Suyun çox sayda inanılmaz istifadəsi və xassələrilə yanaşı Yerdəki
həyat üçün nə qədər vacib olduğunu kəşf edin. Buz, buxar, qar, içməli su,
okeanlar, suyun çirklənməsi, dəniz suyu, çayların su dövranı və daha çox su ilə
bağlı maraqlı faktları nəzərdən keçirin.
●
Su 2 element birləşməsindən ibarətdir:
Hidrogen və Oksigen. Suyun kimyəvi formulası H2O olaraq qeyd olunur.
●
Hər bir su molekulu 2 Hidrogen
molekulunun 1 Oksigen molekuluna birləşməsi ilə əmələ gəlir.
●
Su Yerdəki həyat üçün çox
vacibdir.
●
Suyun 3 fərqli aqreqat halı var:
maye, bərk və qaz.
●
Su haqqında danışılarkən əsasən
suyun mayə halı nəzərdə tutulur. Suyun bərk aqreqat halı buz ,gaz aqreqat halı
isə su buxarı kimi tanınır.
●
Yerin üst təbəqəsinin 70%-i su ilə
əhatə olunmuşdur.
●
Sakit Okean(birinci), Atlantik
Okean(ikinci) və Hind Okeanı(üçüncü) dünyanın ən böyük üç okeanıdır.
●
Sakit okeanda tapılan Mariana çökəkliyi
dünyanın məlum olan ən dərin nöqtəsidir.
●
Okean qabarma və çəkilmələri Yerin
fırlanması və Ay ilə Günəşin okean suyu üzərində olan cazibə qüvvəsi nəticəsində
yaranır.
●
Orta hesabla hər kiloqram (2.2lb)
dəniz suyunun tərkibində təxminən 35 qram (1.2 oz) həll edilmiş duz var.
●
Tərkibindəki həll olan duzun miqdarı
artdıqca suyun donma temraturu azalır. Tərkibində orta səviyyədə duz olan dəniz
suyu -2°C (28.4°F) -də donur.
●
Dünyadakı ən uzun çay Nil çayıdır.
Onun uzunluğu 6650 kilometrə çatır (4132 mil).
●
Dünyadakı ikinci ən uzun çay isə
uzunluğu 6400 kilometr(4000 mil) olan Amazon çayıdır.
●
ABŞ-dakı ən uzun çay Missouri
çayıdır. Bu çay 2340 millik(3770 km) uzunluğu ilə Mississippi çayını(2320 mil)
qabaqlayır.
●
Şəkər, duz və turşular suda yaxşı
həll olur. Neft və yağlar isə su ilə yaxşı qarışmır.
●
Suyun dövranı suyun buxarlanması(qaz
halına çevrilməsi), göyə yüksəlməsi, soyuması və su damcılarına və ya bulud
kimi gördüyümüz buz kristallarına kondensasiya etməsi, yenidən buxarlanmadan əvvəl
Yerə yağış, qar və ya dolu halında qayıtması və bu şəkildə təkrarlanması ilə dəvam
edir.
●
Mars planetinin polyar buz örtüklərində
buz halında suya rast gəlinir. Bəzi elm adamları qırmızı planetdə maye suyun
olma ehtimalını da irəli sürürlər.
●
Təmiz suyun dadı və qoxusu olmur.
Bununla yanaşı pH səviyyəsi təqribən 7-dir.
●
Bir çox insan suyun 100°C (212°F)
-də qaynadığını düşünsə də, bu, dəniz səviyyəsində belədir. Suyun qaynama nöqtəsi
əslində barometrik təzyiqə əsasən dəyişir. Məsələn, okeanın dərinliklərində
geotermal çıxıntılara yaxın bir nöqtədə suyun 100 °C (212 °F) -dən yüksək
temraturlarda maye halda qala bilməsinə baxmayaraq, su Everest dağının zirvəsində
sadəcə 68°C (154°F) tempraturda qaynayır.
●
Su 4°C-dən 0°C-yə qədər soyuduqca
genişlənir (4°C-dən yüksək olduqda, əksi baş verir). Hətta su soyuq havalarda,
donarkən su borularını partlatması ilə məşhurdur. Su nazik boruların içində
qravitasiya qüvvəsinə əks olaraq yuxarı hərəkət edə bilir və bu kapilyarlıq
xassəsi adlanır.
●
Əksər insanlar təmiz, içməli sudan
istifadə edə bilir, lakin bu, dünyanın kasıb ərazilərində çox böyük bir problemdir.
Suyun çirklənməsi və keyfiyyətsiz sular təhlikəli bakteriyaların, xəstəliklərin,
E coli və cryptosporidium viruslarının yayılması kimi problemlər yarada bilər.
●
İçməli su insanların həyatı üçün
vacibdir. Hər gün qəbul etməli olduğunuz suyun miqdarı temperaturdan, fəaliyyət
səviyyənizdən və digər amillərdən asılıdır.
●
Suyun əhəmiyyətli olduğu sahələrdən
biri kənd təsərrüfatıdır. Məhsulun böyüməsi üçün torpağa su əlavə edilir.
●
Su yanğınsöndürənlər tərəfindən
tez-tez yanğınsöndürücü maddə kimi istifadə olunur. Bəzi hallarda yanğınların
yayılmasını dayandırmaq və vura biləcəkləri ziyanı azaltmaq üçün helikopterlərdən
çoxlu miqdarda su tökürlər.
●
Su sənayesi dünyanın müxtəlif şəhərlərində
və ölkələrində evlərə suyun çatdırılmasına kömək edir. Bu xidmətlərə təmizləmə,
çirkab suların təmizlənməsi, süzülmə, distillə və santexnika daxildir.
●
Suyun generatorlara bağlanmış su
turbinlərini hərəkət keçirməsi ilə enerji əldə etmək mümkündür. Dünyanın bir
çox yerlərində su elektrik stansiyaları var.
●
Su yeməklərin hazırlanmasında da
böyük rol oynayır. Yeməyin suda qaynadılaraq hazırlanması məhşur üsuldur.
●
Su əyləncə üçün də istifadə
olunur. Su idmanları çox məşhurdur. Bunlara üzgüçülük, sörf və avarçəkmə kimi
idmanlar aiddir. Konki, xizək və snoubordun istifadəsi üçün buz və qardan
istifadə olunur.