Elm

Su otaq temperaturunda və ya adi suyun qaynadığı yüksək temperaturda dona bilərmi?

Su otaq temperaturunda

Bəli su normal temperaturunda, hətda adi suyun qaynadığı yüksək temperaturda dona bilər və bu günki söhbətimiz bu mövzu haqqdadır.

İsti buz olaraq adlanan maddənin meydana gəlməsi, bəlkə də geniş ictimaiyyət üçün tanış olmayan bir hadisə ola bilər, amma mayenin bərk hala gəldiyi kristallaşma prosesinə təsir etməklə bunu etmək mümkündür. Prinsip olaraq, bu manipulyasiya yalnız temperatur dəyişikliyi ilə deyil, təzyiq ilə də edilə bilər. Ancaq sonuncu həddindən artıq çox təzyiq (atmosfer təzyiqindən 10.000 dəfə daha çox) tələb edir.

Oxşarlıq Xüsusiyyətlərinin Ölçülmə Mərkəzi, Koreyanın Tədqiqat Standartları və Elmləri İnstitutunun (KTSEİ, prezidenti Sang-Rul Park) Ekstremal Fizika sahəsinin sərhədlərini öyrənən bir qrup ilə birlikdə otaq temperaturunda buz yaratmağa və 10.000 yüksək atmosfer təzyiqi ilə suyu dinamik olaraq sıxaraq buzun inkişafını idarə etməyə nail oldular. Tədqiqat qrupu sıxılma səviyyəsini sistematik olaraq dəyişdikdə üçölçülü buzdan ikiölçülü buza ani morfoloji keçidi aşkarladı. Ciddi araşdırmalar buzun forma və böyümə sürətindəki dəyişikliklərdə özünü büruzə verən anormal böyümə keçidinin əsas mexanizmini aşkarladı. Bu cür yüksək təzyiq texnologiyası biologiya, qida emalı, tibb və aviasiya sənayesi kimi geniş praktiki sahələrə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Bu texnologiya buzun ölçüsünü, formasını və böyümə sürətini temperaturdan asılı olmayaraq süni şəkildə idarə edə bilməsi baxımından əhəmiyyətlidir.

Təbiətdə müşahidə etdiyimiz buzda 6-bucaqlı plitələr, sütunlar və dendritlər daxil olmaqla 10.000-dən çox kristal var. Müxtəlif formalı bu cür buz kristalları təbiətə maraq oyadır və həmçinin əhəmiyyətli sənaye tətbiqetmələrinə malikdir. Xüsusilə, temperatur yox, təzyiq ilə buz kristallarını idarə etmək buz ilə bağlı mövcud problemləri həll edə bilər, bu işə böyük maraq olmasının səbəbi məhz budur.

Nümunə olaraq qida məhsullarını göstərmək olar. Ət standart atmosfer təzyiqi ilə dondurulduqda toxumalara və hüceyrələrə ziyanlı olan iynə şəkilli küncləri olan altıbucaqlı plitəvari buz kristalları yaranır. Buna görə dondurucuda qalan ət daha az şirəlidir və dondurulmamış ət qədər dadlı deyil. Lakin ət yüksək təzyiqdə dondurulduqda ətin keyfiyyətini qoruyan, küncləri kəskin olmayan müxtəlif formalı buz kristalları meydana gəlir.

Təyyarələrin üzərində yaranan buzlar təyyarələrdə qüsurlara və qəzalara səbəb ola bilər. Qar yağan günlərdə, 10.000 m yüksəklikdə temperatur mənfi 40 dərəcəyə qədər düşdükdə, təyyarənin qanadlarında buzlar meydana gəlir. Buz kristalları əmələ gəldikdə, qanadlar formasını dəyişir və qaldırma qüvvəsi zəifləyir. Beləliklə, buz kristallarının böyümə sürətini və formasını idarə etmək təyyarələrin təhlükəsizliyinə və istismar səmərəliliyinə böyük təsir göstərir.

KTSEİ-nin baş tədqiqat alimləri Yun-Hee Li, Sooheyong Lee və Geun Woo Lee saniyədə atmosfer təzyiqindən 5.000.000 dəfə çox təzyiq tətbiq edə bilən “Almaz anvil dinamik hüceyrəsi” hazırladılar və cihazı buzun yüksək temperaturda inkişafını öyrənmək üçün tətbiq etdilər. Nəticədə tədqiqat qrupu suyu otaq temperaturunda sıxaraq buz əldə etməyə və dinamik təzyiq nəzarəti ilə üçölçülü oktaedral buzları ikiölçülü qanad formalı buza çevirməyə nail oldular.


 - Həddindən artıq təzyiq tətbiq edilərək dayişim idarəsi və molekulyar vibrasiya ölçümü texnologiyalarının almaz envil hüceyrəsinə integrasiyası ilə əldə olunan müstəqil texnologiya eyni zamanda materialların təzyiqini, həcmini, görüntüsünü və molekulyar quruluşunu ölçə bilir. 

Başqa oxşar tədqiqatda temperatur və konsentrasiyayın nəzarətinə diqqət yetirilmişdi. Lakin qaçılmaz istilik və kütləvi yayılma zamanı yaranan gecikmə səbəblərindən sürətli kristal böyüməsini aydın müşahidə etmək mümkün deyildi. Digər tərəfdən, təzyiq ani müdaxiləyə və mövcud məhdudiyyətlərin aradan qaldırılmasına icazə verirdi. Buna görə dəsu molekullarının kristallaşma prosesi ətraflı şəkildə başa düşülür və idarə oluna bilirdi.

KTSEİ-nin baş tədqiqat alimi Yun-Hee Li bildirib ki, "Yüksək təzyiqli dondurma texnologiyasının tətbiqi ilə qidaların dadı və təravətinin qorunması üçün buz kristallarının yeni formaları və dondurma prosesləri əldə oluna bilər. Bu texnoloqiyanın qida sektorunda tətbiq olunması ilə qida bazarının inkişaf edəcəyi gözlənilir.”

KTSEİ-nin baş tədqiqat alimi Geun Woo Lee izah etdi: "Bu texnologiya müxtəlif kristal quruluşlarını təhlil etmək üçün tətbiq edilə bilər və tətbiq sahələrinin çeşidi sonsuzdur."  Baş tədqiqat alimi Sooheyong Lee fikri davam etdirib, "yeni maddələrin xüsusiyyətləri son dərəcə yüksək təzyiqli mühit kimi ekstremal mühitlərdə aşkar edilə bilər. Bu xüsusiyyətlər araşdırıldıqdan sonra maddələr yeni sahələrdə tətbiq oluna bilər."

 Su otaq temperaturunda və ya adi suyun qaynadığı yüksək temperaturda dona bilərmi?

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo