Xüləsə: Ümumi sağlamlığa olan
ziyanından əlavə olaraq, intensiv tütün istifadəsinin üz dərisinin yaşlanmasında təsiri var.
Mənbə: Bristol universiteti.
Bristol
universitetinin araşdırmalarına görə intensiv tütün istifadəsinin üz dərisinin yaşlanmasında təsiri ola bilər. İngiltərənin Biobank kohortundan alınan 18000
nümunəyə əsasən aparılan tədqiqatda, tütün istifadəsinin intensivliyinin insanlara necə təsir edə biləcəyi müəyyən edildi. Ağciyər problemləri kimi, bilinən mənfi təsirlərindən başqa, araşdırmada intensiv tütün
istifadəsinin insan cildinə də təsiri olduğu tapıldı.
“PLOS
Genetics”-də bu
gün nəşr olunmuş tədqiqat, universitetin “MRC”
İnteqrasiya Epidemiologiya Birliyi tərəfindən idarə edilib və həmçinin “NIHR” Bristol Biomedikal
Araşdırma Mərkəzi tərəfindən dəstəklənib.
Tədqiqatçılar mövcud iki metodu birləşdirərək, minlərlə nəticənin səbəblərini sistematik olaraq yoxlamaqla
yeni yanaşma nümayiş etdirmək istədilər. Bu iki metod, Mendelian randomizasiyası “Phenome-wide
association” tədqiqi
və genlərin ətraf mühitlə qarşılıqlı əlaqə testidir. Bristol komandası yeni
metodlarını yoxlamaq üçün Britaniya Biobank kohortundan istifadə edərək, intensiv tütün istifadəsinin təsirlərini axtardı.
Onlar nəticələrində daha intensiv tütün istifadəsinin ağciyər problemləri kimi, bir neçə bilinən təsirləri əldə etdiklərindən, tədqiqat komandası yanaşmalarının
düzgün olduğunu gördü. Onlar həmçinin intensiv tütün istifadəsinin üz dərisinin yaşlanmasına maraqlı
potensial təsirini
təyin etdilər.
Onlzrın nəticələri daha intensiv tütün istifadəsinin üz cəlbediciliyinə və qırışıqlıq miqdarına təsiri olduğunu sübut edir. Bu tütün
istifadəsindən imtina edilməsinə təşviq etmək üçün və ya ən mühümü istifadəyə başlamamaq üçün səbəb ola bilər.
Yanaşmanın doğru
olduğunu bildikdən sonra, bu yanaşma spirtli içkilərin təsirinin də araşdırılmasında istifadə oluna bilər.
Tədqiqata rəhbərlik edən Louise Millard, Bristol Tibb Məktəbinin vitse-kanslerinin elmi işçisi Əhali Sağlamlığı Elmləri (ƏSE) bildirib: “Sağlamlıq problemlərinin səbəblərini və intensiv siqaret istifadəsinin təsirlərini araşdırmaq üçün yeni yanaşma təklif etdik. İstifadə olunan tütün miqdarından asılı
olaraq, təsirlərin dəyişə bilmə ehtimalını öyrənmək üçün, minlərlə nümunəni araşdırdıq. İntensiv tütün istifadəsinin ağciyər problemləri kimi, bilinən təsiri ilə yanaşı, üz dərisinin qocalmasında da təsiri olduğunu təyin etdik.”
Mendelian
randomizasiyası, risk faktorları və sağlamlıq göstəriciləri arasındakı əlaqəni başa düşməyə kömək etmək üçün, bir insandakı DNT dəyişikliklərindən istifadə edir. Bu metodda istifadə edilən tütünün miqdarı sağlamlıq nəticələrinə təsir edir.
Onların nəticələrində daha intensiv tütün istifadəsinin ağciyər problemləri kimi, bir neçə bilinən təsirləri əldə etdiklərindən, tədqiqat komandası yanaşmalarının
düzgün olduğunu gördü. Onlar həmçinin intensiv tütün istifadəsinin üz dərisinin yaşlanmasına maraqlı
potensial təsirini
təyin etdilər. Şəkil istifadəyə açıqdır.
