Maraqlı faktlar

Sizi həqiqətən də təəccübləndirəcək 25 fakt

maraqlı faktlar

Əgər çox maraqlı faktlar öyrənmək istəyirsinizsə, sizi həqiqətən təəcübləndirəcək bu 25 möhtəşəm fakt sizin üçündür!

1- Süni banan və süni banan ilə hazırlanmış məmulatların dadının normal bananın dadından fərqli olmasının səbəbi onların 1950-ci ildə vəba səbəbi ilə məhv olan banan növünə uyğunlaşdırılmasıdır.

2- Avstraliyada 10.000-dən çox çimərlik var. Hər gün yeni bir çimərliyə getsəniz, 27 ildən çox vaxtınız gedəcək.

3- Joni Depə aktyorluq karyerası qurmağı ilk dəfə 1980-ci illərin ortalarında Nikolas Cage məsləhət görüb.

4- Şotlandiyanın milli heyvanı təkburunlu atdır.

5- “Despicable Me” kinosunun rejissorları Minionlar cizgi filmi üçün Minionise adlı xüsusi dil yazıblar.

6- Alyaskanın Talketna şəhərinin meri Stabsdır və o 1997-ci ildən bu vəzifədədir. Stabs bir pişikdir.

7- Nasistlər modern tarixdə siqaret və tütün istifadəsinə qarşı hərəkata başlayan ilk insanlardır.

8- Pərinclər nəm və rütubətli yerlərdə yaşadığına görə bəzən onların başlarıında mamır və digər bənzər bitkilər bitir. Pərinclərin həmçinin çox zəif gözləri var. Bu iki faktora görə onlar bəzən budaqdan tutunduqlarını düşünəndə əslində öz qollarını tuturlar və çox sərt yerə yıxılırlar.

9- İspaniya yaxınlığında olan Castrillo de Murcia kəndində hər il qəribə bir festival keçirilir. Bu festivalda kişilər şeytan paltarı geyinir və ilin əvvəlki aylarında anadan olmuş uşaqların üzərindən tullanırlar. El Colacho olaraq bilinən bu qəribə adət ölkədəki Corpus Christi bayramının bir hissəsidir, lakin bu festival yalnız bu kiçik kənddə keçirilir.

10- Suda həll olunmuş viagra kəsilmiş çiçəkləri normaldan 2 həftə daha çox canlı saxlaya bilər. Yoxlayın!

11- Bahamada Pig Beach kimi tanınan insanların yaşamadığı, yalnız üzə bilən donuzların məskunlaşdığı ada var.

12- Pişik nanəsit həşərat qovucu maddələrin əsas tərkibi olan DEET-dən 10 qat daha effektivdir.

13- Bir insanı öldürmək üçün bir yeməyinə 30-90 qram qütb ayısının ciyəri əlavə etmək kifayətdir.

14- Günümüzdə istifadə olunan 14 peyvənddən 8-ni  Amerikalı mikrobioloq Maruice Ralph Hilleman hazırlamışdır. Bunlar Qızılca, Pambıq, Hepatit A və B, Toyuq, Meningit, Sətəlcəm və Hemofiliya qripi peyvəndləridir. Xlamidiyanın əvvəl bilindiyi kimi, virus olmadığını da o kəşf etmişdir.

15- Birləşmiş Ştatlarda son 100 ildə köpək balığı hücumu ilə ölən adamların sayı, tək 2002-ci ildə itlər tərəfindən öldürülən insanların sayından azdır.

16- Massaçusets Texnologiya institutu atıcılıq, oxculuq, qılıncoynatma və qayıqçılıq kurslarında iştirak edən tələbələri ixtisaslaşmış “Piratlar” adlandırır.

17- İşığın kəpənək kimi, bəzi gecə həşəratlarını cəlb etməsinin səbəbi bu həşəratların süni işıq ilə ay işığını səhv salması hesab olunur. Onlar süni işıq icad edilməzdən əvvəl ay işığını navigasiya vasitəsi kimi istifadə edirdilər.

18- Justin Biber otel otağının pəncərəsindən “ Mənə McDonalds-dan Big Mac al ” yazılmış plankart asıldığını görüb, daha sonra o həmin adama Big Mac alıb.

19.   20-ci əsrin əvvəllərində, Lobster okeanın hamamböcəyi hesab olunurdu və kasıbların, evsizlərin, məhbusların istifadə etdiyi məhsul idi. Ancaq 2-ci dünya müharibəsindən sonra lobster delikates və aristokrat sinifi yeməyi statusunu aldı.

20- Dovşanlar doğularkən xəzli olurlar və görə bilirlər. Kroliklər isə kor və çılpaq doğulurlar.

21-   16-cı əsrdə insanlar arasında Mandrak bitkisinin yalnız asılmış ölü insanın bədəninin dəydiyi yerdə bitdiyi inanışı var idi.

22- Kinorejissor Jeffrey Katzenberg The Walt Disney Studios-u onların ən böyük hitləri olan Kiçik Mermaid, Aslan Kral, Gözəllik və Heyvan, Ələddin multfilmlərinə resjissorluq edərək yenidən məhşur etdi. O əmək haqqının artırılmağını istədikdə isə, işdən qovuldu. Daha sonra Katzenberg intiqam almağa and içdi və DreamWorks studios-u yaratdı.

23-   2014-cü ilin “Black Friday” endirimləri günü, Cards Against Humanity saytında 6 dollara saytda qeyd olunduğu kimi içində öküz nəcisi olan qutu satılırdı. Bu insanların “Black Friday” günü endirimdə olan hər şeyi almaq istəyinə etiraz aksiya idi. Bu xüsusi “Black Friday” məhsulunu 30.000-dən çox adam almışdı.

24- Optogenetikanın köməyi ilə alimlər bir siçanın beynində saxta yaddaş yaradıblar. Bu təcrübədə siçanın bir mühitdə olarkən işləyən neyronlarını qeydə alıblar, digər mühitə keçirdib ayaqlarına zərbə vurduqda isə həmin neyronları işə salıblar. Bu təcrübə  siçanı 2-ci mühitdə ayağına zərbə vurulduğuna baxmayaraq, 1-ci mühitdə xoşagəlməz təcrübə keçirtdiyinə inandırdı.

25- Çəhrayı rəngdə olan Hillier gölü Avstraliyanın qərb sahilində  yerləşir. Dünyadakı yeganə rəngli göl olmasa da, Hillier gölü çox unikaldır. Alimlər hələ də, gölün bu cür parlaq çəhrayı rəngdə olmasının səbəbini tapa bilmirlər.

 

 

Axırıncı

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarlar

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

moda

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

Leonardo da Viçi

Leonardo da Viçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,

Steve Jobs

Steve Jobs haqqında bilmədiyiniz 10 şey

Apple şirkətinin sədri və baş icraçı direktoru, Steve Wozniak və Ronald Wayne ilə birlikdə şirkəti quran amerikalı sahibkar, marketoloq və

Diş həkimliyin tarixi

Diş həkimliyin tarixi

Diş həkiminə getmək, təsəvvür etdiyinizdən daha uzun bir tarixə malikdir. Tədqiqatçılar bu yaxınlarda aşkar edilmiş

Qandi

Qandinin özünü dərk etmə sirləri

Mohandus K. Qandi Hindistanın azadlığı üçün mübarizə aparmışdır. O, mərhəmətli və zorakılığa qarşı olanlardan biri idi.

'Google' adı necə yaranıb?

'Google' adı necə yaranıb?

Larry Page və Sergey Brin Stanford Universitetində Ph.D. tələbələri ikən hal-hazırda internetlə əlaqəli xidmətlər və