Maraqlı faktlar

Sizi təəccübləndirəcək 25 fakt

Sizi təəccübləndirəcək 25 fakt

Əgər çox maraqlı faktlar öyrənmək istəyirsinizsə, sizi həqiqətən təəcübləndirəcək bu 25 möhtəşəm fakt sizin üçündür!

1 - 2013-cü ildə, Çində sidikdən aldıqları kök hüceyrələrdən istifadə edərək sıfırdan insan dişi yaratmağa nail olublar.

2 - 2012-ci ildə, Kanadada həkimlər komada olan bir adam ilə ünsiyyət qurmağı bacarıblar. Komada olan xəstə, Skott Routley mimikalarından istifadə edərək həkimlərə heç bir ağrısının olmadığını deyə bilib.

3 - Lixtenşteyn olduqca aşağı cinayət dərəcəsinə sahibdir, polis məmurlarından birinin dediyinə görə, 1990-cı ildən bəri heç bir qətl hadisəsi baş vermiyib. Lixtenşteynin bütün polis qüvvəsi 91 məmur və 34 mülki işçi heyətindən, ümumilikdə 125 nəfər.

4 - Aparılan tədqiqatlar göstərir ki, kitab dükanından şokolad qoxusu gəldiyi halda müştərilər romantik kitabları oxumağa 3.48 dəfə, almağa isə 5.93 dəfə daha çox meyilli olurlar.

5 - Sonic Hedgehog adını Ginnesin Rekordlar Kitabına ən sürətli oyun personajı kimi yazdırıb.

6 - Fransa 210 ədəd nüvə testi keçirmişdir. Bu Birləşmiş Krallığın, Çinin, Hindistanın və Şimali Koreyanın keçirdikləri test sayısının cəmindən daha çoxdur. Bu 1054 test keçirən Amerikanın keçirdiyi test sayının təqribi beşdə birinə bərabərdir.

7 - İran dünya üzərindəki digər ölkələrin hamısından daha çox cins-dəyişmə əməliyyatı həyata keçirir. Rəsmi statistikalara əsasən, İranda təxmini 15.000-20.000 arası transseksual yaşayır, buna baxmayaraq qeyri-rəsmi stastikalar bu rəqəmi təxmini 150.000-ə qədər qaldırır!

8 -  Yeni doğulmuş körpələrə təsir edən hemolitik Rhesus xəstəliyinin müalicəsi üçün istifadə olunan nadir qan plazmasına sahib olan avstraliyalı James Harrison 1000 dəfədən çox qan bağışı edib.

9 - 2011-ci ildə, çinli cərrahlar 4 düymlük, paslı,qırılmış bıçağı 4 ildi ki, başında qaldığını iddia edən bir kişinin kəlləsindən çıxarda biliblər. Həmin şəxs 4 il bundan əvvəl bir oğru tərəfindən alt çənəsinə bıçaq zərbəsi almışdır. Bıçaq qırılıb və onun başında qalıb.

10 - 29 mayda Avropa və ABŞ-da  “Soyuducuya yastıq qoyma günü” qeyd olunur və ev sahibinə uğur və zənginlik gətirdiyi güman edilir.

11 - İnsanı ildırım vuranda, bədənin xəsarət alan hissəsində fern ağacının detallı silueti əmələ gəlir. “İldırım ağacı” və bəzən də “ildırım çiçəyi” adlanan bu “şəkil” incə kapilyarların elektrik zərbəsinin təsiri ilə yırtılmasından əmələ gəlir.

12 - Fransanın Bordo şəhərində 1940-cı ildə Portuqaliyalı diplomat Aristides de Sousa Mendes, yəhudi ailələrinə faşistlərin təqiblərindən qaçmaları üçün təxminən 30.000 səyahət vizası verib. Rəhbərləri onun bu hərəkətindən xəbər tutduqdan sonra Portuqaliyaya geri çağrıldı, vəzifəsindən azad edildi və pensiya təminatı ləğv olundu. Sousa Mendes, 1954-cü ildə kimsəsizlik və yoxsulluq içərisində öldü.

