1 - Qlazqo
Universitetinin kompüter alimləri, maşınların təsadüfi ədədləri daha
yaxşı seçməsi üçün geologiya və kristal dünyasından borc
aldılar.
2 - Kompüterlər təxminoluna
bilən "təsadüfi" nömrələri göstərərkən, tədqiqatçılar kristallaşma
prosesindəki əvəzolunmaz nümunələrlı təsadüfi nömrələri modelləşdirə biləcəklərini
kəşf etdilər.
3 - Bu kəşf daha
möhkəm və daha az təxmin oluna bilən şifrələmə sxemlərinə səbəb
ola bilər.
Kompüterlər, sözlər və ya ifadələri
insanlarınla eyni formada başa düşmədikləri üçün yalnız iki simvoldan ibarət öz
dillərində danışırlar: 0 və 1. Bu hesablama dili ikili və ya
binar kod kimi tanınır, burada bir rəqəm "yandır" və digəri,
"söndür” deməkdir və maşının tapşırıqları yerinə yetirməsinə imkan
verir, məsələn məlumatları bir harddiskə atmaq.
E-poçt kimi məlumatları şifrələmək üçün kompüterlər
sözlərinizi təsadüfi nömrələr dənizinə çevirir, yazını açar olmadan
tamamilə yararsız hala gətirir və orijinalı bərpa edir.
Nömrələr nə qədər təsadüfidirsə, mesajın şifrəsini açmaq bir o qədər çətindir.
Hesablamağın həm gözəlliyi, həm də pozğunluqları "təsadüfi"
nömrələrin maşınlar tərəfindən dəqiqləşdirilməsinə gətirdi.
Kompüterlər ardıcıllığın quludur, necə ki, insanlardan bir sıra təsadüfi
nömrələr demələrini istəsək, deyəcəkləri nömrələr bir-biriylə əlaqəsiz
görünəcək. Sonda, onlar yetəri qədər təsadüfi deyillər.
Beləliklə, Qlazqo Universitetinin kompüter alimləri
təsadüfi nömrələrin seçilməsi üçün kristallara müraciət etdilər. İsti
maqma kimi bir mayenin kristallaşanda hansı bərk forma yaratmağı son
dərəcə gözlənilməz bir haldır.
"Bir veb kamera istifadə edərək
kristallaşmanın yüzlərlə paralel reaksiyasını izlədik və əldə edilən şəkillərdəki
kristal xüsusiyyətlərintəsadüfi ədədlər yaratmaq üçün istifadə edilə biləcəyini
gördük" deyə tədqiqatçılar, Matter elmi jurnalında dərc olunan işlərində yazırlar.
Kimyada kristal meydana gəlməsi stoxastikdir, yəni
təsadüfi olaraq təyin olunan bir prosesdir. Hər dəfə bir reaksiya
edildikdə, reagentlərin - sistemə əlavə olunan maddələr və ya
birləşmələrin - necə formalaşmağı üçün yollar təxminən
sonsuzdur. Bu o deməkdir ki, prosesdə yüksək səviyyədə qeyrimüəyyənlik,
eyni zamanda yüksək səviyyədə entropiya mövcuddur, çünki reaksiyanın
getdiyi yol bir də heç vaxt təkrarlanmayacaqdır.
Entropiya təsadüfiliyi ölçmək üçün
bir ölçüdür və müəyyən bir sistemdəki atomların necə düzüldüyünü müəyyən
edir. Bir qayda olaraq, entropiya daima artır, yəni kimyəvi reaksiyaların
getdikcə kainatda daha az proqnozlaşdırılmasına səbəb olur. Buna termodinamikanın İkinci qanunu
deyilir. Orda deyilir ki, entropiya daim artmalıdır.
Südünüzü əlavə edib
yumurta ilə çırpanda, məsələn, artıq ayrı süd və ayrı-ayrı yumurta
deyil, eyni zamanda ikisinin də qarışığı olur. Entropiya
heç vaxt azalmadığından, heç vaxt yumurta və südünüzü orijinal
vəziyyətinə qaytara bilməyəcəksiniz. Bu, kristallaşma prosesiylə getdikcə daha
yaxşı təsadüfi ədədlər toplamaq istəyən tədqiqatçılar üçün
xüsusilə cəlbedicidir.