Əgər genetik dəyişikliklər nəticəyə başqa yollar ilə də təsir edirsə Mendelian randomizasiyası
qeyri-obyektivdir. Bu problemi aradan qaldırmaq üçün tədqiqat komandası əlavə informasiya əlavə edib - intensiv tütün istifadəsinin təsirləri ancaq istifadəçinin özündə baş verə bilər. Heç vaxt tütün istifade etməyən və edənləri ayrılıqda test edərək, genetik dəyişikliyin tütün istifadəsi və ya başqa vasitə ilə nəticəyə təsir etdiyini qiymətləndirə bildilər. Əgər təsiri qismən də olsa tütün istifadəsinin intensivliyindən asılı olarsa, tədqiqatçılar təsirin heç vaxt istifadə etməyənlərə görə fərqli olacağını gözləyirlər. Bu da tütün istifadəsinin səbəbli şəkildə nəticəyə təsiri olduğunu göstərir.
Növbəti mərhələ, tütün istifadəsinin insan görünüşünə təsiri etdiyinin vurğulanmasının bunun
qarşısını almağında effektiv yol olub olmadığını öyrənməkdir.
Xülasə: MR-pheWas təbəqələşmə və qarşılıqlı əlaqə ilə: Tütün istifadəsinin intensivliyinin təsirlərini araşdırarkən, üz dərisinin yaşlanmasına təsiri olduğu müəyyənləşdirildi.
Mendelian
randomizasiyası(MR), məruz qalmanın nəticəyə təsirini qiymətləndirmək üçün hazırlanmış yanaşmadır.
Gene-by-environment (GxE) tədqiqat işi, genetik xarakteristikaların marağın doğurduğu təsirlərdən başqa yollarla nəticəyə təsir edib-etmədiyini təyin edir(üfüqi pleiotropiya). MR
phenome-wide-association studies( MR-pheWAS) məruz qalmanın təsirlərini araşdırır. Bu araşdırma
Britaniya Biobank- ında PHESENT paketindən istifadə etməklə aparıla bilər. Bir sıra experimental
yoxlamalardan sonra, MR-pheWAS və
GxE qarşılıqlı təsirini
birləşdirən yeni GxE yanaşmasını təqdim edirik. Bu metodun məqsədi üfüqi pleitropiyanın araşdırılması
zamanı məruz
qalma təsirinin
mövcudluğunu
müəyyənləşdirməkdir. Biz intensiv tütün istifadəsinin təsirlərinin mövcudluğunu, heç vaxt tütün
istifadə
etməyən və istifadə edənləri ayırmaqla test edirik. Əgər genetik variant tütün istifadəsinin intensivliyi ilə əlaqəlidirsə(istifadəsi ilə deyil) və bu variant tütün qəbulu vasitəsi ilə nəticəyə təsir edirsə(qismən də olsa), bu təsirin tütün istifadə edən və etməyənlərin arasında fərqli olmağını gözləyirik. Britaniya Biobankında, tütün
istifadə
edənlər və etməyənlərin arasında, istifadənin intensivliyinin təsirinin olmasını yoxlamaq üçün
PHESANT-da rs16969968 genetik variantdan istifadə etdik. Nəticələri heç vaxt tütün istifadə etməyən və edənlərin arasındakı qarşılıqlı əlaqəyə əsasən sıraladıq. Ağciyərə zərərli olan təsirləri daxil olmaqla, tütün istifadəsinin intensivliyinin əvvəl təsbit edilmiş təsirlərini qeydə aldıq. Yeni nəticələrdə intensiv tütün istifadəsinin üz dərisinə mənfi təsirləri olduğu təyin olundu. Biz GxE MR-pheWAS
üsulundan, məruz
qalmanın potensial effektlərini
təyin etmək,eyni zamanda üfüqi pleitropiya səbəbi ilə nəticələrin qeyri-obyektiv ola biləcəyini dəyərləndirmək üçün necə istifadə oluna biləcəyini nümayiş etdirdik.
Tütün məmulatlarının intensiv istifadəsi, üz dərisində yaşlanma problemlərinə səbəb ola bilər.