13 - Məişət təmizləyicisi Cillit Bang, Şotlandiyadakı bir nüvə stansiyasında plutonium ləkələrini təmizləmək üçün istifadə edilmişdir. “Bang” və radiasiya təmizləndi!

14 - 23 May 2012-ci ildə, Amerikanın sualtı nüvə qayığı USS Mayami, Dəniz Gəmiqayırma Zalı içərisində olarkən bir yanğın nəticəsində zərər gördü. Bu yanğının  başlama səbəbi əvvəlcə müəyyən olmasa da, daha sonra  mülki işçi Casey J. Fury "işdən erkən çıxmaq" üçün yanğını başlatdığını etiraf etdi. Buna görə o 17 il müddətinə federal həbs cəza aldı və 400 milyon dollar təzminat ödəməsinə qərar verildi.

15 - Çay paketi təsadüfi bir ixtira idi. Bu, 1908-ci ildə çay taciri Tomas Sullivan çay nümunələrini kiçik ipək torbalarda paylayarkən baş verdi. Müştəriləri, bunların nümunə olduğunu başa düşməyərək suya batırırdılar. Bir az sonra Sullivan 'çay paketləri' üçün sifarişlər almağa başladı!

16 - 2015-ci ilin May ayının məlumatına əsasən, 2.3 Milyon Amerikalı hələ də AOL Dial Up İnternetinə abunədir.

17 - Nokia ilk olaraq 1865-ci ildə kağız çapı şirkəti olaraq qurulmuşdur. Uyğun olaraq,  Nokia qurulan zaman, kağız dünyanın ən çox istifadə olunan şəhərlərarası kommunikasiya metodlarından biri idi.

18 - Dünyada indiyə qədər qeydə alınan ən böyük tısbağa 1988-ci ildə Uelsdə yerləşən Harlech Beach-də yaşayan Dəri Qayıq Tısbağasıdır. Tısbağanın 100 yaşında olduğu təxmin olunur və təxminən 2,016 funt ağırlığında və 9 fut uzunluğundadır!

19 Londondakı arxeoloqlar, b.e.ə 7.000-ci ildə Temza çayı ərazisində insanların yaşadığını sübut edən Mezolitik alət istehsal edən bir fabrik tapdılar. Bu 9000 il əvvəl deməkdir!

20 - Dachshund (digər adıyla kolbasa iti) əvvəlcə aşağı, dar porsuq buruqlarında ov etmək üçün yetişdirilmişdir. Əslində Dachshund termini Alman dilindən "porsuq köpəyi" kimi tərcümə olunur!

21 - 2013-cü ilin əvvəlində Rusiyanın Komi bölgəsindəki bir həbs düşərgəsində olan mühafizəçilər hasarın üstünə dırmaşan, həbsxanaya cib telefonları, şarj cihazları və batareyaları keçirmək üçün istifadə olunan bir pişiyi tutdu.

22 - ‘Oxymoron’(təzad) sözü özü bir təzaddır. Qədim Yunan dilində 'oxy' 'kəskin', 'moros' isə 'axmaq' deməkdir.

23 - Bruno Marsın doğum adı Peter Gene Bayot Hernandezdir. Ona səhnə adı "Bruno Mars", güləşçi Bruno Samartinodan ilhamlanaraq verilib. Bunun səbəbi, bir uşaq kimi Brunonun güləşçilərə xas xüsusiyyətlərinin olması idi. O müstəqil, inamlı və güclü iradəli idi. Qızlar tərəfindən ona tez-tez 'sanki bu dünyadan deyilsən’ deyildiyi üçün Mars planetindən soyadı olaraq istifadə edib.

24 - 2013-cü il, 1987-ci ildən bəri dörd fərqli rəqəmin yer aldığı ilk il idi.

25 - "Deadline"(Son müddət) termini Amerika Vətəndaş Müharibəsində yaranıb. Məhkumların yaşayış ərazilərinin hüdudlarına xətt çəkirdilər və onlar bu xətti keçsəydilər, nəzarətçilər tərəfindən öldürüldülər. Həm məhbuslar, həm də nəzarətçilər bir müddət sonra bu xətti "ölü xətt" adlandırmağa başladılar.

 

Вконтакте

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo