir.
"Əldə etdiyimiz dəlillər, yumurtalığın keyfiyyətini və öz növbəsində qadın reproduktiv funksiyasını bərpa etmək üçün bir fürsətin olduğunu göstərir. NAD-nin ağız yolu ilə qebul etmək lazımdır. Bununla yanaşı vurğulamaq lazımdır ki, bu preparatların potensial faydaları klinik sınaqlarda hələdə təcrubədən keçirilir."
Bu araşdırma UNSW ilə birlikdə aparıldı və "Cell Report"
jurnalında dərc edildi.