1 - Benqal körfəzinin ortasında Şimali Sentinel adası
yerləşir. Bu adanın sakinləri
dünya ilə inteqrasiya etməyiblər və torpaqlarına girən hər kəsə qorxusuz şəkildə
hücum edirlər. Maraqlısı odur ki, adadan götürülən adamlar geri qaytarılmasalar
sirrli simptomlu xəstəlik ilə ölürlər.
2 - Sovet əmək düşərgələrində məhbuslar rezin pipetə
bağlanmış prezervativ udur və
emal olunmamış spirt içib düşərgəyə qayıdırdılar. Onları içəridə digər məhkumlar
başı aşağı sallandırır və boçka kimi istifdə edirdilər.
3 - Birinci dünya müharibəsi vaxtında çox sayda ac
qurdun bir sürüdə
toplaşmasına tədbir olaraq, qarşı cəbhələrdə olan Rus və Alman qüvvələri
onlarla mübarizə aparmaq üçün müvəqqəti ittifaq yaradıblar.
4 - “Ev bitkilərini gəzintiyə aparmaq” günü 27 iyulda
qeyd olunur. Bu qəribə gündə
insanlar bitkiləri yaşadıqları mühit haqqında fikirləri olması üçün özləri ilə
gəzdirirlər.
5 - 2010-cu ildə Yaponiya höküməti cəmiyyətin yaşlı
nümayəndələrinin vəziyyətini
yoxlamaq qərarı aldı. Nəticədə bir çox yaşlı yaponiyalının ölmüş olduğu
görüldü, övladlarının onların pensiyalarını almağa davam etməsi üçün bunu gizlətdiyi
ortaya çıxdı.
6 - 2005-ci ildə, iki qadın Murphy yatağının tələsinə
düşüb həyatlarını itirdikdən
sonra bu yataqlar insan ölümünə səbəb kimi göstərilmişdi.
7 - Ən az gəlir gətirən Harry Potter filmi, ən
uğurlu Alacaqaranlıq filmdən
təxminən 90 milyon dollar daha çox pul qazandırıb.
8 - Şərq yarımkürəsində yaşayan ilk yırtıcı məməli
2013-cü ildə doktor Kristofer
Helgen tərəfindən tapılıb. Olinguito adlanan heyvan yenot ailəsinin üzvüdür.
9 - 2002-ci ildə Braziliyalı mexanik Alfredo Moser
elektrik enerjisi ilə
işləməyən lampa icad etdi! Moser lampası su ilə doldurulmuş plastik şüşə və çox
az miqdarda ağardıcıdan istifadə edərək düzəldilib. Lampa təbii işıq şüalarının
sınması ilə işləyir və 40-60 vatt gərginlik yaradır. Bu lampalar elekrik
enerjisinin bahalı olduğu ölkələrdə getdikcə məhşurlaşır, Filippində artıq
140.000-dən çox evdə quraşdırılıb. İxtirasının uğurlu olmasına baxmayaraq,
Alfredo Moser heç bir gəlir əldə etmir və böyük qürur hissi keçirir.
10 - Michiganlı Darryl See “Amtrak” qatarı ilə başına
aldığı zərbədən sonra 2013-cü ildə
reanimasiyadan çıxdı. Musiqiyə qulaq asan Darryl See qatarın xəbərdarlıq
siqnalını eşitməmişdi və saatda 110 mil ilə hərəkət edən qatarın zərbəsi ilə
yoldan 20 fit uzağa düşmüşdü.
11 - Yeni araşdırmalar əsasında Nasa-nın “Voyager 1” gəmisinin
günəş sistemindən çıxdığı
bildiririlir. Bu, insanlar tərəfindən düzəldilən günəş sistemindən kənara çıxa
bilən ilk cisimdir. 1977-ci ildə kosmosa buraxılan Voyager1-in enerjisinin
2025-ci ilə kimi bitməyəcəyi hesablanıb, bu o deməkdir ki, gəmi ulduzlararası fəzaya
da çata bilər.
12 - 2013-cü ilin ortalarında Yeni Zellandiyanın
Cristchurch şəhərində əsas
tikinti materialı kimi kartondan istifadə edərək zəlzələyə davamlı kilsə inşa
olunub. Su keçirməyən poliuretan qatları ilə örtülmüş 9 nəhəng karton borudan
tikilmiş 'karton kasedral' -ın inşaat dəyəri 6 milyon dollardır və 50 ilə qədər
istifadə olunması nəzərdə tutulub!
13 - 1995-ci ildə okeanın dibində 7 foot uzunluqlu qəribə
dairəvi naxışlar aşkarlandı. Bu
sirrli naxışların səbəbi 2011-ci ildə 5 düym uzunluqlu erkək puffer balığının
izləri olduğu bilinənə qədər aşkar edilməmişdi. Alimlər bu heyvanları
araşdırdıqdan sonra naxışların qarşı cinsi cəzb etmə və dişi balığın
yumurtaları üçün yuva rolunu daşıdığı aşkarlandı.
14 - İllinoys universitetinin biomühəndislik bölməsinin
tədqiqatçıları özü hərəkət edə
bilən qismən sintetik gel və əzələ hüceyrələrindən ibarət olan kiçik
“biobotlar” yaradıblar. Kiçik elmi irəliləyiş olmasına baxmayaraq, biobotlar
“nanotexnologiya” üçün mühüm rol oynayır. Növbəti olaraq, insan bədənində hərəkət
edərək, xəstəlikləri aşkarlayan və dərmanlarla təmin edən xırda qurğu düzəldilməsi
planlaşdırılır.
15 - Vetnam müharibəsində amerikalı əsgərlər The Ace
of Spades oyun kartlarının Viet
Kong əsgərlərinin uğursuzluq simbolu olduğuna inanırdılar. Hətta 2-ci hərbi
batalyonun Çarli rotası bu kartlardan qutularla alıb Vyetnam ərazilərinə səpələyir
və ölü Vyetnam əsgərlərinin cəsədlərini bu kartlarla zibilləyirdilər. Vyetnam əsgərləri
The Ace of Spades oyun kartlarından qorxmurdular.
16 - Arı yarasası dünyanın ən kiçik yarasası olmaqla yanaşı, həm də dünyanın ən kiçik məməlisidir. Bu sevimli,
kiçik canlıların çəkisi cəmi 2 qramdır. Uzunluqları 29-33 mm, qanadlarının
genişliyi 170 mm-dir.
17 - 2007-ci ildə bir şəxsin evinin arxa həyətindən
bir damcı su belə axıtmadan
1000 galonluq su ilə şişmə hovuz oğurlanıb.
18 - Kompüterinizə porno saytdan virus düşmə ehtimalı dini saytdan düşmə ehtimalından 3 dəfə azdır.
19 - Bir zamanlar İrlandiyada vəhşi qabanların nəslinin kəsildiyi düşünülürdü, ancaq 2013-cü ölkə ərazisində
50 qaban tapıldı. Onların brokanyenlər tərəfindən qanunsuz şəkildə ölkəyə gətirildiyi
düşünülür.
20 - Kolumbiyalı narkotik tüccarı Pablo Eskobar ölümünə qədər evində 4 gərgədan saxlayıb. Səlahiyyətli
şəxslər gərgədanların köçürülməsinin çətin olduğunu bildirdilər və gərgədanlar
orda qaldı.
21 - Təkcə tropik Amazon meşələrində 20-40 milyon
arası əksəriyyəti böcək olan
heyvan növü yaşadığı, 40.000-dən çox bitki növünün olduğu hesab olunur.
22 - Fransız rəssam və kinorejissorun Şahmat Boksu adlı kitabından ilhamlanaraq hibrid idman növü yaranıb. Bu yarışma altı dörd
dəqiqəlik şahmat turu və beş üç dəqiqəlik boks mərhələsindən ibarətdir. Yarışçı boks turunda nokaut və ya texniki dayandırma
ilə ya da şahmat turunda şah və mat etməklə qalib ola bilər.
23 -
2013-cü il avqustun 13-də
ABŞ-ın Deleware universitenin
tələbələri
dünyanın
ən böyük Lego qalasını quraraq dünya
rekordunu yenilədilər. Onların
qalasının
uzunluğu 112 feet idi və qala 500.000-dən çox Leqo parçasından istifadə edərək qurulmuşdu.
24 - Misirdə 5000 illik tarixi olan boyunbağın meteorid daşından hazırlandığı aşkarlandı. Boyunbağın doqquz muncuğunda
bir meteoridin tərkibində də olan yüksək miqdarda nikel, kobalt, germanium metalları olduğu
aşkar edilmişdir. Muncuqların necə hazırlandığı daha da maraqlıdır. Misirlilər bu muncuqları nazik metal lövhələri
yuvarlayaraq
hazırlayıblar. Bu tarixçilərin misirlilərin dəmirçilik bacarıqları
haqqında olan məlumatlarına ziddir.
25 - Amerikalı fotoqraf Harry Whittier Frees özünün və qonşularının
pişiklərinə və itlərinə insan paltarları geyindirib şəkillərini çəkirdi. Frees adətən ağ qara pişik şəkillərinə özünə məxsus
altı yazı əlavə edirdi. Bu şəkillər
sonradan ilk LOLcat memləri olaraq bilindi.